Məhkəmə qərarları › İş №2(010)-4221/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4221/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4221/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) “vərəsə kimi tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) “vərəsə kimi tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə təqdim edərək, izahatında iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə iclasa gəlməyən maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisinin nümayəndəsiniin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi hazırki iş üzrə verdiyi ərizənin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən həmin ərizə baxılmamış saxlanılmalı və ərizəçi tərəfindən təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ərizəçi tərəfindən hazırki ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) “vərəsə kimi tanınması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. İş üzrə dövlət rüsümu olaraq ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Ərizəçi (xx.xx.2024-cü il tarixli; qəbz № **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar