Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4345/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi (vəkili) X11, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi "əmək stajının (sosial sığorta stajının) mövcüd olması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı) "əmək stajının (sosial siğorta stajının) mövcüd olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X6 06 iyun 1977-ci il tarixindən 23 avqust 1993-cü il tarixinədək Cəbrayıl rayonu, Hovuslu kəndi, Qurban Namazəliyev adına kolxozda kolxozçu işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi (vəkili) X19 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, mərhum X13 ilə 14 fevral 1991-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Mərhum həyat yoldaşı 04 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdiyinə görə ailə başçısını itirməyə görə əmək pensiyası verilməsi haqqında cavabdeh təşkilata müraciət etmiş, həyat yoldaşına məxsus əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinədək 8 il 6 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixinədək 23125,62 manat pensiya kapitalı əsasında ona xx.xx.2024-ci il tarixdən 297,86 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin həyat yoldaşının 1993-cü il tarixinədək Cəbrayıl rayonu, Hovuslu kəndi, Qurban Namazəliyev adına kolxozda işləməsini, sığorta stajını təsdiq edən sənədləri təqdim edəcəyi təqdirdə müvafiq ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasna baxıla biləcəyini qeyd etmişdir. Həyat yoldaşı 06 iyun 1977-ci il tarixindən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu, Hovuslu kəndi, Qurban Namazəliyev adına kolxozda kolxozçu işləmişdir, məlum hadisələr nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Həmin vaxtı əmək kitabçasını götürə bilməmişdir. Ona görə də hazırda təqdim edə bilmir. Müraciətinin məqsədi həyat yoldaşının Cəbrayıl rayonunda işlədiyi əmək stajına görə ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasıdır. Həyat yoldaşı orada işləyərkən orada onunla bir çox insanlar işləyirdi. Ona görə onunla işləyənlər onun 06 iyun 1977-ci il tarixindən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayonu, Hovuslu kəndi, Qurban Namazəliyev adına kolxozda kolxozçu işləməsini şahid qismində də təsdiq edə bilərlər. Hüquqi faktın müəyyən edilməsi ərizəçinin mərhum həyat yoldaşının Cəbrayıl rayonunda olan əmək stajını nəzərə almaqla ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması üçün lazımdır. Lakin Cəbrayıl rayonunda işlədiyi yuxarıda göstərdiyi əmək stajı daxil edilmədiyindən ərizəçiyə az əmək pensiyası hesablandığından məhkəməyə müraciət etməyə məcburdur. Mərhum həyat yoldaşının Cəbrayıl rayonunda işlədiyi illərə dair sənədlərin əldə edilməsi mümkünsüzdür. Çünki Cəbrayıl rayonu işğal olunduqdan sonra düşmən tərəfindən məhv edilmişdir. Artıq həmin sənədləri başqa cür əldə edə bilmir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Cəbrayıl Rayon İcra Hakimiyyətinin Cəbrayıl Rayon Dövlət Arxivinin arayışından görünür ki, Cəbrayıl rayonu 23 avqust 1993cü il tarixində işğal olunan zaman arxiv sənədləri işğal zonasında qalmışdır. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X14 izahatında göstərdi ki, Ərizəçi maraqli şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı (bundan sonra - Mərkəzi Filial) cəlb edilməklə “əmək stajının mövcud olması faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. X1 məxsus əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək 8 il 6 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı iltarixdən 01,05.2013-cü il tarixədək 23125,62 manat pensiya kapitalı əsasında iddiaçı Ərizəçi xx.xx.2024-cü il tarixdən 297,86 manat məbləğində (2024cü il üzrə indeksləşdirilmiş) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi QaydasT’nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1- dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Əvvəllər qüvvədə olmuş AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmu şdurki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11,1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub- olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Həmçinin bildirilmişdir ki, Plenum Qərarının 1.2ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Q.Pirişovun işləmə faktının təsdiqlənməsi mərhum Q.Pirişov ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi, mərhum Q.Pirişovun iş stajının hüquqi həmiyyətli fakt qismində təsdiq edilməsi üçün eyni müəssisədə birgə işlədiyi və əmək kitabçası olan 2 şahid olmalıdır. Lakin Ərizəçi tərəfindən məhkəməyə hər hansı bir şahidin əmək kitabçası təqdim edilməmişdir. Bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktubda mərhum Q.Pirişovun ərizədə qeyd edilən dövrlər üzrə (1993-cü il tarixədək Cəbrayıl rayonu Hovuslu kəndi Qurban Namazəliyev adına kolxozda) sığorta stajını təsdiq edən sənədləri təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra onun ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacağı bildirilmişdir. Ərizəçi 2(010)-4345/2024 nömrəli iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, həm qohumdurlar, həm də kəndçisidir. Ərizəçinin həyat yoldaşı Pirişov Qürbət idi, birlikdə kolxozda işləmişlər. Özü Namazəliyev adına kolxozda 1986-1993-cü ilə kimi kolxozçu kimi işləmişdir. X24 1993-cü ilə kimi kolxozda kolxozçu işləmişdir. Həm özü, həm də Qürbət kolxozda kolxozçu işləyirdi. Özü sonra hərbiyə gedib, həmin vaxt əsgərliyə gedəndə Qurbət işləyirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, kəndçidirlər. Ərizəçinin həyat yoldaşı Pirişov Qürbəti də tanıyır, bir kolxozda işləmişlər. Özü 1978-1990-cı ilə kimi Namazəliyev adına kolxozda kolxozçu işləyirdi. O, işləməyə başlayanda artıq Qürbət orada işləyirdi. Qürbət 1977-ci ildən kolxozda kolxozçu kimi işləməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, kəndçidirlər. Ərizəçinin həyat yoldaşı Pirişov Qürbəti də tanıyır, bir kolxozda işləmişlər. Özü məktəbi oxuyub qurtarandan Namazəliyev adına kolxozda kolxozçu kimi işləməyə başlayıb. O, işləməyə başlayanda artıq Qürbət orada işləyirdi. Özu qaçqınlıq düşənə kimi işləmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Cəbrayıl rayon Hovuslu kənd soveti tərəfindən xx.xx.1991-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə Ərizəçi arasında nikah xx.xx.1991-ci il tarixdə bağlanmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əiavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) İ4.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyvən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyin müəyən edilmi şəxsdirmə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasıölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində təiəb ediiən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. X1 məxsus əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinədək 8 il 6 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək 23125,62 manat pensiya kapitalı əsasında ərizəçiyə xx.xx.2024-cü il tarixindən 297,86 manat məbləğində (2024-cü il üzrə indeksləşdirilmiş) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sədilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Müraciəti ilə əlaqədar olaraq bildirir ki, Q.Pirişovun ərizənizdə qeyd etdiyi dövrlər üzrə (1993-cü il tarixinədək Cəbrayıl rayonu Hovuslu kəndi Qurban Namazəliyev adına kolxozda) sığorta stajını təsdiq edən sənədləri təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra ailə başçısını itirməyə görə əmək pensiyanızın yenidən hesablanmasına baxıla bilər. Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Hovslu kənd sakini Ərizəçi Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Q.Namazəliyev adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1078/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X3 «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, xx.xx.1966-cı il təvəllüdlü X2 xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-861/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X8 «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, xx.xx.1961-ci il təvəllüdlü X4 xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon «Q.Namazəliyev» adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-709/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X10 «əmək fəaliyyətinin müəyyən olunması» barədə ərizəsi təmin edilmiş, X10 1986-cı ildən 20 noyabr 1988-ci ilə kimi və xx.xx.1990-cı ildən 02 aprel 1993-cü ilə kimi Cəbrayıl rayon Q.Namazəliyev adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi mərhum əri X6 xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayonu, Hovuslu kəndi, Qurban Namazəliyev adına kolxozda kolxozçu işlədiyini, lakin Cəbrayıl rayonu işğal olunduqdan sonra əmək kitabçasının və arxiv sənədlərinin işğal zonasında qalmasını və bu səbəbdən əri X16 rayon “Qurban Namazəliyev” adına kolxozda kolxozçu işlədiyini təsdiq edən sənədləri başqa qaydada ala bilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq, məhkəmədən mərhum ərinin həmin dövrdə orada işləməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi bu faktı təsdiq etmək üçün Dövlət Arixivinə müraciət etsə də, həmin sənədlər Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixində işğal olunan zaman işğal zonasında qaldığından bu mümkün olmamışdır. Ərizəçinin vəsatəti ilə həmin dövrdə sözügedən kolxozda işləmiş şahidlər X12, X7 və X17 da ərizəçinin mərhum əri X6 həqiqətən onlarla birlikdə, eyni kolxozda işlədiyini, ərizəçinin kolxozçu olduğunu bildirmişlər. İlk növbədə, nəzərə alınmalıdır ki, hazırkı halda X6 əmək kitabçası və Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozun arxiv sənədləri işğal zonasında qaldığına görə bu fakt yalnız məhkəmə qətnaməsi ilə təsdiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçi X6 oğlunun əmək kitabçası və Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozun arxiv sənədləri işğal zonasında qaldığından onun Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozda kolxozçu kimi əmək fəaliyyətini yalnız onunla birlikdə həmin kolxozda işləmiş şəxslərin şahid kimi izahatları təsdiq edə bilər. Nəzərə alınmalıdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında izahat verən hər üç şahid Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozda işləmiş və onlardan hər üçü ərizəçinin bu kolxozda kolxozçu kimi iş fəaliyyəti, onların kolxozda işlədiyi dövrdə ərizəçinin ərinin də həmin kolxozda işləməsi barədə bir-biri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər. Məhkəmə müəyyən edir ki, şahidlərdən birinin orada işləməsi dövrü ərizəçinin qeyd etdiyi dövrlərdən 1978-ci ilin avqust ayının 1-dən 1993-cü ilin avqust ayının 23-nə kimi olan dövrü əhatə etmişdir. Digər iki şahid sözügedən kolxozda 1978-ci ildən sonra işləməyə başlamış, lakin hər ikisi xx.xx.1993-cü ilədək orada fəaliyyət göstərmişlər. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, ərizəçinin mərhum əri X16 rayon “Qurban Namazəliyev” adına kolxozda həmin illərdə (xx.xx.1978-xx.xx.1993) kolxozçu işləməsi mümkün sübutlarla təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, Ərizəçi mərhum əri X6 xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi mərhum əri X6 xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4345/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4345/2024
04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver