Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-437/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ilkin vəziyyətə qaytarılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsrayil oğlunun qeyri qanuni hərəkətləri nəticəsində qanuni yolla onun istifadəsinə verilmiş torpaq sahəsinin boşaldılmasına dair qərar qəbul edilməsini və tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavadehdən tutulmasını xahiş etmişdir.
2. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə tikinti və sahibkarlıq məqsədi ilə istifadəsinə ayrılmış 2 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m torpaq sahəsinin boşaldılması, ilkin vəziyyətə qaytarılması və torpaq sahəsinin təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki işə iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir.
5. 18 yanvar, 02 mart və 09 mart 2023-cü il tarixli məhkəmə iclaslarında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə Abşeron rayonunun X10 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq və tikinti məqsədi ilə 2.0 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi tam qanuni formada onun istifadəsinə verildikdən sonra o, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, Abşeron Rayon şöbəsi tərəfindən xx.xx.2008-il tarixli 189a saylı rəyə əsasən X5 ərazisində 2 hektar topaq sahəsinə dair sənədləşmə işlərini rəsmiləşdirmişdir. Həmin rəy X4 Komitəsinin Abşeron Rayon şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlənmişdir. X6 saxlanılmış torpaqda icarə qaydasında sahibkarlıq və tikinti məqsədi ilə 99 il müddətinə torpaq sahəsinin seçilməsinə dair Komissiyanın sədri Abşeron rayon İcra Hakimiyyəti başçısı, komissiyanın üzvləri DTXK-nın Abşeron rayon şöbəsinin müdiri tərəfindən Akt imzalanaraq möhürlə təsdiq edilmişdir. Abşeron rayonu X1 Yerquruluşu Planından çıxarışda qeyd edilən miqyasda əks etdirilərək Natura və Xəritəyə keçirilmişdir. Torpaq sahəsinin İcarəyə verilməsi haqqında xx.xx.2008-ci il tarixli 705 saylı Sərəncama əsasən Torpaq İcarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi ilə tam qanuni yolla iddiaçının istifadəsinə verilmişdir. Lakin iddiaçı bir müddət sonra torpaq sahəsinə gedib baxdıqda oranın qanunsuz olaraq zəbt edilib tikinti işləri aparıldığını görmüşdür. Belə olan halda iddiaçı məcbur qalaraq polisə müraciət etmiş və polis tərəfindən araşdırılma aparılmışdır, lakin həmin hallar təkrar davam etmişdir. İddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraza münasibətdə bildirmişdir ki, təqdim etdikləri sənədlərlə iddiaçının subyektiv hüququnun olduğu müəyyən edilir. Cavabdeh tərəf qeyri-qanuni olaraq həmin torpaq sahəsini zəbt edib və məhkəmə qərarını nəzərə almayaraq tikinti işlərini davam etdirir. Cavabdeh gecə vaxtı da orada tikinti işləri aparır, bu barədə polisə də müraciət edilib və əməl olunmamasına dair icra məmurunun təqdimatı da var. Cavabdeh dəfələrlə çağırılmasına baxmayaraq çağırışlara getmir və səhv etmirsə, barəsində məcburi gətirilmə qərarı da qəbul edilib. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia əsassızdır. Belə ki, İddiaçı xx.xx.2008-ci il tarixli Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli Rəyinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi Torpaq sahəsinin planı və ölçüsünə, o cümlədən xx.xx.2008-ci il tarixli 705 saylı İcarə müqaviləsinə əsaslanaraq öz hüquqlarının müdafiəsini məhkəmədən xahiş edir. Sözügedən sərəncama əsasən Abşeron rayonunun X7 Fonduna daxil olan topraq sahəsindən 2 (iki) ha 99 illik iddiaçının icarəsinə verilmişdir. Sərəncam verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq verilməsi göstərilsə də, sərəncamda sahibkarlıq məqsədi ilə istifadə üçün verildiyi göstərilir. Yəni, sahibkarlıq məqsədi ilə verilməsi və Nazirlər Kabinetinin qərarında göstərilən məqsədlərlə verilməsi tamamilə fərqlidir. Nazirlər Kabinetinin qərarına istinad olunan örüş, otlaq və biçənək torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlardır. Həmçinin 2 ha ərazi Bakı şəhəri üçün böyük bir ərazidir və oranın ətrafında fərdi yaşayış evləri var. Belə olan halda 99 illiyə sahibkarlıq məqsədi ilə verilməsi qeyri-mümkün bir haldır. Bu kimi sərəncamlar saxta sərəncamlardır və əksər hallarda sonradan ləğv edilir. Prezidentin müvafiq sərəncamı əsasında 2015-ci ilin fevral ayında X4 Komitəsi bu kimi qanunsuz sənədlər verilməsinə görə ləğv edilmiş və səlahiyyətləri Ekologiya Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinə və Sərhəd Xidmətinə verilmişdir. Mülki Məcəlləyə əsasən müddəti 11 aydan çox olan icarə müqavilələri Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçirilməlidir. Qarşı tərəf plan-cizgi alıb, koordinatlar müəyyən edilib, lakin son addım olaraq qeydiyyatdan keçirməyib. Bundan əlavə, həm Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında, həm də digər sənədlərdə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müvafiq Reyestr Xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir. İddiaçı 705 saylı İcarə müqaviləsini məhkəməyə təqdim etsə də, icarə müqaviləsi əsasında icra hakimiyyətinə hər hansı bir ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, daşınmaz əmlakla bağlı bütün hüquqlar qeydiyyata alınmalıdır, bu tələb qanundan irəli gəlir. İddiaçının təqdim etdiyi sənədlər hüquqların qeydiyyata alınması üçün əsas olan sənədlərdən olsa da, nədənsə İddiaçı bu hüququnu qeydiyyata aldırmamış və həmin əmlak üzərində hüquqları da (icarə, istifadə) yaranmamışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü isə texniki sənəd olmaqla, şəxsə hər hansı bir hüquq vermir. Hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn 2ci və 3-cü elementləri 1-ci elementin mövcudluğu ilə bağlıdır. 1-ci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
İş materialları.
7. Abşeron Rayon İcra Hakimyyəti Başçısının xx.xx.2008-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı Hövsan Südçülük K T M İ müəssisəsi ərazisində X6 saxlanılmiş torpaqdan 2,0 (iki) hektar sahibkarlıq tikinti məqsədilə torpaq sahəsi ayrılması üçün Abşeron rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmişdir. Komissiya vasitəsilə istənilən torpağa baxış keçirərkən müəyyən oldu ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi X11 aid olmaqla Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 №-li qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq və yuxarıda göstərilən şərtləri nəzərə alaraq Abşeron rayonunun X10 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük K T M İ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 2(iki) hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmış və fiziki şəxsə torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etməsi tapşırılmışdır.
8. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2008-ci il tarixli Rəyindən görünür ki, İddiaçı sahibkarlıq tikinti məqsədi ilə icarə qaydasında 2 (iki) hektar toıpaq sahəsi ayrılması haqqında müraciətinə baxılmışdır. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum oldu ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X10 Fonduna aid olmaqla Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. Həmin ərazidən İddiaçı 99 (doxsan doqquz) il müddətinə 2 (iki) hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlə etiraz etmir: 1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrini geri alınması Dövlət ictimai ehtiyaclar üçün ayrilması barədə vəsadətlərin qaldırılması və baxılması qaydaları” ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılsın, hüququn tam şəkildə rəsmiləşdirilməsi nəzərə alınsın. 2.Fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etsin.
9. Komissiyanın sədri - Abşeron rayon İcra Hakimiyyətinin başçısı Z.F.Fərəcov, Kommissivanm üzvləri - DTXK-nin Abşeron rayon şöbəsinin müdiri M.İ.Vəliyev və torpaq icarəyə götürmək istəyən hüquqi şəxs – İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək icarə qaydasında 2 (iki) hektar torpaq sahəsi istədiyini, sahibkarlıq məqsədi arzusunda olduğunu bildirmişdir. İstənilən torpağa baxış keçirərkən müəyyən olundu ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim olunmuş, X6 saxlanılmış torpaq sahəsi Hovsan Südçülük K T M İ müəssisəsinin ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Yuxarıdakıları nəzərə alaraq İddiaçı 99 (doxsan doqquz) il müddətinə, sahibkarlıq tikinti məqsədilə torpaq sahəsi ayrılmasına komissiya aşağıdakı şərtlərlə etiraz etmir: 1. Torpaqdan istifadə edilməmişdən əvvəl torpaq icarəsi haqqında. Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli, 587-İQ №-li Qanununa müvafiq olaraq ilkin torpaqayırma sənədləri tərtib etdirilsin. 2. Fiziki şəxsə tapşırılsın kı, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etsin.
10. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı Abşeron rayonu, Hövsan qəsəbəsində 20000.76 kv.m sahibkarlıq tikinti məqsədilə torpaq sahəsi ayrılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları) X8 ktabında 02 sentyabr 2009-cu il tarixdə 13002 nömrə ilə uçota alınmışdır.
11. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonunun X10 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmış 2 ha torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisində yerləşir.
12. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron RİH tərəfindən Abşeron rayonunun X10 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmış 2 ha torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazi vahidinə aid olduğu məlum olmuşdur.
İşin faktiki halları.
13. Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı Abşeron rayonu, Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) ayrılması, mübahisəli tikilinin həmin sahədə yerləşməsi və sahənin 700 kv.m hissəsinin hazırda cavabdehin faktiki istifadəsində olması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri
1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi.
17. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron rayonunun X9 aid olmuşdur. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Həmin torpaq sahəsi Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində yerləşir. Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən 2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Lakin cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsininin 700 kv.m-ni zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Cavabdehin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihəsmeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edildiyi müəyyən edilmişdir.
19. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı tərəflərin izahatları ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəf qeyd olunan faktı inkar etməmiş və yalnız iddiaçının sənədlərinin əsassız olduğunu, subyektiv hüququnun olmadığını bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilməmiş və qüvvədədir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçının birbaşa maraqlarına toxunur və bu səbəbdən iddia əsaslıdır. Cavabdehin iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı arqumentinə münasibət bildirən məhkəmə hesab edir ki, bu dəlil əsassızdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da belə, qanuni əsasla ona sahiblik və istifadə hüquqları əldə etmişdir. Əmlakdan qanuni əsasla istifadə onun faydalı xassələrindən yararlanmaqla yanaşı, ondan istifadəyə üçüncü şəxslərin yaratdığı maneələrdən qorunmaqla bağlı subyektiv hüquq da verir. Odur ki, hazırkı iddia əsaslıdır və təmin edilməlidir.
Məhkəmə xərcləri.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia təmin edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapığından, iddia təmin edilməli, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m hissəsi boşaldılmalı, torpaq sahəsi cavabdehin vəsaiti hesabına ilkin vəziyyətə qaytarılmalı və İddiaçı təhvil verilməlidir.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m hissəsi boşaldılsın. Torpaq sahəsi cavabdehin vəsaiti hesabına ilkin vəziyyətə qaytarılsın və İddiaçı təhvil verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.