Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4250/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X4 qarşı “istifadə hüququnun itirilməsi” tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, «Q» Y/S, 9 saylı evin 16 saylı mənzildən X3 istifadə hüququnun olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, 9 saylı evin 16 saylı mənzili 2003-cü ildə alqı-satqı müqaviləsinə əsasən mərhum həyat yoldaşı X2 adına əldə edilmişdit. Hal-hazırda həmin mənzil onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq mənzilə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Belə ki, özünə məxsus olan mənzilə mülkiyyətçi kimi sərbəct sərancam verməsinə orada heç vaxt yaşamayan X3 qeydiyyatda olması mane olur. Onun evində qeydiyyatda olan X3 hal-hazırda harada yaşaması barədə heç bir məlumatı yoxdur. Cavabdehlə onun heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdehin onun evində pasport qeydiyyatında qalması, bir çox hallarda onun üçün müəyyən maneələr yaradır və artıq cavabdehə görə artıq kommunal xərclər ödəyir. Hesab edir ki, mülkiyyətində olan mənzildən cavabdehin pasport qeydiyyatında qalmasına heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən mülkiyyətində olan mənzilin yaşayış sahəsindən cavabdehin istifadə hüququnun olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixlidaşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, 9 saylı evin 16 saylı mənzili xx.xx.2020-ci ildə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yaşayşı yeri haqqında arayışından görünür ki, İddiaçı və X5 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, 9 saylı evin 16 saylı mənzildə pasport qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 105 №-li MKİS-nin arayışdan görünür ki, X5 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, 9 saylı evin 16 saylı mənzilində 2003-cü ildən yaşamır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, 9 saylı evin 16 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmçinin müəyyən olundu ki, iş üzrə cavabdeh X5 mülkiyyətçinin ailə üzvü deyildir və X3 mənzilin mülkiyyətçisi ilə mübahisəli mənzilə istifadə hüquqlarını müəyyən edən müqavilə mövcud deyildir. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X3 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, 9 saylı evin 16 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşaması və ya onun iddiaçı ilə mənzildən istifadə hüququnun yaranması barədə müqavilə bağlaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə cavabdehlərin mübahisəli ünvana istifadə hüququ yaranmamışdır. Göstərilən halların məcmusunu və yuxarıda sadalanan qanunvericilik normasını rəhbər tutmaqla məhkəmə hesab edir ki, X3 mübahisəli mənzilə dair istifadə hüquqlarıəmələ gəlməmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehə münasibətdə iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, həmin cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, 9 saylı evin 16 saylı mənzilinəistifadə hüququnun olmaması müəyyən edilməlidir. Həmçinin iddia üzrə cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüquqlarının olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, 9 saylı evin 16 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. X1 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, 9 saylı evin 16 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4250/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4250/2020
16.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver