Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4285/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun- Ərizəçi - xx.xx.1959-cu il təvəllüdlü, Azərbaycan Respublikasının Şamaxı rayonunun Mədrəsə qəsəbəsində anadan olmuş Təhməzova (nikahdan əvvəlki soyadı: Ovçyan) İra Qeorqiyevnanın xx.xx.1962-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş X17 ilə birgə nikahından xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, (Ərizəçi) xx.xx.1998-ci il tarixdə Bakı şəhərində 3 saylı Şəhər Klinik Xəstəxanasında anadan olmuşdur. Anası Təhməzova (nikahdan əvvəlki soyadı: Ovçyan) İra Qeorqiyevna xx.xx.1959-cu il tarixdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsində anadan olub. Anasının hazırda şəxsiyyətini və hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Anası ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olub, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi evlərdən birində kirayədə yaşayır. X5 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olub. Atası Azərbaycan Respublikasının vətəndaşı olub, 2004-cü ildə Bakı şəhərində vəfat edib. Valideynləri xx.xx.1989-cu il tarixdə nikaha daxil olub, onların nikahı Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınıb. Nikaha daxil olduqdan sonra anasına "Təhməzova" soyadı verilib. Uşaqlıqdan doğum haqqında şəhadətnaməsinin olduğunu xatırlamır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi də mümkün olmayıb. O doğulan zaman anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün anasına onun doğulduğu tibb müəssisəsi tərəfindən onun doğulmağı barədə tibbi şəhadətnamə verilməyib. Belə ki, hələ o doğulmamışdan əvvəl valideynlərinin kirayə yaşadığı mənzildə yanğın baş vermiş və onlara aid bütün sənədlər həmin mənzildə yanmışdır. Həmin hadisədən sonra valideynləri sənəd almaq üçün heç bir aidiyyəti orqana müraciət etməyiblər. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə də təmin edilməyim mümkün olmur. 2003-cü ildə valideynləri onu Bakı şəhəri Xəzər rayonunun ərazisində yerləşən “X21 Respublika Uşaq və X19 və X3 Sanatoriyası” PHŞ-yə yerləşdirib. O, orada 2011-ci ilə kimi (7-ci sinfə qədər) təhsil almış, 2013-cü ilə kimi isə yaşamışdır (lakin arayışda 2010 qeyd edilib). Sonra anası gəlib onu həmin müəssisədən götürdü və o anası, bacısı və qardaşı ilə birlikdə yaşamağa başlamışdır. O onlarla birlikdə 2015-ci ilə kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi evlərdən birində kirayədə yaşamışdır. 2015-ci ildən isə həmin evdən çıxaraq qardaşı Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsində yerləşən fərdi evlərdən birində kirayədə yaşamışlar. Hazırda qardaşı ila birlikdə ünvan 3 ünvanında kirayədə yaşayırlar. Yeməkxanada ofisiant, şüşə sexində fəhlə kimi çalışmışdır. Qardaşı Şahid3 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olub. Qardaşının şəxsiyyətini və hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Qardaşı onunla birlikdə ünvan 3 ünvanında yaşayır. X4 Bakı şəhərində anadan olub. Onun şəxsiyyətini və hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi olmayıb. Bacısı Bakı şəhərində vəfat edib. Onun anadan olduğu və vəfat etdiyi tarix barədə məlumatı yoxdur. X2 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olub. Bacısının doğum faktını, şəxsiyyətini və hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Bacısı hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maykovski küçəsində yerləşən evlərdən birində kirayədə yaşayır. Hazırda onun 27 yaşı var. Lakin doğumu qeydə alınmadığı üçün doğum haqqında şəhadətnamə ilə təmin edilməmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi də mümkün olmur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün o vətəndaşsızlıq vəziyyətinə düşmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün hazırda o vətəndaşsızlıq vəziyyətinə düşmüş şəxs kimi BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Hazırda onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün o müvafiq səlahiyyətli dövlət orqanına doğum haqqında şəhadətnaməsini təqdim etməlidir. Belə ki, o xx.xx.2025-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsini xahiş etmişdir. Lakin doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı icraatın aparılması mümkün olmayıb. Bu səbəbdən də, hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında şəhadətnamə ilə təmin olunmağı üçün doğum faktının qeydə alınması lazımdır. Bu səbəbdən də, anası Təhməzova (Ovçyan) İra Qeorqiyevna “X25” PHŞ-yə müraciət edərək onun - xx.xx.1959-cu il təvəllüdlü, Azərbaycan Respublikasının Şamaxı rayonunun Mədrəsə qəsəbəsində anadan olmuş Təhməzova (nikahdan əvvəlki soyadı: Ovçyan) İra Qeorqiyevnanın xx.xx.1998-ci il tarixdə "X25" PHŞ 3 saylı Şəhər Kliniki Xəstəxanasında kişi cinsindən olan bir uşaq doğduğunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin ona verilməsini xahiş etdi. “X25” PHŞ anasının müraciətinə cavab olaraq bildirib ki, onun - X10 xx.xx.1998-ci il tarixdə Mərkəzə müraciəti daxil olmayıb. Hazırda, o, ünvan 3 ünvanında yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də o xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək onun- Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü, Azərbaycan Respublikasının Şamaxı rayonunun Mədrəsə qəsəbəsində anadan olmuş Təhməzova (nikahdan əvvəlki soyadı: Ovçyan) İra Qeorqiyevnanın xx.xx.1962-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş X17 ilə birgə nikahından xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulması faktının qeydə alınmasını və onu doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixli, 3-16-5/7-10- 1777/2025 saylı məktubu ilə onun müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: Bildirilir ki, X9 X1 sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün X9 üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi ərizəyə uyğun izahat verərək bildirmişdir ki, o xx.xx.1998-ci ildə anadan olmuşdur. Onun anası 2003-cü ildən onları “X21 Respublika Uşaq və X19 və X3 Sanatoriyası” PHŞ-yə yerləşdirilmiş və həm də orada yaşamışdır. Daha sonra 2013-cü ildən sonra anasını və qardaşını tapmışdır. Böyüdükdən sonra o, X6 paketləyici vəzifəsində işləmişdir. Onun anası xx.xx.1959-cu il təvəllüdlü, Azərbaycan Respublikasının Şamaxı rayonunun Mədrəsə qəsəbəsində anadan olmuş Təhməzova (nikahdan əvvəlki soyadı: Ovçyan) İra Qeorqiyevna və atası xx.xx.1962-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş X17 olmuş və onlar rəsmi olaraq nikahda olmuşlar. Lakin evdə baş vermiş yangın nəticəsində onların bütün sənədləri yanmışdır. Hal-hazırda şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin onun doğum haqqında şəhadətnaməsi yoxdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o özü 2013-2014-cü illərdə X7 kafesində paketçi vəzifəsində işləmişdir, həmin vaxt Şamil də kuryer vəzifəsində işləyirdi, lakin onun sənədləri yox idi. Onun anasını İradə xanım kimi tanımış və onların birlikdə müxtəlif yerlərdə kirayə qalmaqlarından məlumatlıdır. Qardaşı Anar, bacısı Bibixanımdır və onların şəxsiyyət vəsiqələri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Şamilin anası İradə xanımla bir həyətdə kirayədə qalmışlar. Şamil isə həmin vaxtı sanatoriyada qalırdı. Sonra Şamilin qardaşı Anarla tanış olmuş, onunla faktiki nikah münasibətinə daxil olmuş və birgə nikahların iki uşaqları dünyaya gəlmişdir. Hazırda isə onunla ayrılmışlar. Şamili isə o, uşaqlıqdan 7-8 yaşlarından görüb. Onların atası vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, “X9 X1 sistemdə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün X9 üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən yuxarıda sadalanan sənədləri təqdim edilmədiyindən ərizənizin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icra olunması mümkün deyildir. Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli olan faktı müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx xxx 1998-ci il təvəllüdlü Shamil Tahmazova (himayə sənədi № ***-*******51) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 14 mart 2025-ci il tarixindən 31 mart 2026-cı il tarixinədək ünvan 3 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi ''X21 Respublika Uşaq və X19 və X3 Sanatoriyası" X26 tərəfindən verilmiş arayışın surətindən müəyyən olunu ki, xx.xx.1998-cu il təvəllüdlü Ərizəçi, həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X21 Respublika Uşaq və X19 və X3 Sanatoriyasında həm oxuyub, həm də 2003cü ildən 2010-cu ilə dək Tub viraj diaqnozu ilə müalicə almışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmət Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, qeyd olunan məsələ ilə əlaqədar bildilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci yarımbəndinə əsasən şəxsin doğum haqqında şəhadətnaməsinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd) və 3.4.6-cı yarımbəndinə əsasən şəxsin valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətinin sorğuya əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənədlər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. Bakı Şəhəri Sabunçu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, xx.xx.1985-ci ilə aid doğum aktı aşkar edilməmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi X9nın Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, doğumun qeydə alınıb-alınmaması haqqında arayışın istənilməsinə dair Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılmışdır. Ədliyyə Nazirliyinin “X9” X1 sistemində və Sabunçu, Xətai, Suraxanı rayon qeydiyyat şöbələrində, eləcə də X9nın arxivində axtarış aparılarkən doğumun qeydə alınması haqqında hər hansı bir məlumat aşkar olunmamışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166.1 -ci maddəsinin tələblərinə görə doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən qeyd edilir ki, doğum haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, doğumun qeydə alınıb alınmaması haqqında arayışın istənilməsinə dair Xəzər rayon Qeydiyyat şöbəsinə daxil olmuş müraciətə baxılmışdır. Ədliyyə Nazirliyinin “X9 X1 Sistemi”-də və Xəzər rayon qeydiyyat şöbəsinin arxivində bərpa akt qeydləri üzrə axtarış aparılarkən doğumun qeydə alınması haqqında hər hansı bir məlumat aşkar olunmamışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə görə doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən qeyd edilir ki, doğum haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "X25" X26 tərəfindən X12 ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, xx.xx.2025 ci il tarixli ərizəyə cavab olaraq X20 rəhbərliyi bildirir ki, xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının Şamaxı rayonunun Mədrəsə qəsəbəsində anadan olmuş X15 xx.xx.1998ci il tarixdə Mərkəzə müraciəti olmayıb. İş materiallarına əlavə edilmiş Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Şahid3 xx.xx.1989-cu il tarixdə doğulmuşdur. X5 və anası X11. İş materiallarına əlavə edilmiş BMT QAK Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş Himayə sənədinin surətindən müəyyən olunur ki, bu sənədi daşıyan şəxs Ərizəçidur. İş materiallarına əlavə edilmiş Nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X17 ilə X22 xx.xx.1989-cu il tarixdə 66 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Təhməzova, ərə Təhməzov soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında dindirilən ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim olunmuş sübutlardan müəyyən olunur ki, ərizəçi xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X17 ilə X10 rəsmi nikahlarından xx.xx.1998-ci il tarixdə Bakı şəhərində bir oğlan övladları anadan olmuş və hazırda həmin şəxsin doğum haqqında şəhadətnaməsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1959-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, milliyətcə erməni Təhməzova (Ovçyan) İra Georgiyevnanın xx.xx.1998-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, milliyətcə erməni Təhməzova (Ovçyan) İra Georgiyevnanın xx.xx.1998-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydində doğulduğu yer “Azərbaycan Respublikası Bakı şəhəri,”, doğum tarixi xx.xx.1998-ci il, adı “Şamil”, ata adı “Şahin”, soyadı “Təhməzov” valideynləri haqqında qeyddə atası qrafasında “X17” milliyəti azərbaycanlı, anası qrafasında “X16” milliyəti erməni kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğumun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4285/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4285/2025
19.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver