Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-44/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 Cavabdeh1nın iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 02 dekabr tarixli kredit müqaviləsi üzrə 31069.07 ABŞ dolları əsas, 29129.5 ABŞ dolları faiz, 126.42 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 60324.99 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması liçiın ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən, 3 otaqlı, 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.ırı yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsində yerləşən. 3 otaqlı. 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən, 3 otaqlı, 64.72 kv.m liınumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 Xaııbala qızının, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən, 3 otaqlı, 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı” İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-ci il 02 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ‘'İddiaçı" İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 43000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən, 3 otaqlı, 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzili 2014-ci il 02 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır 2014-ci il 02 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cu bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il iyulun 01-dək Cavabdeh1 2014-ci il 02 dekabr tarixli kredit müqaviləsi üzrə banka 31069.07 ABŞ dolları əsas, 29129.5 ABŞ dolları faiz, 126.42 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 60324.99 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə ilə müraciət edilmiş, ərizə qeydə alınmış, lakin müddətinə keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verib, ekspert rəyi ilə razı olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bildirdi ki, verilmiş ekspert rəyi ilə razı deyildir. Belə ki, ona həddindən çox faiz hesablanmışdır. Eyni zamanda, ipoteka predmeti olan əmlakı da düzgün qiymətləndirilməmişdir. Cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və Cavabdeh1nın izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında xx xxxxxx 2014-cü il tarixli, 1-G-1-0- 1267-14 nömrəli kredit müqaviləsi və ona ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən kredit verən istehlak məqsədi ilə kredit alana 60 ay müddətinə, illik 25 % şərtilə 43.000 ABŞ dolları verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə hər ay 1262.11 ABŞ dolları, sonuncu ay isə 1261,74 ABŞ dolları olmaqla, 60 ay ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. - Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında xx xxxxxx 2014-cü il tarixli, 1-G-1-0- 1267-14 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 1-G-1-0-1267-14 nömrəli kredit müqaviləsinə əsasən 43.000 ABŞ dolları məbləğində 60 ay (altmış) ay müddətinə, illik 25 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 18, mənzil 52 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın xx.xx.2014cü il tarixli, 1-G-1-0-1267-14 nömrəli kredit müqaviləsi üzrə banka 31069.07 ABŞ dolları əsas, 29129.5 ABŞ dolları faiz, 126.42 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 60324.99 ABŞ dolları borcu vardır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********36-05101-093026; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014-cü il) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 18, mənzil 52 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1nın adına qeydə alınmışdır. -Seriya RX ******* № li Çıxarışdan görünür ki, hüququ yüklü edilən şəxs Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 18, mənzil 52 ipoteka ilə “Nikoil” İKB 1 saylı filialının xeyrinə yüklü edilmişdir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabata əsasən Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 18, mənzil 52 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin bazar dəyəri 60000 (altmış min) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli AR Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 1-G-1-0-1267-14 saylı müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçıİKB ASC-yə olan borcu ekspertiza qarşısında qoyulmuş sual üzrə iddia tələbinin tarixinə yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 31096,07 ABŞ dolları, fazi borcu üzrə 29129,50 ABŞ dolları,müqavilə müddəti bitdiyi tarixə yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 31096,07 ABŞ dolları, faiz borcu üzrə 32390,27 ABŞ dolları müəyyən edilib. İpoteka qiyməti ilə bağlı mübahisə olduğuna görə Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ipoteka predmeti yenidən qiymətləndirməyə göndərilmişdir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 18, mənzil 52 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin bazar dəyəri 70.000 manat, likvid dəyəri 65.000 manat təşkil edir. - Azərbaycan Respublikası Vegilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin çıxarışından görünür ki, İddiaçı İKB ASC-nin adı dəyişdirilərək «xxxx” ASC ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, işin hallarından məlum olur ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində cavabdehə məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin etirazı müqavilə üzrə hesablanmış borc məbləği ilə bağlıdır. Hazırkı mübahisə ilə bağlı məhkəmə iddiaçı tərəfindən cavabdehdən tələb edilən əsas və faiz borcunu iş üzrə keçirilmiş ekspertiza rəyi ilə, eləcə də işin məhkəmə tərəfindən araşdırılan halları ilə əsaslı hesab edir. Bu xüsusda cavabehin borc məbləğlırinin şişirdilməsi ilə bağlı etirazı işin məhkəmə tərəfindən araşdırılan halları ilə öz təsdiqini tapmır. Tələb edilən cərimə məbləğini də, məhkəmə əsas borca adekvat hesab edir. Məhkəmə hesab edir ki iddiaçı “xxxx” ASC-nin qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 31069.07 ABŞ dolları əsas, 29129.5 ABŞ dolları faiz, 126.42 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 60324.99 ABŞ tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Beləliklə, məhkəmə iddia tələbini tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı sayır. İpoteka predmetinin satış qiyəmtinin müəyyən eidlməsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka predmetinin likvid dəyərinin 65.000 manat qiymətləndirilməsi barədə qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul edilməlidir və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 18, mənzil 52 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin ilkin satış qiyməti 65.000 manat müəyyən edilməlidir. Bununla belə, məhkəmə iddia tələbini mənzilin satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaqla boşaldılması hissəsində əsassız hesab edir. Belə ki, hazırkı tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi qanuni və əsaslı hesab edilsə də, ipoteka predmetinin hansı şəkildə satılacağı və gələcək mülkiyyətçisi bəlli deyildir. Mənzilin keçmiş mülkiyyətçilərinin həmin mənzildən çıxarılmalarını tələb etmək hüququ isə həmin əmlaka mütləq əşya hüququ ilə sahib olacaq mülkiyyətçinin səlahiyyətlərinə aid ola bilər. Hazırda isə iddiaçı bankın ipoteka saxlayan olsa da, əmlakın gələcək mülkiyyətçisinin əvəzinə tələb irəli sürmək hüququ yoxdur. Ona görə də, tələb bu hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, keçirilmiş ekspertiza görə 100 manat məbləğində ekspertiza xərci və əmlakın qiymətləndirilməsinə görə 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qismən təmin edilsin. Cavabdeh1 qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 31069,07 ABŞ dolları əsas, 29129,5 ABŞ dolları faiz və 126,42 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 60324,99 (altmış min üç yüz iyirmi dörd dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində kredit borcu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42,62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilinə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunan vəsait ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh1 aparılmış qiymətləndirilməyə görə 300 (üç yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-44/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-44/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver