Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-44/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "istifadə hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "istifadə hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası İddiaçı2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakı ilə xx.xx.2021-ci il tarixində keçirilərək mülki işin məhkəmə iclasında baxılması xx.xx.2021-ci il tarixinə təyin edilmmşdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclası cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə keçirilərək, Suraxanı rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən cavabdehlərin məcburi qaydada çıxarılması tələbinə dair iddiası üzrə 2(010)-4029/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Suraxanı rayon məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "istifadə hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı dayandırılmışdır. Suraxanı rayon məhkəməsinin 2(010)-44/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı xx.xx.2023-cü il tarixə, saat 10:40-ə təyin edilmişdir. İş üzrə tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdə, saat 10:40-də keçirilən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "istifadə hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "istifadə hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat pul İddiaçı2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-44/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-44/2023
01.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver