Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4226/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2, mənzil 45-də yerləşən 2 otaqlı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. ünvan 2, mənzil 45 atası X4 tərəfindən xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ona hədiyyə verilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya ÖM 248341 №,-li Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 sayl evin 29,11 kv.m yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 45 saylı mənzil adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehlər Cavabdeh, X2 və X1 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Bundan sonra Cavabdeh ona qarşı mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Daha sonra cavabdehlər məsələnin mənzilini satmaqla həll olunmasında maraqlı olduqlarını bildirərək, məsələnin qarşılıqlı razılq əsasında həll olunmasını təklif etdilər. O da övladlarını nəzərə alaraq qarşı tərəflə barışıq sazişi bağladı. Beləcə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4067/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərardadı ilə ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi tələbinə dair ərzələri üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraat xitam verilmişdir. 2.1 Tərəflər öz aralarında qərara gələrək ünvan 1 ünvanında yerləşən 45 saylı mənzildə 1/2 hissədə müəyyən olunaraq bölünməsinə razılaşırlar. 2.2 Bu sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə qeyri - müəyyən hüquq və iddialara istinad edilməsinin istisna edir və hüquqi statusdan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin şərtləri etibarlı olur. 2.3 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə bu sazişi təsdiq edən məhkəmə qərardadı icra vərəqəsinin verilməsinə əsasdır. 2.4 Tərəflər razılığa gəlurlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək və buna səbəb olan hər hansı davranış və münasibətlərə yol verilməyəcək.) Qeyd edir ki, barışıq sazişini bağlamaqda məqsəd mənzili satıb müəyyən olunmuş şəkildə bölmək idi. Lakin cavabdeh barışıq sazişinin bağlanmasına məhəl qoymadan tam əks mövqe tutaraq, qapının açarını dəyişməklə onu öz atasından qalmış və övladlarına görə 1/2 hissəsini güzəştə getdiyi mənzilə buraxmır. Həmçinin onu da qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 15 b, 45 saylı mənzilə 1/2 hissədə pay hüququ ilə ona İddiaçı və 1/2 hissədə pay hüququ ilə Cavabdeh məxsusdur. Hazırda kirayədə qalır. Kirayə haqqını ödəməkdə isə çətinlik çəkir. Belə ki, özü İİ qrup əlil olmaqla yanaşı işləmir. Göründüyü kimi cavabdeh tərəfindən mənzildən çıxarılmağı və mənzilə buraxılmaması səbəbindən yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirə bilmir. Hesab edir ki, cavabdeh tərəfindən mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyət bərpa olunmalı və bu hüququ pozan hərəkətlərin qarşısı alınmalıdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4067/2024 saylı qərardadından görünür ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi tələbinə dair ərzələri üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraat xitam verilmişdir: “2.1 Tərəflər öz aralarında qərara gələrək ünvan 2 ünvanında yerləşən 45 saylı mənzildə payların 1/2 hissədə müəyyən olunaraq bölünməsinə razılaşırlar. 2.2 Bu sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə qeyri - müəyyən hüquq və iddialara istinad edilməsinin istisna edir və hüquqi statusdan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin şərtləri etibarlı olur. 2.3 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə bu sazişi təsdiq edən məhkəmə qərardadı icra vərəqəsinin verilməsinə əsasdır. 2.4 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək və buna səbəb olan hər hansı davranış və münasibətlərə yol verilməyəcək”. 6.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 15b, mənzil 45, Yeni qaydalarla : AZ 1089, ünvan 3 ünvanında yerləşən mənzilə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
İşin faktiki halları.
7. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər rəsmi nikahda olmuş, daha sonra onlar arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mübahisə obyekti olan mənzilə münasibətdə tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüququ müəyyən edilmişdir. Hazırki iddia tələbində iddiaçı həmin mənzilə dair ½ hissədə mülkiyyət hüqununun olmasına baxmayaraq, cavabdehin ona həmin mənzildə yaşamağa imkan vermədiyini bildirir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh isə bildirir ki, iddia tələbi ilə razıdır. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
10. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
11. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və tərəflərin izahatı ilə müəyyən edildi ki, tərəflər rəsmi nikah münasibətində olmuş və daha sonra onlar arasında olan nikah pozulmuşdur. Mübahisə obyekti olan mənzillə bağlı isə qeyd edilməlidir ki, göründüyü kimi əvvəl də tərəflər arasında həmin mənzilə dair məhkəmə mübahisəsi olmuş, lakin daha sonra tərəflər arasında barışıq sazişi imzalandığından (həmin sazişdə tərəflər həmin mənzilə dair hər birinin ½ hissədə pay hüqunun olması barədə razılaşmışlar) mülki iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda, iş materiallarında olan Çıxarışdan da göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 15b, mənzil 45, Yeni qaydalarla : AZ 1089, ünvan 3 ünvanında yerləşən mənzilə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə mülkiyyət hüququnu tənzimləyən mülki qanunvericilik normalarına istinadən bildirir ki, nə qədər ki, iddiaçının qeyd olunan mübahisəli mənzilə dair cavabdehlə birlikdə mülkiyyət hüququ mövcuddur, həmin hüquqa münasibətdə hər hansı maneənin yaradılması yolverilməzdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin mübahisəli mənzilə dair ½ hissədə mülkiyyət hüqunun mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin mənzilə köçürülməlidir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəmə iclasında izahatı zamanı bildirmişdir ki, iddia tələbinə dair hər hansı etirazı yoxdur. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Məhkəmə xərcləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
14. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 2, mənzil 45-də, Yeni qaydalarla : AZ 1089, ünvan 3 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinə köçürülməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia təmin edilsin. İddiaçı ünvan 2, mənzil 45-də, Yeni qaydalarla : AZ 1089, ünvan 3 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.