Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4181/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehnın və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onun gəlin köçdüyü ünvan 1 mənzil 60 ünvanında yerləşən mənzilə azyaşlı övladları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, X8 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci təvəllüdlü X10 adlı iki övladları doğulmuşdur. O, ailə qurduğu ilk gündən həyat yoldaşı və onun valideynləri ilə birlikdə Bakı şəhəri, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ev 21 V. 60 savlı mənzildə yaşamışlar. Həmin mənzil 3 otaqdan ibarətdir. Bir otağında qayınatası və qayınanası, bir otağında qayını və onun ailəsi, digər otaqda isə o, əri və uşaqları ilə birlikdə yaşayırdırlar. İddiaçı qeyd edir ki, azyaşlı uşaqları həmin evdə qeydiyyatdadırlar. Lakin müəyyən müddətdən sonra evdə ərinin valideynləri onlara qarşı soyuq münasibət göstərməyə başlamışlar. Ərinin valideynlərinə olan hörmət və onların üzərində olan haqqına görə söz söhbətlərin böyüməsini istəmədən 2013-cü ildən həmin mənzildən ailəsi ilə birlikdə çıxmışlar. O, vaxtdan bu günədək aylıq 150 manat kirayə haqqı ödəməklə başqa bir mənzildə yaşayırlar. Lakin ölkədə olan maliyyə böhranı və qiymətin artımlarının da günü gündən çoxalması səbəbindən kirayə haqqını da ödəyə bilmirlər. Buna görə də həyat yoldaşı X8 mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)12193/16 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, X1 öz ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 21 V, 60 saylı mənzilə köçürülməsi qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)12193/16 saylı qətnaməsi ləğv olunmuş və yalnız X8 həmin mənzilə köçürülmüşdür. Bu səbəbdən də o məhkəməyə müraciət edərək azyaşlı övladları ilə həmin mənzilə köçmək niyyətindədir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, X8 onun oğludur. İddiaçı ilə onun oğlu xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci təvəllüdlü X10 adlı iki övladları doğulmuşdur. İddiaçı ona məxsus ünvan 1 mənzil 60 ünvanında yerləşən evdə heç bir zaman yaşamamışdır. Belə ki, toydan sonra onlar kirayə ev tutaraq ora köçmüşlər. Hazırda mübahisələndirilən ev ona order əsasında məxsusdur və iddiaçı həmin evdə heç vaxt yaşamamış, ona məxsus heç bir əşya həmin evdə mövcud deyildir. Onun oğlu X8 arvadının təkidi ilə ona və anasına dəfələrlə fiziki güc tətbiq etmişdir. Onun həmin mənzilə istifadə hüququnun yaranması üçün o razılıq əsasında həmin evdə yaşamalı idi, lakin iddiaçı özü etiraf edir ki, 2013-cü ildən heç orada yaşamır. Hal-hazırda o özünə məxsus olan yaşayış evini yaşamaq üçün gəlininə vermək fikrində deyildir. İddia tələbi əsassızdır və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnın etibarnamə üzrə nümayəndəsi (vəkili) X13 məhkəmə iclasında iddianı qəbul etməyərək cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tam tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş üzrə şahid X2 ifadə verərək bildirmişdir ki, İddiaçı onun gəlinidir. Cavabdeh isə onun həyat yoldaşıdır. Onun oğlu X8 ilə iddiaçı xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci təvəllüdlü X10 adlı iki övladları doğulmuşdur. İddiaçı gəlin gəldiyi gündən ünvan 1 mənzil 60 ünvanında yerləşən evdə yaşamayıb. Həmin mənzil cəmi üç otaqdan ibarətdir və orada onların yaşaması mümkün deyildir. Onlar 104 saylı MİS məxsus binanın birinci mərtəbəsini kirayə tutaraq orada yaşamışlar. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və İddiaçı xx.xx.2011ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti MKTD Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixdə açılmış 4465 saylı Forma-2 arayışından müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 21 V, 60 saylı evi İcra Hakimiyyətinə məxsusdur, mənzilin icarədarı Cavabdehdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3, X4, X5, X10 və X9 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 21 V, 60 saylı evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 2(010)-12193/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X8 öz ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 21 V, 60 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3513/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)12193/16 saylı qətnaməsi ləğv olunmuş və X8 həmin mənzilə köçürülmüşdür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4.0.-ci maddəsinə əsasən Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.1. vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir; 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Həmin Məcəllənin 5.1.-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Bu Məcəllənin 12.2.-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə — Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra — tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1. –ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı X8 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Mübahisəli ünvan 1 mənzil 60 ünvanında yerləşən ev Cavabdeh sahibliyindədir. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh sahibliyində olan ünvan 1 mənzil 60 saylı evinə köçdüyünü bildirsə də, həmin ünvana köçərək orada daimi yaşaması barədə sübut təqdim etməmiş və izahatında bildirmişdir ki, 2013-cü ildən həmin mənzildə yaşamır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ünvan 1 mənzil 60 ünvanında yerləşən ev order əsasında yaşamaq üçün Cavabdeh və onun ailə üzvlərinə verildiyindən, iddiaçı isə onun ailə üzvü hesab olunmadığından və onun ailə üzvü kimi həmin yaşayış sahəsinə köçürülməsinə razılıq barədə sübut təqdim olunmadığından iddiaçının azyaşlı övladları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birlikdə ünvan 1 mənzil 60 ünvanında yerləşən evə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4181/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4181/2020
30.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver