Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4398/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən mənzilindən əmlakları ilə birlikdə çıxarılmaları, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehlərin çıxarılmaları olduqları ünvanın Dövlət Reyestrindən “Çıxarışa” görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 21b, mənzil 62 Yeni qaydalarla: AZ 1089, ünvan 3 olmasının nəzərə alınmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzili vardır. Mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış ilə təsdiq olunur. X10, habelə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Laçın şəhərindən məcburi köçkün kimi onun ünvan 1 ünvanında yerləşən mənzilində müvəqqəti məskunlaşmışlar. Hal-hazırda Laçın şəhəri işğaldan azad edildiyi üçün həmin şəxslərin onun mülkiyyətində olan mənzildən çıxarılmaları üçün “Azərbaycan Respublikası qaçqınların və X5 üzrə Dövlət Komitəsinə” müraciət etmişdir. Komitənin ona vediyi cavab məktubunda göstərilir ki, X10, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həqiqətən də, Laçın şəhərindən məcburi köçkün kimi müvəqqəti olaraq sözügedən mənzildə müvəqqəti məskunlaşmışlar. Həmçinin qeyd olunur ki, X10 14 mart 2024-cü il tarixdə vəfat etmiş, Cavabdeh1 Bakı şəhərində daimi qeydiyyatdadır, Cavabdeh2 və Cavabdeh3 isə 2006-cı ildən sonra Rusiya Federasiyasına getmişlər. Daha sonra həmin məktubda deyilir ki, qaçqınların əvvəl onlara məxsus evlərinin təmiri sona çatdıqdan sonra onların köçürülməsi həyata keçiriləcəkdir. “Qaçqınların və X5 üzrə Dövlət Komitəsi”nin həmin məktubunda, yaranan problemin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Qeyd edir ki, o, müharibə veteranıdır, 2-ci dərəcəli əlilliyi vardır. Xəstəliyi ilə əlaqədar Bakı şəhərində müxtəlif tibb ocaqlarında müayinə və müalicələr keçir. Başqa yaşayış sahəsi olmadığı üçün kirayələrdə qalmalı olur. Bununla bağlı ödənişləri edə bilmir, çünki ona verilən müavinət onun dava-dərmanını belə təmin etmir. Odur ki, vəziyyətini nisbətən yaxşılaşdırmaq üçün öz mənzilinə köçmək istəyir. Bununla bağlı, mənzilində iradəsinin ziddinə məskunlaşmaqda davam edən və mülkiyyət hüququnu məhdudlaşdıran şəxslərin, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmədən kənar qaydada mənzildən çıxarılmaları mümkün olmadığı üçün müvafiq tələb ilə məhkəməyə müraciət etmişdir. X1 müstəqil tələblər irəli sürən üçüncü şəxsin tanınması haqqında ərizəsi və iddia tələbi. X2 xx.xx.2025-ci il tarixində müstəqil tələblər irəli sürən üçüncü şəxsin tanınması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4398/2025 saylı mülki işi üzrə onun müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində tanınmağı və işə qoşulmağı barədə qərardad qəbul edilməsini və X4 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 21 B, mənzil 62, yeni qaydalarla: AZ1089, ünvan 3 ünvanında yerləşən mənzilin cavabdeh İddiaçı Zilal oğluna Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin və mənzilə aid bütün sənədlərin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq onun adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-4398/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin və mənzilə aid bütün sənədlərin qanunsuz sahiblikdən geri alınması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Tərəflərin izahatları. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, qaçqınların və məcburi köçkünlərin yerləşmə məsələsinə İcra Hakimiyyəti orqanları və Qaçqınkom baxır. Hesab edir ki, məcburi köçkünlərin hüquqları digər vətəndaşların hüquqları pozulmaqla qorunmamalıdır. Belə ki, məhkəmə iclasları zamanı bəlli olmuşdur ki, cavabdehləri iddiaçının mənzilinə nə İcra Hakimiyyəti orqanları, nə də Qaçqınların və X5 üzrə Dövlət Komitəsi yerləşdirmişdir. Cavabdehlər özləri də məhkəmə iclaslarında qeyd etmişdirlər ki, mənzildə gecə vaxtı işıqların yanmadığını görüb, heç kəsin olmadığını bilmiş və öz təşəbbüsləri ilə mənzilə daxil olub məskunlaşmışdırlar. Mənzilin mülkiyyətçisi tərəfindən humanistlik edilmiş, bu hala dözümlülük göstərilmiş, qaçqınların mənzildən çıxarılması üçün müvafiq təzyiqlərdən istifadə edilməmişdir. Cavabdehlərin qaçqın düşdükləri Laçın rayonu, artıq 5 ildən çoxdur ki, işğaldan azad edilmişdir. Buna görə də cavabdehlərin özbaşına tutduqları mənzildə qalmaqlarının davam etdirilməsi üçün heç bir əsas yoxdur. Qeyd edir ki, normativ hüquqi aktlara görə məhkəmə qərarı olmadan heç kəs mülkiyyətindən məhrum edilə bilməz və ya mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Beləliklə, hesab edir ki, cavabdehlərin iddiaçının mənzilində qalmaqlarının davam etdirilməsi üçün nə faktiki nə də hüquqi əsaslar mövcuddur. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, ona yaşayış yeri təhvil verildikdən sonra iddiaçının mənzilindən çıxmağa razıdır. 1992-ci ilin iyun ayında MKSnin adı ilə iddiaçının evində yaşamağa başlamışdılar. İddiaçı evi 2023-cü ilin oktyabr ayında almışdı. Qeyd edir ki, o, ərizəni Cəfərov Eldənizin adına yazmışdı. Laçında ev tikiləndən sonra Laçına köçəcəklərini qeyd edir. 1992-ci ilin may ayında o, yoldaşı və uşaqları Bakıya gəlmişdilər. MKS-ə müraciət etmiş, boş evlərə girmişdilər. Bildirir ki, iddiaçının evinə köçdüklərində evdə yalnız sanitar qovşağı mövcud idi. Belə ki, ev hələ təzə tikilmişdi. Qeyd edir ki, onlar, həmin evə köçdükdən sonra divarları divar kağızı ilə üzləmiş, döşəmənin linoleum örtüyü ilə örtmüş, səthlərdə hamarlama işlərini aparmış, pəncərə qoydurtmuşdurlar. İddiaçı isə onlar evə köçdükdən sonra heç vaxt evə gəlməmişdir. O, Laçındakı evin açarını istəmiş, lakin tikinti işləri 2026-cı ildə bitəcəyinə görə açarı ona verməmişdirlər. Laçındakı evlərinə bərpa edildikdən sonra köçəcəklərini bildirərək, bu halın nəzərə alınmasını xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********8 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənişi edilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 21b, mənzil 62 Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 64.82 kv.m. olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə tam pay olmaqla İddiaçı hüquq sahibidir. Həmin mənzil tam pay olmaqla İddiaçı adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elvin Əlimov küçəsi, ev 21B, mənzil 62 Yeni qaydalarla: ünvan 4 ünvanında heç kəs qeydiyyatda deyil. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Nümayəndə müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Laçın şəhərindən məcburi köçkünlər - X10, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən 21B saylı evin 62 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. X10 14 mart 2024- cü ildə vəfat etmiş və Cavabdeh1 isə Bakı şəhəri üzrə daimi qeydiyyatdadır. Həmçinin Cavabdeh2 və övladı Cavabdeh3 Azərbaycan Respublikasının sərhədlərindən keçərək 2006-2007-ci illərdən Rusiyya Federasiyasına getdikləri aşkarlanmışdır. Bildirilmişdir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh2 və övladı Cavabdeh3 adları sözügedən ünvan üzrə qeydiyyata alınmışdır. Qeyd olunan mənzillə bağlı yaranan problemin həlli ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin İddiaçı müraciətinə xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Laçın şəhərindən məcburi köçkün Cavabdeh2 və övladı Cavabdeh3 ilə birlikdə faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən 21B saylı evin 62 nömrəli mənzilində məskunlaşıblar. Ailə başçısı X10 14 mart 2024-cü ildə vəfat etmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Cavabdeh2 ailəsinə məxsus Laçın şəhərində fərdi yaşayış evi bərpa olunmadığı üçün köçürülməsi həyata keçirilməmişdir. Laçın şəhərində yerləşən fərdi yaşayış evinin dövlət tərəfindən bərpa olunması üçün Azərbaycan Respublikası Prezidentinin Laçın rayon üzrə xüsusi nümayəndəliyə məlumat verilmişdir. Odur ki, Laçın şəhərindən məcburi köçkün Cavabdeh2 doğma yurdunda olan yaşayış evi dövlət tərəfindən bərpa olunaraq yaşayışa hazır olanda köçürüləcək və mənzil boşaldılaraq özünüzə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaqdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, ona Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramının müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1.4-cü bəndinə uyğun olaraq, Laçın şəhərində yerləşən və Laçın rayonunda, Bərpa Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs tərəfindən ünvan 5 ünvanında tikiləcək fərdi evə ailə üzvləri – oğlu X11, gəlini X3, nəvəsi X6, nəvəsi X7 ilə birlikdə daimi yaşayış üçün köçürüləcəyi bildirilmiş, Laçın şəhərində yaşayış sahəsi ilə təmin edilən zaman müvəqqəti məskunlaşdığı ünvan 6 ünvanındakı özgəsinə məxsus mənzili aidiyyəti üzrə təhvil verməyi tələb edilmişdir. Cavabdeh2 Məmməd qızının xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Laçın rayonunda, Bərpa Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs tərəfindən ünvan 5 ünvanında tikiləcək fərdi evə ailə üzvləri ilə birlikdə köçməyə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. 104 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 377 nömrəli arayışdan görünür ki, Cavabdeh2 həqiqətən, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 21b, mənzil 62 ünvanında Laçın rayonundan keçmiş məcburi köçkün kimi 1992-ci ildən bu günə kimi ailəsi ilə birlikdə məskunlaşmışdır. AR İqtidasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-41201/2025 nömrəli məktubuna əlavə olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 21b, mənzil 62 Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən əmlaka dair sənədlərdən görünür ki, həmin sənədlərdə cavabdehlərin adları qeyd olunmamış, onların qeyd olunan əmlaka dair hüquqları müəyyən olunmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı:
2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.... 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkətietməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası:
4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 21b, mənzil 62 Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Laçın rayonundan məcburi köçkündürlər və həmin mənzildə yaşayırlar. Hazırda iddia tələbi – iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 21b, mənzil 62 Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən mənzildən cavabdehlərin əmlakları ilə birlikdə çıxarılmasından ibarətdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır. İddia tələbinin cavabdehlərin əmlakları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmaları hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçıya məxsus yuxarıda qeyd olunan mənzildə məcburi köçkün kimi məskunlaşmışdırlar. Həmçinin, xx.xx.2025-ci il tarixli bildiriş vasitəsi ilə, Cavabdeh2 ünvan 5 ünvanında tikiləcək fərdi evə ailə üzvləri ilə birlikdə daimi yaşayış üçün köçürüləcəyi bildirilmiş, Laçın şəhərində yaşayış sahəsi ilə təmin edilən zaman müvəqqəti məskunlaşdığı ünvan 6 ünvanındakı özgəsinə məxsus mənzili aidiyyəti üzrə təhvil verməyi tələb edilmişdir. Belə olan halda, mənzil hazırda iddiaçının mülkiyyətində olduğundan, eləcə də cavabdehlərin iddiaçıya aid mənzilə hüquqlarının olduğunu göstərən hallar mövcud olmadığına görə iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 21b, mənzil 62 Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən mənzildən əmlakları ilə birlikdə çıxarılmalıdır. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Nəzərə alınmalıdır ki, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumundan azad edilir, lakin hazırki iş üzrə məcburi köçkünlər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh statuslarda olduğu üçün, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 21b, mənzil 62 / Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən mənzildən əmlakları ilə birlikdə çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə müştərək qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva