Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4175/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri V.Mirzəliyev adına 28* nömrəli tam orta məktəbinə qarşı əmrin töhmət verilməsi hissəsində ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdeh Bakı şəhəri V.Mirzəliyev adına 28* nömrəli tam orta məktəbin əmrin töhmət verilməsi hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri V.Mirzəliyev adına 28* nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli 5*,§* nömrəli əmrinin İddiaçı töhmət verilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə səhər saat 09:*0 radələrində riyaziyyat müəllimi işlədiyi Bakı şəhəri Vaqif Mirzəliyev adına 28* saylı tam orta məktəbdə müəllimlər otağında olarkən həmin məktəbdə tarix müəllimi işləyən X4 dərsini yarımçıq qoyaraq müəllimlər otağına gələrək həmin otaqda olan coğrafiya müəllimi X5 otaqdan çıxmasını xahiş etmiş və müəllimlər otağına daxil olaraq həmin otaqda olan məktəbin riyaziyyat müəllimi X6 yanında onu qeyri-etik, nalayiq ifadələrlə təhqir etmişdir. Aksana Usubalıyeva bunu guya onun həmin məktəbin 9-cu sinfindən oxuyan oğlunun barəsində xoşagəlməz ifadələr işlətməsi ilə əsaslandırmışdır. O, elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə bu hadisə barədə məktəbin direktoru Dadaş Əliyevə müraciət edərək X* xoşagəlməz davranışı barədə məlumat vermiş və tədbir görməsini xahiş etmişdir. Lakin direktor Dadaş Əliyev onun müraciətinə laqeyd yanaşaraq hadisə ilə bağlı hər hansı araşdırma aparmamış və ona bununla bağlı polisə müraciət etməsini məsləhət görmüşdür. Buna görə də o, rəsmi şəkildə müvafiq məzmunlu ərizə ilə 28* saylı məktəbin direktoru Dadaş Əliyevə, Suraxanı rayon Polis İdarəsinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə və Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinə müraciət etmişdir. Bundan sonra Bakı şəhəri üzrə Təhsil İdarəsi hadisə ilə bağlı izahatlarını almışdır. Bundan başqa Bakı şəhəri Təhsil İdarəsinin bir neçə əməkdaşı 28* saylı orta məktəbə gələrək əlavə araşdırma aparmışlar. Onlar və 28* saylı orta məktəbin rəhbərliyi onunla X3 barışdırmağa cəhd etsələr də, X4 dediyi qeyri-etik ifadələrə görə ondan üzr istəməkdən imtina etdiyi üçün barışıq alınmamışdır. Bakı şəhəri Təhsil İdarəsi araşdırmalara başladıqdan sonra 28* saylı orta məktəbin rəhbərliyi də hadisə ilə bağlı araşdırma aparmağa və onların izahatlarını almağa başlamışdır. Həm Bakı şəhəri Təhsil İdarəsi, həm də 28* saylı orta məktəbin rəhbərliyi tərəfindən aparılan araşdırmalar 2024-cü ilin may ayının əvvəlinə qədər davam etmişdir. Araşdırmalar aparılsa da, onun nəticəsi barədə ona nə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən, nə də 28* saylı orta məktəbin rəhbərliyi tərəfindən hər hansı məlumat verilməmişdir. Buna görə də o, araşdırmanın nəticəsi barədə məlumat verilməsi üçün *5.05.2024-cü il tarixli məktubla Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Həmin məktubda “müəllimlərin etik davranış qaydalarının tələbləri pozulduğu üçün” ona və Aksana Usubalıyevaya töhmət verildiyi qeyd edilmişdir. Lakin həmin məktuba nə ona töhmət verilməsi barədə əmrin surəti əlavə edilməmiş, nə də töhmətin kim tərəfindən verilməsi qeyd olunmamışdır. O, təkrarən *4.06.2024-cü il tarixli məktubla Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək ona töhmət verilməsi barədə əmrin surətinin təqdim olunmasını xahiş etmişdir. Bu dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsi ona məktubla cavab verməyə lüzum görməmişdir. Həmin idarəyə son müraciətindən xeyli vaxt keçdikdən sonra özünü həmin idarənin əməkdaşı kimi təqdim edən şəxs onunla telefonla əlaqə saxlayaraq töhmət barədə əmrin ona 28* saylı orta məktəb tərəfindən verildiyini bildirmiş və əmrin surətini almaq üçün məktəb rəhbərliyinə müraciət etməsi tövsiyə etmişdir. O, həmin zəngdən sonra – xx.xx.2024-cü il tarixdə 28* saylı orta məktəbin direktoru Dadaş Əliyevə müraciət edərək ona və Aksana Usubalıyevaya töhmət verilməsi barədə əmrin surətininin verilməsini xahiş etmiş və həmin əmrin surətini imza etməklə almışdır. O, xx.xx.2024-cü il tarixdə əmrin surətini aldıqdan sonra həmin əmrin ona töhmət verilməsi ilə bağlı hisəssinin ləğv edilməsi barədə mediasiya prosesinin tətbiqi barədə ərizə ilə 0*.07.2024-cü il tarixdə 28* saylı orta məktəbə müraciət etmişdir. Müraciət cavabsız qaldığı üçün o, *0.07.2024-cü il tarixdə ilkin mediasiya sessiyası barədə ərizə ilə Bakı *0 saylı Mediasiya Təşkilatına müraciət etmiş, işə mediasiyada baxılması xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Lakin 28* saylı orta məktəb mediasiya prosesində iştirak etmədiyi üçün “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri V.Mirzəliyev adına 28* saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmrinin təsviri hissəsində qeyd olunur ki, o və X4 “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozaraq məktəbin fəaliyyətinə mənfi təsir göstərərək münaqişəyə yol vermiş və münaqişənin konstruktiv həll olunmasına razılaşmamışlar. Əmrin nəticə hissəsində tərtib olunmuş aktların, izahatların nəzərə alınması, “Müəllimlərin etik davranış qaydaları”nın *.5, 2.*.5, 2.*.6, 3.8, 3.*0, 4.*.7, 4.*.*0, 4.2.*, 4.2.3-cü maddələrinin tələblərinin pozulmasına görə adları aşağıda qeyd olunan müəllimlərə ƏM-nin *86-cı maddəsinin 2a bəndinə əsasən töhmət elan edilməsi qeyd edilmiş, lakin əmrin nəticə hissəsində hansı müəllimlərə töhmət elan olunduğu göstərilməmişdir. Hesab edir ki, X* ona qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlı onun şikayətinə dair cavabdeh tərəfindən araşdırma qeyri-obyektiv və qərəzli aparılmış və nəticə etibarı ilə ona düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh uzun müddət onun şikayəti ilə bağlı ilkin olaraq ümumiyyətlə araşdırma aparmaq istəməmiş, nəinki onu həmin əmrlə tanış etmiş, hətta ona töhmət verilməsi barədə əmr verildiyini belə bildirməmişdir. Cavabdeh onun şikayəti ilə bağlı araşdırmalara da yalnız onun müxtəlif təşkilatlara yazdığı rəsmi müraciətlərin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılmağa başlanmasından sonra başlamışdır. Bundan başqa, ona töhmət verilməsi barədə əmrin 28* saylı orta məktəbin direktoru tərəfindən verilməsinə baxmayaraq, araşdırmaları və ondan izahatların alınmasını Bakı şəhəri üzrə Təhsil İdarəsi həyata keçirmişdir. Hesab edir ki, ona töhmət verilməsi onun israrla baş vermiş hadisəyə və X* etdiyi qeyri-etik hərəkətə hüquqi qiymət verilməsini tələb etməsi ilə 28* saylı orta məktəbin rəhbərliyi bununla bağlı hərəkətsizlik nümayiş etdirdikdə çoxsaylı dövlət qurumlarına rəsmi müraciətlər etməyi ilə bağlıdır. Belə ki, baş vermiş hadisəni təhlil etdikdə bunun adi bir hadisə olmadığı dərhal hiss olunur. Belə ki, X* işdə olan izahatlarından da görünür ki, o, Aksananın 28* saylı orta məktəbin 9-cu sinfində oxuyan oğluna ümumiyyətlə dərs demir. Buna görə də onun barəsində xoşagəlməz ifadələr işlətməsi üçün hər hansı əsas, yaxud hüquqi dillə deyilərsə “motiv” yoxdur. Lakin 28* saylı orta məktəbin rəhbərliyi X* istinad etdiyi bu halı ümumiyyətlə araşdırmamış və bununla bağlı tərəflərə hər hansı suallar verilməmişdir. Bundan başqa cavabdeh X* bilavasitə dərs vaxtı dərsini yarımçıq qoyaraq onu təhqir etmək üçün müəllimlər otağına gəlməsi və bununla da tədrisi və daxili intizam qaydalarını kobud surətdə pozmasının səbəblərini araşdırmamış və bununla bağlı ona suallar verilməmişdir. Cavabdeh X* onu təhqir etməzdən əvvəl otaqda olan coğrafiya müəllimi X5 otaqdan çıxmasını xahiş etməsinə də cavabdeh əhəmiyyət verməmişdir. Beləliklə, bu müəllimə cəzasız olaraq istədiyi vaxt dərsi yarımçıq qoyaraq sinifdən çıxmaq və başqa müəllimləri bir müəllimə və bir qadına yaraşmayan sözlərlə təhqir etmək hüququnu kim vermişdir? Bu cür hadisələrin baş verdiyi, X* hətta ondan üzr istəməkdən imtina etdiyi halda cavabdehin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin israrla onu Aksana ilə barışdırmağa çalışması və bu mümkün olmadıqda inadkarlığına görə ona da töhmət verməsi qəribə deyildir mi? Axı hüquqpozma hallarının təhlili göstərir ki, bu cür hallarla bağlı vaxtında və təsirli profilaktik tədbirlər görülmədikdə onlar latent formaya keçir və daha ağır fəsadlar verir. Həmçinin, bu cür hallar cəzasızlıq sindromu yaradır və konkret olaraq məktəb miqyasında təhsil və tədrisin keyfiyyətini aşağı salır. Ona töhmət verilməsi barədə əmrin təsviri hissəsində hansı əməlinə görə ona töhmət verilməsi, müəssisədaxili intizam qaydalarını hansı hərəkəti ilə pozması və bunun nədə ifadə olunması göstərilmir. İşin hallarından görünür ki, X4 onu təhqir etmək vaxtını xüsusi olaraq planlaşdırmış, maksimum az şahid olması üçün onun boş saatının olduğu və müəllimlər otağında olduğu vaxtı seçmiş, məhz həmin vaxt onun dərsi olduğu vaxtla üst-üstə düşməsinə baxmayaraq, dərsini yarımçıq qoyaraq bilavasitə dərs vaxtı müəllimlər otağına gəlmiş, müəllimlərdən birini xahişlə otaqdan çıxarmış və digər müəllimin yanında ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Cavabdeh ona münasibətdə işəgötürən hesab olunmadığından və o, 28* saylı tam orta məktəblə deyil, Suraxanı rayon Təhsil Şöbəsi ilə əmək müqaviləsi bağladığından cavabdehin ona töhmət vermək səlahiyyəti yoxdur. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul edərək bildirmişdir ki, müəllimlər arasında mübahisə baş verən zaman hər iki müəllimə mübahisəni sülh yolu ilə aralarında həll etmələrini tapşırmışdır. Lakin iddiaçı bununla bağlı tədbir görülməsini tələb etmiş, əks halda yuxarı orqanlara şikayətlə müraciət edəcəyini bildirmişdir. O, şikayət etmək hüququnun olmasını iddiaçıya bildirsə də, mübahisənin sakitçiliklə həll olunmasının tərəfdarı olduğunu söyləmişdir. Hətta onunla yanaşı digər müəllimlər də iddiaçıya, yəni Aygün müəlliməyə mübahisəyə getməməsini və Aksana müəllimə ilə barışmasını təklif etmişlər. Lakin hər iki müəllimə arasında heç bir barışıq əldə edilməmişdir. O, hər iki müəllimənin də xətrini əziz tutur və 43 ildir ki, təhsil sektorunda işləməsinə baxmayaraq belə bir hal birinci dəfədir ki, baş verir. Əgər iddiaçı töhmət verilməsi barədə əmrin ləğv edilməsini tələb edirsə, həmin əmrin ləğv edilməsinə etiraz etmir. Odur ki, iddia tələbinin təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri V.Mirzəliyev adına 28* nömrəli tam orta məktəbi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 5*,§* nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, “Müəllimlərin etik davranış Qaydaları”, tərtib olunmuş aktlar, izahatların nəzərə alınması, “Müəllimlərin etik davranış Qaydaları”nın *.5; 2.*.5; 2.*.6; 2.*.7; 3.8; 3.*0; 4.*.7; 4.*.*0; 4.2.*; 4.2.3-cü maddələrinin tələblərini pozduqdan sonra aşağıda qeyd olunan müəllimlərə ƏM-nin *86-cı maddəsinin 2a bəndinə əsasən töhmət elan edilməsi əmr edilmişdir (Əmrin “əmr edirəm” hissəsində hər hansı müəllimin adı qeyd olunmamışdır). İddiaçı tərəfindən Vaqif Mirzəliyev adına 28* saylı orta məktəbin direktoru Dadaş Əliyev və Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış *5.04.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, 28* saylı orta məktəbin müəllimi Aksana Usubalıyeva tərəfindən ona qarşı qeyd edilən qeyri-etik davranışın nümayiş etdirilməsi və nalayiq ifadələr səsləndirilməsinin, habelə bunun bilavasitə dərs vaxtı baş verməsinin araşdırılması, aktlaşdırılması və Aksana Usubalıyeva barəsində qanunauyğun tədbirlər görülməsini xahiş etmişdir. 28* saylı tam orta məktəbin riyaziyyat müəllimi Babayeva Günel tərəfindən verilmiş *5.04.2024-cü il tarixli izahatdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində müəllimlər otağında İddiaçılə əyləşən zaman Usubalıyeva Aksana müəllimlər otağına daxil olmuş və Aygün müəlliməyə etikadan kənar sözlər demişdir. Aygün müəllimə isə Usubalıyeva Aksananın ona qarşı səsləndirdiyi söyüşləri özünə qaytarmışdır. xx.xx.2024-cü il tarixli aktın surətindən müəyyən olunur ki, müəllimlər arasında barışıq əldə edilməmiş, hər iki müəllimə məktəbdə etik davranış qaydalarını pozduqlarına görə töhmət elan edilmişdir. Mediasiya Şurasının Bakı *0 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/*0/2024-00430 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Bakı şəhəri V.Mirzəliyev adına 28* nömrəli tam orta məktəb) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, həmin tərəfin nümayəndəsinin mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə *86. *. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə *87. *. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə *89. *. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Maddə *90.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
Məhkəmənin mövqeyi Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, işəgötürənin əmri düzgün, aydın, səlis tərtib edilməmişdir. Belə ki: *) Əmrdə (yekun hissəsində) işəgötürən tərəfindən töhmət verilən müəllimlərin adları, soyadları, atalarının adları, tutduqları vəzifə qeyd edilməmişdir. 2) Əmrdə müəllimlərin yol verdikləri intizam pozuntusunun nədə ifadə edilməsi qeyd olunmamışdır. 3) Əmrdə müəllimlər tərəfindən “Müəllimlərin etik davranış qaydaları”nın pozulması qeyd edilsə də, intizam tənbehinin verilməsinə əsas kimi müəllimlər arasında barışığa nail olunmaması göstərilmişdir. Halbuki, müəllimlər arasında barışığa nail olunmaması töhmət verilməsinin əsasları kimi çıxış edə bilməz. Töhmət yalnız qanunla müəyyən edilmiş hallarda verilə bilər. 4) “Müəllimlərin etik davranış Qaydaları”nın 4.2.*-ci bəndinə əsasən müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir. Qaydaların 4.2.2-ci bəndinə əsasən müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır. Qaydaların 4.2.3-cü bəndinə əsasən müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır. İşəgötürən əmrdə iddiaçı tərəfindən Qaydaların yuxarıda sadalanan hansı bəndlərinin pozulduğunu göstərməmişdir. Əmrdə ümumi, ünvansız cümlələrdən istifadə edilməsi konkretliyi təmin etmir, belə olduğu təqdirdə iş intizamının, yaxud etik davranış qaydalarının kim tərəfindən, hansı şəkildə, hansı tarixdə, hansı zaman çərçivəsində pozulması halı aşkar şəkildə görünmür. Qeyd olunanlardan başqa, qanunvericiliyə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İşəgötürən tərəfindən müəllimlər arasında barışığa nail olunması, yaxud iş yerində iş ahənginin pozulmaması üçün hadisədə təqsirli tərəfə, yaxud tərəflərə xəbərdarlıq da edilə bilərdi. Xəbərdarlıq intizam tənbehi sayılmır. Lakin, işəgötürən hazırki iş üzrə iddiaçının təqdim olunmuş izahatlarda göstərilən, müəllimlər otağında baş verən hadisədə təqsirinin olub-olmamasını, varsa təqsirin həddini, bu hadisənin baş verməsində təşəbbüskar kimi çıxış edib-etməməsini, sair halları nəzərə almamışdır. Halbuki, işçiyə intizam tənbehi verilərkən qeyd olunan məqamların araşdırılması ədalət və obyektivlik baxımından zəruridir. Məhz bu səbəbdən maddi hüquq norması kimi çıxış edən Əmək Məcəlləsinin *86-cı maddəsində yuxarıda qeyd olunanlar barədə müvafiq göstərişlər təsbit olunmuşdur. Göründüyü kimi, iddia tələbi əsaslıdır. Mübahisələndirilən əmr əsassız və məzmun baxımından qeyri-müəyyən olduğundan tam şəkildə ləğv edilməlidir. Bundan başqa, cavabdeh tərəfindən iddia etiraf olunur və iddianı etiraf qanunun tələblərinə zidd deyil, üçüncü şəxslərin mənafeyinə toxunmur. Bu səbəbdən, cavabdein iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, mübahisələndirilən əmrin ümumilikdə ləğv edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Belə ki, əmr yuxarıda vurğulandığı kimi düzgün, aydın, səlis tərtib edilməmiş, yekun hissəsində işəgötürən tərəfindən töhmət verilən müəllimlərin adları, soyadları, atalarının adları, tutduqları vəzifə qeyd edilməmiş, müəllimlərin yol verdikləri intizam pozuntusunun nədə ifadə edilməsi qeyd olunmamışdır. Bu səbəbdən, həmin əmrin konkret şəxsə münasibətdə ləğv edilməsi mümkün deyil. Əgər əmrdə paraqraflar şəklində işçilərin ad, soyad, ata adı, tutduğu vəzifə, yol verilən intizam pozuntusunun nədə ifadə edilməsi göstərilsə idi, bu zaman əmrin qismən – konkret şəxsə münasibətdə ləğv edilməsi (müvafiq bəndin, paraqrafın, hissənin) mümkün olardı. Lakin hazırda əmr məzmun baxımından (yekun hissəsi) mücərrəddir (abstraktdır), konkretlik yoxdur. Bu səbəbdən iddia qismən təmin edilə bilməz, tam şəkildə təmin edilərək, mübahisələndirilən əmr ümumilikdə ləğv edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri V.Mirzəliyev adına 28* nömrəli tam orta məktəbin intizam tənbehinin verilməsi haqqında xx.xx.2024-cü il tarixli 5*,§* nömrəli əmri ləğv edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Bakı şəhəri V.Mirzəliyev adına 28* nömrəli tam orta məktəbin intizam tənbehinin verilməsi haqqında xx.xx.2024-cü il tarixli 5*,§* nömrəli əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva