Məhkəmə qərarları › İş №2(010)-4340/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4340/2025

07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4340/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin X12 ilə X2 birgə nikahından xx xxxx 1969-cu il tarixdə Ermənistan SSR-i Kalinino rayonunun İlməzli kəndində doğulmağını, milliyətinin azərbaycanlı olmağı barədə akt qeydiyyatının aparılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1969-cu il iyulun 12-si tarixdə Ermənistan SSR-i Kalinino rayonunda doğulmuşdur. 1988-ci ildə məcburi köçkün kimi Azərbaycan respublikasının Bakı şəhərində məskunlaşmışdır. Ona Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onun xx xxxx 1969-cu il tarixdə Ermənistan SSR-i Kalinino rayonunda doğulmağı, milliyətinin Azərbaycanlı olmağı, ünvan 1 ünvanında qeydiyyatda olmaq ilə yaşadığı qeyd edilmişdir. Naməlum şəraitdə doğum haqqında şəhadətnamə itmişdir. Buna görə də doğum haqqında akt qeydinin bərpası və təkrar verilməsi mümkün deyildir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət edilmiş 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri üzrə “ X4 X1 Sistemi” - dəki məlumatlar yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İddiaçının doğum faktı şəxsiyyət vəsiqəsi ilə təsdiqlənmiş və həmin zaman doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Həmçinin Hərbi biletində milliyətinin azərbaycanlı olduğu göstərilmişdir. Suraxanı RPİ-i tərəfindən verilmiş Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini alarkən onun verilməsinə əsas olan doğum haqqında şəhadətnaməm olmuşdur. Lakin mənə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bərpası isə mümkün deyildir. Milli arxiv İdarəsinə və Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqında qeydlər özündə əks etdirən arayış tələb etsə də ərizəçiyə bildirilmişdir ki, kök sənədlər aşkarlanmamışdır. Bu səbəbdən Məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, şəhadətnaməsi olub, itirmişdir. Onun bərpa olunmasını istəyir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ərizəçi ilə Ermənistan SSR-i Kalinino rayonunda qonşu olmuşlardır. 1988-ci ildə Azərbaycana köçüblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçinin bacısıdır. Ermənistan SSR-i Kalinino rayonunda doğulmuşdur, 1991-ci ildə Azərbaycana köçmüş, 1988-ci ildə Yekaterinburqda tələbə olmuşdur. İş materialları. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 325244 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə durğunluq ürək çatmamazılığı xəstəliyi səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında Suraxanı rayon Qeydiyyat şöbəsi akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 361 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ- İ seriyalı, 167400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 259 nömrə ilə qeyd edilmişdir. Ermənistan SSR Kalinino rayonunda bağlanmış xx.xx.1967-ci il tarixdə verilmiş, İ-ЗЖ seriyalı 185827 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X6 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 8 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Həmçinin qeyd olunan sənəddə X7 xx.xx.1932-ci ildə, X3 1946-cı ildə Ermənistan SSR-i Kalinino rayonunda anadan olması qeyd edilmişdir. HA № ******* saylı Hərbi Biletinin surətindən görünür ki, Ərizəçi 12.071969-cu ildə Ermənistan SSR-i Kalinino rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən 14-cü bəndə uyğun olaraq, VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədiər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Doğum haqqında şəhadətnaməni bərpa etmək üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. xx.xx.1973-cü il tarixli, 318937 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (ata X12, ana X5) xx.xx.1973-cü il tarixdə Kalinino rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1973-cü il tarixində 24 nömrə ilə qeyd edilmişdir. AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan SSR-i Kalinino rayonunda doğulmuşdur. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. X4nın qeydə alınması. 158.1. X4nın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X4nın qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür… Maddə 168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. “X4nın dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli Qərarı. 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X4nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X4nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X4nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X4nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun X12 ilə X2 birgə nikahından xx xxxx 1969-cu il tarixdə Ermənistan SSR-i Kalinino rayonunun İlməzli kəndində doğulmağını, milliyətinin azərbaycanlı olmağı barədə akt qeydiyyatının aparılması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Ermənistanda doğulduğuna görə və həmin doğum faktını təsdiq edən sənədin məhz Ermənistan SSR tərəfindən verildiyindən və həmin vaxt naməlum şəraitdə itirildiyindən bərpa edilməsinin mümkün olmaması müəyyən olunmuşdur. Məhkəmə tərəfindən proses iştirakçılarının izahatları və iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, xx.xx.1969-cu il təvəllüdlü Məmmədov X10 rayonunda anadan olmasına baxmayaraq onun doğumun qeydə alınma faktını, vaxtını və yerini təsdiq edən sənədi-doğum haqqında şəhadətnaməsi qaçqın düşərkən itirildiyindən bərpa edilməsi mümkün olmamışdır. Şahidlərin ifadələrindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan ərazisində doğulmuşdur. Həmçinin, onun bacısı da Ermənistan ərazisində doğulmuş və müəyyən müddətə qədər orada yaşamışdırlar. xx.xx.1967-ci il tarixli nikahın bağlanması haqqında 8 nömrəli akt qeydindən də aydın olur ki, X9 doğulduğu yer Ermənistan SSR, Kalinino rayonudur. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi doğum haqqında qeydlər özündə əks etdirən arayış üçün Milli arxiv İdarəsinə və Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, kök sənədlər aşkarlanmamışdır. Belə olan halda, Ərizəçi ərizə ilə müvafiq olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X4nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X4nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə hesab edir ki, belə olan halda, doğum faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun anadan olması barədə fakt təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan SSR Kalinino rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan SSR Kalinino rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədov”, adı “Mahir”, ata adı “Həmzə”, doğum tarixi “xx.xx.1969-cu il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Kalinino rayonu”, ata qrafasında “X12, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar