Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4302/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X*0 iclas katibliyi, Ərizəçi Ağayeva (Məmmədəliyeva) İlahə Ramiz qızının iştirakı ilə, Ərizəçi Ağayeva (Məmmədəliyeva) İlahə Ramiz qızının maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. *. Ərizəçi Ağayeva (Məmmədəliyeva) İlahə Ramiz qızı maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən *2.*0.20*6-cı il tarixdə anadan olmuş oğlu X* doğum yeri Bakı şəhəri, doğum tarixi *2.*0.20*6-cı il, atası X7, anası Ərizəçi göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X7 ilə 20*5-ci il tarixdə faktiki nikaha daxil olmuşdur. Onların faktiki nikahından *2.*0.20*6-cı il tarixdə Nihad adlı uşaqları olmuşdur. *2.*0.20*6-cı il tarixdə anadan olmuş uşaqları Nihadın doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsinə dair Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum akt qeydinin aparılmasından və doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bununla da ona lazım olan *2.*0.20*6-cı il tarixdə anadan olmuş uşaqları Nihadın doğum akt qeydini təsdiq edən sənədi əldə edə bilməmişdir. Buna görə də doğum faktının müəyyən edilməsinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında ərizəçi Ağayeva (Məmmədəliyeva) İlahə Ramiz qızı ərizəni müdafiə edərək bildirdi ki, oğlu X3 *2.*0.20*6-cı il tarixdə anadan olmuşdur. Faktiki nikahda olduğu ərinin sənədlərində problem olduğu üçün rəsmi nikaha daxil ola bilməmişlər. Oğlunun doğumu zamanı isə maddi imkanları olmadığından xəstəxanaya gedə bilməmişlər. Uşağın sənədi olmadığı üçün hal-hazırda məktəbə gedə bilmir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 207-05/35 nömrəli məktubdan görünür ki, doğumun qeydiyyata alınması üçün sənədlər təqdim edilmədiyindən Ərizəçi ona doğum haqqında şəhadətnamə verilməsinə dair müraciətindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
6. X2 və X9 tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.*987-ci il təvəllüdlü qonşuları Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə faktiki olaraq yaşayır.
7. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *4.*0.2022-ci il tarixli, 3006 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Suraxanı rayonu Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə qeydiyyatsız yaşayır.
8. Doqquz ədəd fotoşəkildən görünür ki, ərizəçinin yanındakı azyaşlı oğlan uşağı ilə birlikdə uşağın körpəliyindən etibarən təklikdə və başqa şəxslərin yanında şəkilləri çəkilmişdir.
Şahid ifadələri.
9. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 qeyd etmişdir ki, Ərizəçi onun qonşusudur. İlahə xanımın bir qız və bir oğlan övladı var. Qızı böyükdür, oğlunun isə təxminən 5-6 yaşı var. Ərinin adı isə Səxavətdir. İlahənin doğuş sancısı başlayan zaman əri Səxavət onu kömək üçün evlərinə çağırmışdır. O, evlərinə çatan zaman artıq doğuşun başladığını görmüş, qısa müddət sonra onun köməyi ilə doğuş başa çatmışdır. Bundan sonra uşağın göbəyini kəsib bələyərək anasının qucağına vermişdir. *0. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 qeyd etmişdir ki, ərizəçi İlahə xanım onun qonşusudur. O, təxminən 20*5-ci ildən onun qonşuluğuna gəlin köçmüşdür. İki uşağı – bir qızı və bir oğlu var. Oğlu təxminən 20*5-20*6-cı ildə dünyaya gəmişdir. Doğuş evdə baş vermişdir. O, doğuşda iştirak etməmiş, lakin qonşulardan oğlan uşağının dünyaya gəldiyini və uşağın adını Nihad qoyduqlarını eşitmişdir. Hal-hazırda ərizəçi və əri birlikdə yaşayırlar. **. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X** qeyd etmişdir ki, ərizəçi onun qardaşı arvadıdır. Qardaşının adı isə Səxavətdir. Qardaşı ilə ərizəçi arasında rəsmi nikah olmasa da 20*5-ci ildən faktiki nikahdadırlar. İlahənin özünün təxminən *6 yaşında bir qızı var. Qardaşı Səxavətlə olan faktiki nikahından isə *2.*0.20*6-cı il tarixdə Nihad adlı oğlu dünyaya gəmişdir. Maddi vəziyyətləri ağır olduğu üçün doğuş zamanı xəstəxanaya gedə bilməmişlər və uşaq evdə doğulmuşdur. Uşağın hazırda 6 yaşı var. Məktəbə gedə bilmədiyi üçün sənəd düzəltdirmək istəyirlər. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmişdir.
İşin faktiki halları.
*2. Ağayeva (Məmmədəliyeva) İlahə Ramiz qızının *2.*0.20*6-cı il tarixdə oğlu – X3 doğulmuşdur. Uşağın doğumu ev şəraitində baş tutmuş, doğuşun baş tutması heç bir həkim tərəfindən təsdiq edilməmiş, hazırkı tarixədək ərizəçinin oğlunun doğum faktını təsdiq edən heç bir sənəd əldə edilə bilməmişdir. Bu səbəbdən ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilərək uşağın doğum faktının təsdiq edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq.
*3. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır ... *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *66. Doğumun qeydə alınması qaydası. *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir.
*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.**. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi.
*5. Ərizəçinin tələbindən görünür ki, o, məhkəmədən oğlu X* *2.*0.20*6-cı il tarixdə Bakı şəhərində atası X7 olmaqla doğulması faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi *2.*0.20*6-cı il tarixdə tibb müəssisəsindən kənarda, ev şəraitində oğlan uşağı dünyaya gətirmişdir. Ərizəçinin həmin tarixdə ev şəraitində uşaq dünyaya gətirdiyini məhkəmə iclasında iştirak edən şahidlər də təsdiq etmiş, bu şahidlərdən biri doğuşda birbaşa iştirak edərək doğuşun baş tutmasına kömək edən şəxs olmuşdur. Lakin uşaq tibb müəssisəsindən kənarda doğulduğundan ərizəçi uşağın doğumu ilə əlaqədar doğum haqqında arayış ala bilməmiş, elə bu səbəbdən vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. *7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli qərarının 4.3-cü bəndində qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. *8. Məhkəmə hesab edir ki, *2.*0.20*6-ci il tarixdə Bakı şəhərində ərizəçinin oğlu X* doğum faktının mövcudluğunu təsdiq edən kifayət qədər mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlər ərizəçinin faktiki nikahı, bu nikahdan həmin tarixdə ev şəraitində oğlan uşağı dünyaya gətirməsi ilə bağlı bir-biri ilə üst-üstə düşən məzmunda ifadələr vermişlər. Bundan başqa məhkəməyə müxtəlif fotoşəkillər təqdim olunmuşdur ki, bu fotoşəkillərdən ərizəçinin azyaşlı oğlan uşağı ilə uşağın körpəliyindən etibarən təklikdə və başqa şəxslərin əhatəsində müxtəlif şəkilləri olduğu görünür. *9. Belə olan halda məhkəmə hesab edir ki, X* *2.*0.20*6-cı il tarixdə Bakı şəhərində ərizəçi Ağayeva (Məmmədəliyeva) İlahə Ramiz qızından doğulması faktı müəyyən edilməlidir.
20. Lakin ərizənin uşağın atasının X7 olmasının müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ərizə bu hissədə təmin edilə bilməz. Belə ki, ərizəçinin izahatından və şahid ifadələrindən belə müəyyən olunur ki, ərizəçi *2.*0.20*6-cı il təvəllüdlü oğlu Nihadı faktiki nikahdan dünyaya gətirmişdir və hazırda da həmin şəxslə faktiki nikahdadır. Yəni atalığın tanınması ilə bağlı heç bir mübahisə yoxdur. Belə görünür ki, hazırkı ərizədə uşağın atasının X7 olmasının müəyyən edilməsini xahiş etməklə ərizəçi bu qətnamə əsasında veriləcək doğum haqqında şəhadətnamənin uşağın atası barədə qeyd hissəsində həmin şəxsin adının yazılmasına nail olmaq istəmişdir. 2*. Məhkəmə bununla bağlı ərizəçinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
22. Göründüyü kimi ərizəçinin bu qətnamə əsasında uşağa alacağı doğum haqqında şəhadətnamədə uşağın atası kimi X4 adının yazılması üçün bu qətnamə ilə uşağın atasının müəyyən edilməsi tələb edilmir. Ərizəçi və uşağın atası olan faktiki nikahda olduğu şəxs birgə ərizə verərək, həmin şəxs ərizə verməzsə, uşağın anası olan ərizəçinin göstərişinə uyğun olaraq şəhadətnamədə uşağın atası barədə qeyd ediləcəkdir.
23. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, uşağın atalığının (ata sağ olduğu halda) və atalığın tanınması faktının (ata sağ olmadığı halda) məhkəmə qaydasında müəyyən edilməsi qanunla nəzərdə tutulsa da bunlar tamamilə başqa işlərdir və uşağın doğum faktının müəyyən edilməsi ilə birlikdə baxıla bilməz. Üstəlik ərizəçinin izahatı və şahid ifadələrindən belə görünür ki, hazırkı işdə uşağın atası sağdır. Belə olan halda nəzərə alınmalıdır ki, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması Ailə Məcəlləsinin 45.*-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli qərarı).
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X* *2.*0.20*6cı il tarixdə, Bakı şəhərində Ağayeva (Məmmədəliyeva) İlahə Ramiz qızından doğulması faktı iş materiallarında olan kifayət qədər mötəbər və təkzibedilməz sübutlarla tam sübut olunduğundan ərizə qismən təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir.
25. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. X* *2.*0.20*6-cı il tarixdə Bakı şəhərində Ağayeva (Məmmədəliyeva) İlahə Ramiz qızından doğulması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva