Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4172/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona, yəni xx.xx.*967-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, X*, anası isə X5 olan Ərizəçi məxsus doğum haqqında akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi *6.09.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.*967-ci il tarixdə Ermənistan Respublikası, Masis (Zəngibasar) rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Bağırova”, adı “Pərvanə”, ata adı “Rza”, doğum tarixi “xx.xx.*967-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Masis rayonu, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*967-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olmuşdur. X*, anası isə X3r. Valideynlərinin ondan başqa uşaqları da vardır. Onlar Ermənistandan qaçqın düşən zaman doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. İtki ilə bağlı hara müraciət etsə də dublikat doğum haqqında şəhadətnamə ala bilməmişdir. O qeyd edir ki, onun xx.xx.*967-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olma faktını şahidlər də təsdiq edə bilərlər. Həmçinin qeyd olunur ki, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmişlər, onun isə gələcəkdə sənədləşmə işlərində də doğum haqqında şəhadətnaməyə ehtiyacı olacaqdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdiyini bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi 03.*0.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, 08.*0.2024-cü il tarixdə keçiriləcək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Ərizəçi bacısıdır, 6 il yaş fərqləri vardır. O, Masis rayonu, Dəmirçi kəndində xx.xx.*962-ci ildə anadan olduğunu, bacısının da eyni kənddə anadan olduğunu və valdeynlərinin bir olduğunu bildirdi. Həmçinin onun da barəsində qətnamə çıxdığını və * noyabrda doğum haqqında şəhadətnaməsini alacağını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, Ərizəçi ilə eyni kənddəndirlər. Ərizəçini uşaqlıqdan tanıyır. Masis rayonunda anadan olub. Ana-atasını da tanımışdır. Atasının adı X4, anasının adı X5 idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Ərizəçi qardaşıdır, onlar arasında ögeylik yoxdur. Masis rayonu, Dəmirçi kəndində anadan olmuşdur. Bacısının da eyni yerdə anadan olduğunu, öz doğum haqqında şəhadətnaməsinin bir tərəfinin olub digər tərəfinin olmadığını da qeyd etmişdir. İş materialları. Bakı şəhər Xətai rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş 05.04.*99*-ci il tarixli, V-ЖГ seriyalı, 425859 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 və Ərizəçi arasında 05.04.*99*-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 350 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.*967-ci il tarixində Ermənistan, Masis rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-*6-5/7-*0-*83*/24 nömrəli məktuba cavabdan görünür ki, şəxsin Suraxanı rayon qeydiyyat şöbəsində onun doğum haqqında akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsinə dair daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, şəxsin xx.xx.*967-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olduğu, lakin doğum haqqında şəhadətnaməsinin itirildiyi müəyyən edilmişdir. Həmçinin, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı RPİ 32-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №54-3/2-B-350*/**/24 saylı arayışdan görünür ki, Ərizəçi özünə məxsus olan şəhadətnaməsini Ermənistandan qaçın düşən zaman naməlum şəraitdə itirmişdir. Bu barədə axtarış elan edildiyi arayışda qeyd olunur. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən *0.0*.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 389677 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 0*.05.2002-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *4.08.2002-ci il tarixdə 756 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən *0.0*.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 389676 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 *7.0*.2000-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2*.0*.2000-ci il tarixdə 5 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 979758 nömrəli, *6.07.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (X*, anası X5) 26 sentyabr *963-cü ildə Ermənistan SSR, Üçkilsə rayonu, Dəmirçi kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *6.07.2024-cü il tarixdə *8-B nömrə ilə qeyd edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan görünür ki, Ərizəçi xx.xx.*967-ci il tarixdə Zəngibasarda doğulmuşdur. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *66. Doğumun qeydə alınması qaydası *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. *66.2-*. Doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür… Maddə *68. Doğum haqqında qeydiyyat *68.*. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı. 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq *6 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeyd olunmamış *6 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.*967-ci il tarixdə Ermənistan Respublikası, Masis (Zəngibasar) rayonu , Dəmirçi kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Bağırova”, adı “Pərvanə”, ata adı “Rza”, doğum tarixi “xx.xx.*967-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Masis rayonu, Dəmirçi kəndi”, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Ermənistanda doğulduğuna görə və həmin doğum faktını təsdiq edən sənədin məhz Ermənistan SSR tərəfindən verildiyindən və həmin vaxt mövcud şəraitlə bağlı qaçqın düşərkən itirildiyindən bərpa edilməsinin mümkün olmaması müəyyən olunmuşdur. Məhkəmə tərəfindən proses iştirakçılarının izahatları və iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, xx.xx.*967-ci il təvəllüdlü Ərizəçi Ermənistan SSR, Masis rayonunda anadan olmasına baxmayaraq onun doğumun qeydə alınma faktını, vaxtını və yerini təsdiq edən sənədi-doğum haqqında şəhadətnaməsi qaçqın düşərkən itirildiyindən bərpa edilməsi mümkün olmamışdır. Şahidlərin ifadələrindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.*967ci il tarixdə Ermənistan ərazisində doğulmuşdur. Həmçinin, onun qardaş-bacıları da Ermənistan ərazisində doğulmuş və müəyyən müddətə qədər orada yaşamışdırlar. Xətai rayon VVADQ şöbəsi tərəfindən təqdim edilmiş nikahın bağlanması haqqında 05 aprel *99*-ci il tarixli 350 nömrəli akt qeydindən də aydın olur ki, Ərizəçi doğulduğu yer Ermənistan SSR, Üçkilsə rayonu, Dəmirçi kəndidir. Həmçinin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan da görünür ki, Ərizəçi xx.xx.*967-ci il tarixdə Zəngibasarda doğulmuşdur. Məlum olduğu kimi, “Zəngibasar” rayonunun adı “Masis” rayonunun adı ilə eyniyyət təşkil edir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi doğumun qeydə alınma faktının müəyyən edilməsi üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün olmadığı bildirilmişdir. Belə olan halda, Ərizəçi ərizə ilə müvafiq olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə hesab edir ki, belə olan halda, doğum faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.*967-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Bağırova”, adı “Pərvanə”, ata adı “Rza”, doğum tarixi “xx.xx.*967-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Masis rayonu”, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*967-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Bağırova”, adı “Pərvanə”, ata adı “Rza”, doğum tarixi “xx.xx.*967-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Masis rayonu”, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva