Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4335/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Civişova (İbadova) Sevda Sübhan qızının vəkili və etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Civişova (İbadova) Sevda Sübhan qızı maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Civişova (İbadova) Sevda Sübhan qızı maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 və Civişova (İbadova) Sevda Sübhan qızının xx xxxxxx 1999-cu ildə ölmüş məhrum ataları X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Civişova (İbadova) Sevda Sübhan qızının vəkili və etibarnamə üzrə nümayəndəsi X13 ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, ərizəçilərin atası X12 xx xxxxxx 1999-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evin “A" və "B" tikilisindən 1/12 hissəsi mərhum ataları X6 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ərizəçilər mərhum atalarından qalmış ünvan 1 ünvanında yerləşən evin "A" və "B" tikilisindən 1/12 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi xx xxxxxx 2020-ci il tarixli 76 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. xx xxxxxx 1999-cu ildə ölmüş X6 qanun üzrə birinci növbəli vərəsələri X2, Ərizəçi1, İbadova (Civişova) Sevda Sübhan qızıdır. Hüquqi savadları olmadığından və ölüm haqqında şəhadətnaməni vaxtında ala bilmədiklərindən X6 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduqları barədə məlumatları olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdırlar. X2 maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisi olmaqla, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1999-cu ildə ölmüş məhrum əri X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)1956/2020 saylı qətnaməsi ilə X1 miras qalmış ünvan 1 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsinin X9 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab olunmaqla, uzadılması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)1956/2020 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri 24 saylı Notariat Ofisinə göndərilmiş, lakin Notariat Ofisi mərhum X5 miras qalmış ünvan 1 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsinin yalnız X9 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab olunmasını, lakin X4 başqa daha iki vərəsəsinin Ərizəçi1 və Ərizəçi2 da vərəsə olmasını bildirərək, qətnaməni icra etməkdən imtina etmişdir. Ərizəçi X9 maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisi olmaqla, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddətin üzürlü hesab olunması digər vərəsələrə də aid hesab olunmaqla, xx xxxxxx 1999-cu ildə ölmüş X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılmalı idi. Bununla bağlı, X9 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1956/2020 saylı qətnaməsinə izah verilərək, mərhum X5 miras qalmış ünvan 1 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab olunmaqla, uzadılması barədə izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin, Suraxanı rayon Məhkəməsinin 2(010)-1956/2020 saylı, xx xxxxxxxx 2020- ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bu səbəbdən, Ərizəçi1 və Civişova (İbadova) Sevda Sübhan qızı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi1 və Civişova (İbadova) Sevda Sübhan qızı xx xxxxxx 1999-cu ildə ölmüş məhrum ataları X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ şöbəsi tərəfindən xx xxxx 1978-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı 452751 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X7 arasında bağlanmış nikah 1978-ci ilin iyun ayının 24-cü günündə 210 nömrə ilə qeyd olunmuşdur. Nikahın bağlanmasından sonra ərə İbadov, arvada isə İbadova soyadı verilmişdir. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ şöbəsi tərəfindən xx xxxx 1979-cu il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 345259 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxx 1979-cu il tarixdə doğulmuşdur. Bu barədə doğum aktların qeydiyyatı haqqında kitabında xx xxxx 1979-cu il tarixdə 734 sayla qeyd edilmişdir. Ata qrayfasında X10, ana qrafasına X11 qeyd edilmişdir. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ şöbəsi tərəfindən xx xxxx 1980-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 286089 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 Sübbhan oğlu xx xxxx 1980-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum aktların qeydiyyatı haqqında kitabında xx xxxx 1980-ci il tarixdə 894 sayla qeyd edilmişdir. Ata qrayfasında X10, ana qrafasına X11 qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Suraxanı RPİ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 01718276 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X9 ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi1 ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci tarixdə verilmiş arayışdan görünür ki, X9 ünvan 4 ünvanında qeydiyyatdadır. Suraxanı RİHB-nın Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, mərhum X12 həqiqətən xx.xx.1971-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi Əmircan qəsəbəsi, Atamoğlan Rzayev (keçmiş 4-cü mədən) küçəsi, ev 14 ünvanında qeydiyyatda olub. O, xx.xx.1999-cu il tarixdə vəfat edib. Onunla birgə bu ünvanda həyat yoldaşı X9 xx.xx.1978-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi qeydiyyatd olub. Onların birgə nigahdan bu övladları olub: 1. qızı – X22 q. - xx.xx.1979-cu il tarixdə, xx.xx.1991 -ci il tarixə kimi qeydiyyatda olub. 2. oğlu – Ərizəçi1 Sübhan o. - xx.xx.1980-ci il tarixdə xx.xx.1991-ci il tarixə kimi qeydiyyatda olub. Qeyd: Mərhumun başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. Məlumatlar ev kitabı və təqdim olunan sənədlər əsasında verilib. Bakı şəhəri Suraxanı RİHB yanında Əmircan qəsəbə nümayəndəliyi tərəfindən xx xxxxxx 1999-cu il tarixdə verilmiş V-ЖГ seriyalı 340502 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1999cu ildə ölmüşdür. Bu barədə ölüm haqında akt qeydləri kitabında 1999-cu ilin yanvar ayının 06-cı günündə 05 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 6 mənzil 46 ünvanında qeydiyyatda olanlar X9 və Ərizəçi1 və ünvan 7 36, 37 ünvanında qeydiyyatda olan Ərizəçi2 ünvanlanmış 76 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il tarixində vəfat etmiş X3 miras qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə ona məxsus olan A və B tikilisindən 1/12 hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edildiyi üçün təqdim olunan sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mirasın qəbul edildiyi müddət buraxilmışdır. Odur ki, müddət bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşin araşdırılan hallarından göründüyü kimi hazırki iş üzrə ərizəçilər miras əmlaka faktiki sahiblik etsə də üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış ünvan 2 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsinin Ərizəçi1, Civişova (İbadova) Sevda Sübhan qızı tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 2 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsinin Ərizəçi1 və Civişova (İbadova) Sevda Sübhan qızı tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılsın. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4335/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4335/2020
04.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver