Məhkəmə qərarları › İş №2(010)-4234/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4234/2024

28.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4234/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı, Üçüncü şəxs X6 nümayəndəsi Məmmədova Sevilin iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, X15, X16, X17, X18, X14, Məmmədov Adil Oruc oğlu və X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, X15, X16, X17, X18, X14, Məmmədov Adil Oruc oğlu və X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ata mülkü olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə aid 10 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Məmmədov Oruc Vəli oğlu vəfat edənə kimi Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 54 mənzil 14 ünvandakı mübahisəli mənzildə yaşamışdır. Mərhum Məmmədov Oruc Vəli oğlunun övladları: İddiaçı, X15, X16, X23, Məmmədov Adil Oruc oğlu, X14, X17, X18 bir ailədə böyümüşdürlər. Ana babası oğlu X32 müharibəsindən qayıtmadığına görə stresslər keçirmiş, xəstə olmuşdur. Həmin vaxt anası atası ilə rəsmi nikahda olmuş və həmin nikahdan o, dünyaya gəlmişdir. O, anadan olandan sonra babası anasını ona qulluq etmək üçün öz evinə qaytarmışdır. Atası ilə ailəsini bərpa etməyə imkan verməmişdir. Atası təkrar evlənənə kimi ona nənəsi qulluq etmişdir. Atası evlənəndən sonra isə onu analığı X1. O, analığını ana kimi qəbul etmişdir. Ölənə kimi onu ana deyə çağırmışdır. Atası Məmmədov Oruc Vəli oğlu 15 mart 2011-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra qeyriqanuni yolla son beşik qardaşı X14 ata mülklərini anaları X3 adına keçirmişdir. Həmin vaxt onun və digər bacı-qardaşlarının vərəsəlik hüququ qərəzli olaraq pozulmuşdur. Onların heç biri vərəsə kimi cəlb edilməmişlər. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun 7-si mərasimindən sonra məlum olmuşdur ki, kiçik qardaşları X14 yenidən qanun pozuntusuna yol verərək ata mülklərini ələ keçirmək məqsədilə onlardan xəbərsiz qərəzli olaraq ata mülkünü X23, Məmmədov Adil Oruc oğlu və X14 tam olaraq öz adlarına keçirmişlər. Atalarından qalmış, X3 mülkiyyətində olan Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 54 mənzil 14 ünvanında yerləşən ümumi sahəsi 155.3 kv.metr (yaşayış sahəsi 118.1 kv.metr və yardımçı sahəsi 37.2 kv.metr), 7 otaqdan ibarət olan mənzilin 5 otağı 14 saylı Notariat Kontorunun xx.xx.2017-ci il tarixində tərtib etdiyi daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9, qalan 1 otaq Məmmədov Oruc Vəli oğluna və 1 otaq Məmmədov Adil Oruc oğluna hədiyyə edilmişdir. Bakı şəhəri ünvan 2 ünvana bölünmüşdür. ünvan 3nı qardaşları Məmmədov Adil Oruc oğluna, ünvan 4 ünvanı qardaşları X19, ünvan 5 ünvanı qardaşları X9 aiddir. X9 mülkün 5 otağı – 81.2 faizi (87.5 kv.metr, 5 otaq yaşayış sahəsi və köməkçi sahə 37.2 kv.metr, ümumi 124.4 kv.metr), X19 mülkün 1 otağı – 11.7 faizi (18.1 kv.metr, 1 otaq yaşayış sahəsi), Məmmədov Adil Oruc oğluna mülkün 1 otağı – mülkün 7 faizi (10.5 kv.metr, 1 otaq yaşayış sahəsi) hədiyyə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Onlar məhkəmədən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi üzrə vərəsəlik hüquqlarının bərpa edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 54 mənzil 14 ünvanındakı mübahisəli daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 X14, X23 və Məmmədov Adil Oruc oğlu ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqavilələri etibarsız hesab edilmişdir. Narazı qalan qardaşları Bakı Apellyasiya Məhkəməsinə şikayət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hüquqlarının pozulmasını və manefələrinə ciddi şəkildə ziyan dəydiyini bildirmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(102)-5883/2023 nömrəli qətnaməyə əsasən, cavabdehlər – qardaşları X23 və Məmmədov Adil Oruc oğlunun ayrıayrılıqda şikayətləri təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2(102)-871/2024 nömrəli qərar il cavabdeh Məmmədov Adil Oruc oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəsini almış və icraya yönəlmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi qismən icra edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə icraya yönəldilmiş, Nərimanov rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, məhkəmə qərarı icra olunmuş və Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 54, mənzil 14 ünvanında olan mübahisəli daşınmaz əmlaka dair 3 ədəd bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair məlumat Ədliyyə Nazirliyinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində qeydə alınaraq həmin iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda miras əmlakın vərəsələr arasında bölünməsinə dair notarial hərəkətlərin edilməsi mərhələsindədirlər. 14 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixində tərtib etdiyi daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilmişdir. 14 saylı Notariat Kontorunda bu iş üzrə araşdırmalar aparılarkən məlum olmuşdur ki, miras əmlak onun analığı X3 adına keçirilərək bölünərkən ona ata mülkündən pay düşmür. Onun anası X7r. Bu səbəbdən də atası vəfat edəndən sonra qanunsuz olaraq tərtib edilmiş 10 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi gündəmə gəlmişdir. Bununla əlaqədar olaraq, o, 10 saylı Dövlət Notariat Kontorunun rəisi X10 müraciət etmiş və ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin, notariat ofisinin rəisi onun şifahi müraciətinə Mülki Məcəllənin 1246-cı maddəsinə görə, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını və bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirərək imtina etmişdir. İmtinanın səbəbini həmin dövrə aid vərəsəlik sənədlərinin Dövlət Notariat Kontorunun arxivində olması ilə izah edərək bildirmişdir ki, məhkəmənin sorğusuna əsasən vərəsəlik işi tələb ediləcək və hakim iş üzrə məhkəmə araşdırması apararaq öz qərarını verəcəkdir. İddia tələbinə etiraz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Üçüncü şəxs X14 iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, miras qoyan, yəni ataları Məmmədov Oruc Vəli oğlu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasının vəfat etməsindən məlumatlı olmuş və bütün yas mərasimlərində iştirak etmişdir. Bununla belə miras əmlakı vərəsə kimi qəbul etmək barəsində notariat kontoruna ərizə ilə müraciət etməmişdir. Miras əmlak, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 nömrəli evin 14 nömrəli mənzili anaları X3 adına rəsmiləşdirilmişdir. Lakin, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, atalarının vəfatından 2 il sonra qeyriqanuni yolla miras əmlak olan mənzili analarının adına keçirmiş və bununla da onun və digər bacı-qardaşların vərəsəlik hüququnu qərəzli olaraq pozmuş və buna görə də onların heç biri vərəsə kimi cəlb edilməmişdir. Miras əmlak bütün birinci növbə vərəsələr arasında qəbul edilmiş ümumi razılıq əsasında analarının adına rəsmiləşdirilmişdir. Beləliklə də, bu zaman bütün vərəsələrin bundan xəbəri olmuşdur. Deməli, miras əmlak tamamilə qanuni əsaslarla, notariat qaydasında birinci növbə vərəsə olan analarının adına rəsmiləşdirilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, iddiaçı miras qoyanın vəfatından məlumatlı olmuşdur, onun bütün yas mərasimlərində şəxsən iştirak etmişdir. Həmin vaxt mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişdir. Bundan sonra, iddiaçı miras əmlakın qəbulu ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X15, X16, X17 və X11 ona, Məmmədov Adil Oruc oğluna və X19 qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi”nə dair iddia ərizəsi qismən təmin edilmiş, X3 X14, X23 və Məmmədov Adil Oruc oğlu ilə ayrı-ayrılıqda bağladığı xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın bağışlama müqavilələri” etibarsız hesab edilmiş, iddia qalan hissədə, yəni hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair hissədə təmin edilməmişdir. Həmin iş üzrə iddiaçılar qeyd olunan məhkəmə qətnaməsi ilə razılaşmış və apellyasiya şikayəti verməmişlər. Qətnamə həmin hissədə qanuni qüvvəsini almışdır. Bundan 3 il keçdikdən sonra, hazırkı iş üzrə iddiaçı yenidən, mahiyyəti üzrə eyni iddia ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və bu zaman ən azından 3 il iddia müddətini ötürmüşdür. Əslində isə 13 il müddətində iddia müddətini ötürmüşdür. Eləcə də, mahiyyəti üzrə eyni iddia tələbi üzrə məhkəməyə bir dəfə iddia ərizəsi ilə müraciət etmək olar. Hazırkı iş üzrə iddiaçı notariat ofisinə mirasın qəbul ilə bağlı müraciət etməmiş və ötürülmüş müddətin bərpasına dair məhkəməyə ərizə verməmişdir. Beləliklə, iddiaçı atasının – miras qoyanın vəfat etməsi barədə tam məlumata sahib olmasına baxmayaraq, vərəsəliyin qəbulu ilə bağlı 13 il müddətində notariusa rəsmi qaydada ərizə təqdim etməklə müraciət etmədiyindən, qanun üzrə vərəsəlik üzrə vərəsəlik haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması üçün heç bir qanuni əsas yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X23 və Məmmədov Adil Oruc oğlu iddia müddətinin tətbiq edilməsinə dair eyni məzmunlu ərizələrlə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, atası və analığı 1966-ci il tarixdə ailə qurmuşlar. Onların nikah münasibətlərindən 1967-ci il tarixdə ilk övladları dünyaya gəlsə də, sonradan həmin uşaq ölmüşdür. İkinci uşaqları isə Bayram olmuşdur, hansı ki, Bayram dünyaya gəldiyi vaxt o artıq 2-ci sinifdə təhsil alırdı. Anası tütünçülüklə məcburi olaraq məşğul olduğu üçün Bayram və ondan sonra dünyaya gəlmiş uşaqlara o baxmış və uşaqları o böyütmüşdür. Hazırda mübahisə predmeti isə ata mülküdür. İşin hallarında da məlum olduğu kimi, mərhum anası ilə digər qardaşları arasında bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin müraciəti əsasında qeyd edilən müqavilələr etibarsız hesab edilmişdir. Həmin qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilsə də, nəticə dəyişməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin müqavilələr də qətnaməyə uyğun olaraq “Elektron notariat” sistemində tamamilə ləğv edilmişdir. Digər qardaşların hazırda əllərində olan yeganə əsas miras əmlaka dair onların adına olan müvafiq çıxarışladır. Atası çox tələbkar adam olmuş, övladları ailə quraraq həmin mənzildən köçdükdən sonra onları bir-bir qeydiyyatdan çıxarmışdır. Lakin, digər üç qardaşı nə qədər çalışsa da, qeydiyyatdan çıxara bilməmişdir. Həmin üç qardaş da, məhz həmin ünvanda qeydiyyatda olmalarını əsas götürərək ata mülkünü sahiblənmişlər. O, notariat orqanına miras əmlakla bağlı müraciət etsə də, Məmmədova Gülbəsti onun bioloji anası olmadığı üçün belə bir hüququnun yaranmadığını ona bildirmişlər. O, digər məhkəmə prosesləri zamanı da dəfələrlə qardaşına demişdir ki, “biz qardaşıq, gəl məsələni barışıq yolu ilə həll edək”. Lakin, bu danışıqlar müsbət nəticə verməmişdir. Digər qardaşı Bayram hazırda ölkə xaricində hərbi xidmətdədir. Bacıları isə necə deyərlər yarımcandır, yəni xəstədirlər. Necə ola bilər ki, onların ata mülkündən miras qalmış əmlakdan heç bir payları olmasın? Odur ki, işdə olan və təqdim edilmiş mövcud sübutlar əsasında iddianın təmin edilməsi, iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi Məmmədova Sevil iddia tələbini qəbul etməyərək bildirdi ki, qayınatasının vəfatından hazırkı günədək 13 il keçmişdir. Qayınatası vəfat etdikdən sonra 6 ay müddətində Məhərrəm də daxil olmaqla bütün qardaşlarına məlum idi ki, qayınatasından miras qalmış əmlak vərəsə kimi arvadı Məmmədova Gülbəstinin adına rəsmiləşdirilib. Lakin, bu müddət ərzində iddiaçı tərəf miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmiş və bununla da müddəti ötürmüşdür. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X18 izahatında bildirmişdir ki, atasının vəfatından sonra ondan miras qalmış əmlakın anasının adına rəsmiləşdirilməsi zamanı çağırış üzrə getmiş və sənədləşmədə iştirak etmişdir. Lakin, həmin vaxt hansısa sənədə imza edib-etməməsini xatırlamır, çünki həmin hadisələrin üzərindən təxminən 12- 13 il vaxt keçmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X17 izahatında bildirmişdir ki, iddiaçının da izahatında bildirdiyi kimi, ataları digər üç qardaşı həmin ünvandan qeydiyyatdan çıxarmaq üçün çox çalışmış, lakin buna nail ola bilməmişdir. Hətta ataları ilə qardaşları arasında yaranan mübahisə ilə bağlı polis orqanlarına da müraciət edilmişdir. Anası isə ağır yataq xəstəsi olmuşdur. Belə ki, anaları “Alzheimer” xəstəliyindən əziyyət çəkmiş və həmin xəstəlik səbəbindən yaddaşını itirmişdir. Bütün bacı-qardaşlar, hətta onların uşaqları da analarının yanında qalaraq, növbəli şəkildə analarına qulluq etmişlər. Çünki, anaları daim nəzarətə və qulluğa ehtiyacı olan xəstəlikdən əziyyət çəkirdi. Atalarının yas mərasimindən sonra 3 gün müddətində o, anasını evdə tapmamışdır. Belə ki, qardaşları analarını aldadaraq, eləcə də, analarının yaddaş pozğunluğundan istifadə edərək onu sənədləşmə işlərinin aparılması üçün notariusa aparmış və həmin evi öz adlarına rəsmiləşdirmişlər. O, anasının harada olmasını qardaşlarından soruşduqda isə “ASAN xidmət” mərkəzinə pensiya kartının dəyişdirilməsi məqsədilə getdiklərini və bu prosesdə analarının da iştirakının vacib olduğunu vurğularaq onu da aldatmışlar. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X16 izahatında bildirmişdir ki, bacısı X12 izahatında qeyd edilən bütün fikirlərlə tamamilə razıdır və o da, atasından miras qalmış əmlakın vərəsəlik qaydasında anasının adına keçirilməsində hər hansı bir sənədə qol çəkməmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olan digər proses iştirakçıları (onların nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 477085 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı (atası Məmmədov Oruc Vəli oğlu, anası X13) xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının, Krasnoselo rayonunun, Ardanıs kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 160202 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məmmədov Oruc Vəli oğlu xx.xx.2011-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 584 nömrə ilə qeyd edilmişdir. ünvan 7dən xx.xx.2011-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2011-ci ildə vəfat etmiş Məmmədov Oruc Vəli oğlunun vərəsəsi – Bakı şəhəri, C.Haxıbəyli küçəsi, ev 54, mənzil 14-də qeydiyyatda olan həyat yoldaşı X5r. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 1011 saylı reyestr kitabının 151821-ci səhifəsində 30/151821 saylı ilə qeydə alınmış seriya MH 169062 saylı qeydiyyat vəsiqəsinə və AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri, Əİ tər, xx.xx.2011-ci il tarixli, 11/25305 saylı arayışa əsasən, mərhum Məmmədov Oruc Vəli oğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 54 saylı evdə yerləşən, ümumi sahəsi 155.3 m2, o cümlədən yaşayış sahəsi 118.1 m2 olan, 7 otaqlı, 14 nömrəli şəxsi mənzildən ibarətdir. Reyestrdə 2-v-1-215 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X25 Şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155.3 m2, yaşayış sahəsi 118.1 m2, yardımçı sahəsi 37.2 m2 olan, 7 otaqdan ibarət 14 nömrəli mənzil X3 mülkiyyətindədir və həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ X3 adına xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X25 Şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş, X8 (Hədiyyə verən) və Məmmədov Adil Oruc oğlu (Hədiyyə alan) arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, “Hədiyyə verən” Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, ümumi sahəsi 155.3 m2, yaşayış sahəsi 118.1 m2, yardımçı sahəsi 37.2 m2 olan, 7 otaqlı, 14 nömrəli mənzilin 11.5 m2, 1 otaqdan ibarət olan hissəsini “Hədiyyə alan”ın mülkiyyətinə verir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X25 Şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş, X8 (Hədiyyə verən) və X23 (Hədiyyə alan) arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, “Hədiyyə verən” Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, ümumi sahəsi 155.3 m2, yaşayış sahəsi 118.1 m2, yardımçı sahəsi 37.2 m2 olan, 7 otaqlı, 14 nömrəli mənzilin 19.1 m2, 1 otaqdan ibarət olan hissəsini “Hədiyyə alan”ın mülkiyyətinə verir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X25 Şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş, X8 (Hədiyyə verən) və X14 (Hədiyyə alan) arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, “Hədiyyə verən” Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, ümumi sahəsi 155.3 m2, yaşayış sahəsi 118.1 m2, yardımçı sahəsi 37.2 m2 olan, 7 otaqlı, 14 nömrəli mənzilin 87.5 m2, 5 otaq və köməkçi sahəsi 37.2 m2-dan ibarət olan hissəsini “Hədiyyə alan”ın mülkiyyətinə verir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 316989 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2021-ci il tarixdə “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021ci il tarixdə 418 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçılar İddiaçı, X15, X16, X17 və X11 cavabdehlər X14, X23 və Məmmədov Adil Oruc oğluna qarşı daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair iddia tələbi qismən təmin edilmiş, X3 X14, X23 və Məmmədov Adil Oruc oğlu ilə ayrı-ayrılıqda bağladığı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5883/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X23 və Məmmədov Adil Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-871/2024 nömrəli qərarından müəyyən olunur ki, cavabdeh Məmmədov Adil Oruc oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5883/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin cavabdeh Məmmədov Adil Oruc oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. ünvan 6 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4680 nömrəli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin 14 nömrəli mənzilinə dair Bakı şəhəri 14 saylı Notariat X2 ilə X23, Məmmədov Adil Oruc oğlu və X14 arasında xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilərək qeydiyyatı 4Ə/-386, 4Ə/-387, 4Ə/-388 reyestr nömrələri ilə aparılmış daşınmaz əmlakın bağışlama müqavilələri xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və reyestr kitabında, həmçinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. Məhkəmə sorğusuna əsasən AR ƏN Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim olunmuş və vərəsəlik işinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2011-ci il tarixli, 083095 nömrəli arayışdan müəyyən olunur ki, Məmmədov Oruc Vəli oğlu xx.xx.1989-cu il tarixdə C.Hacıyev küçəsi, ev 54 ünvanında yerləşən 14 nömrəli mənzildə pasport qeydiyyatında olmuş, xx.xx.2011-ci il tarixdə vəfat etmiş, vəfat edənə qədər qeyd edilən ünvanda yaşamış, vəfat edəndən sonra kommunal xərclər X8 tərəfindən ödənilmişdir və o, hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 1133. Vərəsəlik anlayışı. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134. Vərəsələr. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Mirasın açılması. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1147. Mirasın açıldığı yer. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 16. Dövlət reyestrində düzəlişlər. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Notariusun vəzifələri. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; Maddə 55. Açılmış miras haqqında vərəsələrə xəbər verilməsi və vərəsələrin axtarılması. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhrum Məmmədov Oruc Vəli oğlunun mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155.3 m2, o cümlədən yaşayış sahəsi 118.1 m2 olan, 7 otaqlı, 14 nömrəli mənzil olmuşdur. Sonuncunun 15 mart 2011-ci il tarixdə ölümündən sonra qeyd olunan əmlaka dair miras açılmışdır. Sonuncunun vərəsələri – övladları İddiaçı, X15, X16, X23, Məmmədov Adil Oruc oğlu, X14, X17, X18, həyat yoldaşı X8 olmuşdur. Miras qoyanın arvadı, yəni X8 Bakı şəhəri 10 saylı dövlət notariat kontoruna müraciət edərək ərindən miras qalmış daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və onun adına xx.xx.2011-ci il tarixli, 2-v-1-215 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak vərəsə Gülbəsti Məmmədovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonuncunun adına müvafiq çıxarış verilmişdir. Lakin, digər vərəsə olan İddiaçı mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi barədə 3 ay ərzində notariat kontoruna müracət etməmiş, həmçinin miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, miras qoyanın yaşadığı yer, eləcə də əmlanın yerləşdiyi yer Nərimanov rayonu ərazisində olsa da, vərəsəlik işi Suraxanı rayonunda yerləşən notariat kontorunda açılmışdır. Həmçinin notarius tərəfindən digər vərəsələrin axtarılması istiqamətində hər hansı tədbirlər görülməmişdir. İddiaçı isə aparılan hərəkətlər barədə məlumatsız olmuşdur. Qeyd edilməlidir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı həmçinin mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görməlidir. Göründüyü kimi, ünvan 7dən Gülbəsti Məmmədovaya xx.xx.2011-ci il tarixdə reyestrdə 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, notarius tərəfindən vəzifəsi düzgün icra edilməyərək “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur, bu isə iddiaçının məlumatsız qalmasına səbəb olmuşdur. Bununla da məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mübahisəli mənzilə dair ünvan 7dən verilmiş xx.xx.2011-ci il tarixli, reyestrdə 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin çıxarış xx.xx.2011-ci il tarixli, 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, həmin şəhadətnamə etibarsız hesab edildiyindən çıxarış da etibarsız hesab edilməli və İddiaçı ünvan 1 ünvanında yerləşən 14 nömrəli mübahisəli mənzilə vərəsəlik hüququ tanınmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mübahisəli mənzilə dair ünvan 7dən verilmiş xx.xx.2011-ci il tarixli, reyestrdə 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 14 nömrəli mübahisəli mənzilə vərəsəlik hüququ tanınmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə dair ünvan 7dən verilmiş xx.xx.2011ci il tarixli, reyestrdə 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 14 nömrəli mübahisəli mənzilə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar