Məhkəmə qərarları › İş №2(010)-4228/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4228/2020

26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4228/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 2 saylı Bakı asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2020-ci ildə 921 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, İddiaçı azaxstan Respublikasının vətəndaşı olan Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, nikah qeydi 921 nömrə ilə 2 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmışdır. Lakin iddiaçı nikahı ailə qurmaq niyyətilə bağlanmadığından, eləcə də cavabdehin ailə qurmaq niyyətinin olmadığı aşkar görünür. Belə ki, onların nə toyu (ev şəraitində kiçik məclis formasında da olsa belə) olmamış, nə də aralarında faktiki ər-arvad münasibəti olmamışdır. İddiaçı və cavabdeh heç bir gün də bir yerdə yaşamamışlar. Bu isə ona dəlalət edir ki, iddiaçı nikaha daxil olarkən ailə qurmaq niyyəti ilə nikaha daxil olmamışdır. Odur ki, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2020-ci ildə 921 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamədən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış nikahın etibarsız sayılmasına hazırda etiraz etmir. Ona görə də məhkəməyə iddianın etirafı ilə bağlı ərizəyə imza edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı və Kazumova Mehriban arasında olan nikah xx.xx.2020-ci il tarixdə 921 sayla 2 Saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Yusubova soyadı verilmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onlar arasında sadəcə nikah bağlanmış və onlar arasında ər-arvad münasibəti faktiki olaraq olmamışdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10—12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Adı çəkilən Məcəllənin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçsə də, tərəflər arasında faktiki olaraq ər-arvad münasibətləri olmamışdır, tərəflər aralasındakı rəsmi nikah, formal xarakter daşıyır. Belə olan halda isə hazırki iş üzrə tərəflər arasında bağlanmış nikah qanuni baxımdan etibarsız hesab edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış nikah qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığından, həmçinin cavabdehdə iddianı etiraf etdiyindən onların aralarındakı nikah etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən İddiaçı ona qarşı olan nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə etirafı təsdiq edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 921 sayla qeydə alınmış xx.xx.2020-ci il tarixli nikah etibarsız sayılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar