Məhkəmə qərarları › İş №2(010)-4346/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4346/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4346/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı Qəhrəmanova (Babayeva) Aydan Qadir qızının iştirakı ilə, İddiaçı Qəhrəmanova (Babayeva) Aydan Qadir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əlimərdan qızına, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qəhrəmanova (Babayeva) Aydan Qadir qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əlimərdan qızına, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün xüsusi mülkiyyətində olan - ünvan 1anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzildən cavabdehlər- Cavabdeh1 (yetkinlik yaşına çatmamış övladları xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8 ilə birlikdə), Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, özünün xüsusi mülkiyyətində olan - ünvan 1anov küçəsi, ev 57, mənzil -ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 (yetkinlik yaşına çatmamış övladları xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9 ilə birlikdə), Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, ünvan 2anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzildən Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qəhrəmanova (Babayeva) Aydan Qadir qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, ünvan 2anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə özünə məxsusdur və həmin evi xx.xx.2017-cü il tarixində bacısı X1 bağışlama müqaviləsi əsasında almışdır. Mülkiyyətçi olaraq bağışlanmış əmlakı mülkiyyətinə qəbul etmiş və hal hazırda qeyd edilən evdə ailəsi ilə birlikdə yaşayır. Ailə üzvləri olmayan, bacısından öncə mülkiyyətə sahib olmuş şəxslər – Cavabdeh1 (yetkinlik yaşına çatmamış övladları xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9 ilə birlikdə), Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 ona məxsus evdə yaşamır və onların harada olması barədə heç bir məlumatı yoxdur. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. O, cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. cavabdehlərin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmin mənzili özgəninkiləşdirmək istədikdə, onlardan razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əlimərdan qızına, X2, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəyişdirilməsinə” dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ünvan 2anov küçəsi, ev 57, mənzil - ünvanında yerləşən mənzili İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı qeydiyyat vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzil xx.xx.2017-ci ildə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 2anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əlimərdan qızı, X4, Cavabdeh5 və Cavabdeh6 pasport qeydiyyatdadırlar. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, ünvan 2anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzili X6 xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında iddiaçı Qəhrəmanova (Babayeva) Aydan Qadir qızına bağışlamışdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 ilə iddiaçının heç bir qohumluq əlaqəsi yoxdur və cavabdehlər mübahisəli mənzildə qeydiyyatda qalmalarına baxmayaraq faktiki olaraq orada yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 2anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzildən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onun həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 ünvan 2anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehlərin ünvan 2anov küçəsi, ev 57, mənzil ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar