Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4407/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X27 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı "evə köçürülmə və yaşayış hüquqlarının bərpası" tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı "evə köçürülmə və yaşayış hüquqlarının bərpası" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin ev üzərində iddiaçıların yaşayış, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, həmin evdən istifadəyə və yaşamağa cavabdehlər Cavabdeh1, Cavabdeh2, X26 oğlu və X14 tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılmasına dair ərizə. İş üzrə İddiaçı1 vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, iddia tələblərini dəqiqləşdirərək, "İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin evdən istifadəyə və yaşamağa cavabdehlər Cavabdeh1, Cavabdeh2, X26 oğlu və X14 tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Hüseynov X15 rayonundan məcburi köçkündür. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anası və ailə üzvləri, yəni arvadı və uşaqları və xəstə qardaşı ilə birlikdə orada yaşamışdırlar. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin, həmin ünvana dair onun adına layihələndirmə sənədi mövcuddur. Həmin ünvana aid layihələndirmə sənədində hüquq subyekti kimi, yəni evin sahibi olaraq o, İddiaçı1 göstərilmişdir. Göstərdiyi kimi, həmin evdə özü, ailə üzvləri və qardaşı uzun müddətdir ki, yaşayıb və oradan istifadə etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilən 2112 saylı, 25 dekabr 2023-cü il tarixli arayışından da görünür ki, İddiaçı1 və ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdırlar. Eyni zamanda, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 91 saylı arayışından göründüyü kimi, Hüseynov X16 rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 36 saylı fərdi yaşayış evində 4 nəfər ailə üzvü ilə xx.xx.2010-cu ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmış və yaşayırlar. Qardaşı İddiaçı2 ağır xəstədir və ona da özü baxır. Onun üzərində məhkəmə qərarı əsasında qəyyumluq təyin edilmişdir. Qardaşı da anası ölənə kimi həmin evdə yaşamış və hazırda onunla birlikdə yaşayır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X26 və X14 özünün qohumları, bacısı, onun əri və övladlarıdır. Bacısı və onun ailə üzvləri iddiaçının mərhum anası rəhmətə gedəndən sonra, anasından qalan miras əmlak kimi oranı zəbt etmişdir. Evin qapısının açarlarını dəyişdirərək, iddiaçıları və ailə üzvlərini evə buraxmırlar. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlərin özlərinin ünvan 2 ünvanında xüsusi mülkiyyətdə evləri var və bacısı ailəsinə məxsus evdə anası rəhmətə gedənə kimi yaşamışlar. Cavabdehlər mübahisələndirilən evin əldə edilməsində, yenidən qurulmasında, təmir edilməsində və ya artırmaların aparılmasında cavabdehlərin heç birinin bilavasitə və ya dolayısıyla iştirakı olmamışdır. İddiaçının anası rəhmətə gedəndən sonra iddiaçının müraciəti əsasında 6 saylı Bakı "Asan Xidmət" Mərkəzi Notariat Ofisində vərəsəlik işi açılmış və o, qanun üzrə vərəsə kimi tanınmışdır. Hətta, bacısı Cavabdeh1, notarial qaydada ərizə verərək, xx.xx.2022-ci ildə ölmüş X2 irs qalmış (ev, mənzil və otaq), qeyri yaşayış və torpaq sahələrindən, habelə əmlak hüququndan ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. O, ailə üzvləri və qardaşı həmin evdə 15 ilə yaxındır ki, yaşayırlar. ünvan 1 ünvanında məişət tullantılarının daşınması üçün və kommunal xidmətlərlə bağlı ödənişlər və torpaq sahəsinə dair bələdiyyə vergisi onun tərəfindən həyata keçirilmişdir. Zığ Bələdiyyəsi tərəfindən 27 noyabr 2024-cü il tarixli, 236 saylı məktubu ilə müəyyən edildiyi kimi, İddiaçı1 Zığ bələdiyyəsi üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış ev onun özünün, ailə üzvlərinin və qardaşının istifadə və sahibliyində olmuş, iş materiallarında olan ödəniş qəbzlərindən (kommunal xidmətlərə və bələdiyyə vergisinə dair) görünür ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun istifadə və sahibliyindədir. Hazırda bacısı və ailəsi evi zəbt edərək onları və qardaşını evə buraxmırlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində hazırda iş üzrə cavabdehlər yaşamaqdadırlar. İddiaçılar uzun müddət həmin ünvanında yaşamış, sonradan cavabdehlər tərəfindən çıxarılmışdırlar. Cavabdehlər hazırda həmin mənzildə yaşayırlar. Cavabdehlər iddiaçılara həmin evdə yaşamağa maneə yaradırlar. Mübahisəli evə dair verilmiş sənədlərdə, iddiaçıların və onun ailə üzvlərinin adının olması onların həmin evə köçüb oradan yaşayış sahəsi kimi istifadə etmək hüququnu ehtiva edir, bu səbəbdən, onlar iddiaçılar bu hüququn tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini tələb edirlər. Odur ki, mübahisəli mənzilə dair tərəflərin hər hansı hüquqmüəyyənedici sənədləri olmasa da, həmin yaşayış sahəsi yeganə yaşayış sahəsi kimi istifadə olunduğundan və evdə yaşamaq hüququ olduğundan iddia tələbləri haqlıdır. Bu baxımdan cavabdehlərin onların sahiblik və istifadə hüquqlarına törədilən maneə aradan qaldırılaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşamaq hüquqları məhkəmə qaydasında bərpa olunmalı və evə köçürülməlidirlər. Dəfələrlə buna cəhd edilsə də, həmin evdə yaşamaları mümkün olmamışdır. Uzun illərdir ki, yaşadıqları evdən məhrum olaraq, başqa ünvanlarda kirayələrdə və qohum əqrabanın evində yaşamağa məhkum olunmuşdurlar. Hazırda onun, ailə üzvlərinin və xəstə qardaşının yaşamağa başqa mənzili yoxdur. Hazırda bacısı və ailə üzvləri zəbt etmiş evə heç kimi buraxmırlar, ona görə də hazırda mənzilə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəfələrlə ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə köçmək istəsə də cavabdehlər buna imkan verməmiş, nəticədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaya etiraz. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, iddia tələbinin əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, anası ilə birlikdə qalırlar, anası rəhmətə getdikdən sonra bacısı evə daxil olaraq evin özünə məxsus olduğunu demişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında o, bildirmişdir ki, Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə etmiş və tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil1 iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək bildirmişdir ki, əlavəsi yoxdur, disklərin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. İddia tələbini müdafiə etmiş və təmin edilməsini, iddia ərizəsində qeyd olunanların çıxışı kimi qəbul olunmasını xahiş etmişdir. Şahid ifadələrindən və digər iş materiallarından da görünür ki, iddiaçılar mübahisəli mənzildə 2010-cu ildən, Cavabdeh1 isə 2022-ci ildən yaşayır. Əvvəlki məhkəmə iclasında o, bildirmişdir ki, tikili qanunsuzdur və sənədlər mövcud deyildir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdehlər Göyüşov X12 Əli Müşfiq oğlu Cavabdeh4 və Cavabdeh1 vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesinin cavabdehlərin və onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 bildirmişdir ki, iddianı qəbul etmirlər. Anası 3 ev tikib, iddiaçıların da 2 mərtəbəli evi vardır, digər evi də satıblar. Bildirdi ki, onun imtinası Cəbrayıldaki evdən olmuşdur. Bildirdi ki, qarşı tərəf qovulduqlarını iddia edirlər, lakin özləri onu çağırmışdı ki, xəstə qardaşına baxsın. Sonra həkimə aparmaq adı ilə qardaşını apardılar. Polisə müraciət etdi, artıq qəyyum təyin olunduğunu dedilər. Dekabr ayında qazı-işığı söndürürdülər, onun oğluna hücum ediblər. Bu söhbətlərə görə yoldaşıdan ayrıldı. 4 ildir orada yaşayır. Yoldaşı orada qalmadığı halda onu da məhkəməyə veriblər. Keçən ay rəsmi boşanmışdırlar. Özləri 2 mərtəbəli evdə yaşayırlar. Qapısına torpaq tökürlər. Anası 3 ev tikmişdi – bacısına, qardaşına verib. Bu evi də sözdə onun oğluna vəsiyyət etmişdi, evin sənədi yoxdur. Eyni həyətdə 3 evdir, torpaq vergisi onun adınadır. Eyni ünvanda olduğuna görə həyət-küçə birdir. Anası rəhmətə gedən kimi həm anasının yanında, həm Sumqayıtda qalırdı. 2023-cü ilə qədər adı Qaçqınkomda olub, sonra adını çıxarıblar. Xəstə qardaşı qalıb, amma Muradın ayrı evi olub. Xəstə qardaşın özü baxmışdır. Şahid ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, iddiaçının bacısıdır, torpaq onun yoldaşının adınadır, ev də onundur. Ev almışdırlar. Bacısı evə girdiyinə görə qardaşıgil onun evinə yerləşib. Anası rəhmətə gedəndən 1 il sonra bacısı gəldi. Əvvəl orada yaşamayıb, evi Sumqayıtdadır, 2023-cü ildə gəlib, qardaşı 20 ilə yaxın orada yaşayır, evi zəbt etmək istəyir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Muradla 16 ildir qonşudurlar. Anası xəstə olanda gedib gəlirdilər. O gələndə onlar orada yaşayırdı, Murad orada yaşayırdı. Kəmaləni yasda görmüşdür, sonra mağazada işlədiyini eşitdi, 2-3 il olar ki, Kəmalə gəlib. Anası öləndən sonra gəlmişdi, Kəmalə orada yaşamayıb. Murad ailə üzvləri ilə orada yaşayırdı, qardaşına baxırdı, əvvəl anası ilə yaşayıb. Özü 16 ildir oraya köçmüşdür. Onlar daha öncə orada idi, Göyüşov küçəsində qalırdılar, evin nömrəsi yoxdur, dispanserdən aşağıda yerləşir. Anası xəstə olanda gedirdi. Muradı usta kimi çağırırdı, döngə qonşusudurlar, Xuraman sağda Murad isə solda qalırdı. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Onu 15 ildir tanıyır, həm qonşu, həm də dostdurlar. Muraddan sonra gəlmişdirlər, Murad öz evlərində qalırdı, ev satılıb, yoxdur, anasının evində qalırdı, anası, xəstə qardaşı və Murad öz ailəsi ilə qalırdı. Kəmaləni tanımamışdır, Kəmalə orada yaşamayıb, onu yasda görmüşdür, lakin hal-hazırda anasının evində yaşayır, orada əvvəl Murad qalırdı, anası rəhmətə gedəndən sonra çıxdı, 15 il həmin evdə yaşayıb. Bildirdi ki, qonşudurlar, uşaqları bir yerdə oxuyur. Ev Göyüşov küçəsində yerləşir, anasının evinə gedirdilər, sağ tərəfdədir, ana rəhmətə gedəndən sonra ora gedə bilməmişdirlər. Həmin həyətdə kirayə qalırdllar, kirayə qaldığı evə gedirlər, 2-3 ildir oradan çıxıblar. İş materialları. İş materiallarında olan xx.xx.2016-cı il tarixli layihə smeta bürosundan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evinə aid layihələndirmə sənədində hüquq subyekti kimi İddiaçı1 göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X4 vərəsələri – oğlu İddiaçı1, oğlu X19 və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şahadətnamə verilən miras əmlak Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2022-ci il tarixli, 31-1957/2022 saylı məktubuna əsasən X4 adına Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialında ******************** saylı bank hesabında olan 122.30 manat pul vəsaitindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X2 irs qalmış (yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir. SRİHB Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 91 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Hüseynov X16 rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 36 saylı fərdi yaşayış evində 4 nəfər ailə üzvü ilə xx.xx.2010-cu ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmış və yaşayırlar. Suraxanı Rayon Zığ Bələdiyyəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 236 saylı cavab məktubundan görünür ki, vətəndaş İddiaçı1 R.Göyüşov küçəsində yerləşən fərdi yaşayış evində hansı tarixdən yaşaması barədə məlumat yoxdur. İddiaçı1 Zığ bələdiyyəsi üzrə Bələdiyyələrin avtomatlaşdırılmış Məlumat Sistemində YVÖK (19061H68GH89) vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tədiyyə bildirişindən görünür ki, Hüseynov X16 rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi ünvanında vergi ödəyicisi olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü ill tarixli qəbzlərdən görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi ünvanında bələdiyyə əmlak vergiləri İddiaçı1 tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərişıq ASC tərəfindən ünvan 4 ünvanına İddiaçı1 adına göndərilmiş bildirişdən görünür ki, həmin ünvanda işıq sərfiyyatı ilə bağlı borc yoxdur. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli Müqavilədən görünür ki, həmin müqavilə İddiaçı1 ilə bağlanılmışdır. İş materiallarında olan Qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, abonent olaraq İddiaçı1 adı qeyd edilmişdir. İş materiallarında olan Azərsu ASC tərəfindən təqdim olnumş hesab fakturalardan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi ünvanında abonent olaraq İddiaçı1 adı qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilən 2112 saylı, 25 dekabr 2023-cü il tarixli arayışından da görünür ki, İddiaçı1 və ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdırlar. İş materiallarında olan 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 236180 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci i tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 39 № ilə qeyd edilmişdir. İş materiallarında olan 6 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X10 və X3 nikahı haqqında 30 noyabr 1971-ci il tarixdə 32 saylı akt qeyd tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Cəbrayıl rayon qeydiyyat şöbəsi. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilən cavab məktubundan görünür ki, Cəbrayıl şəhəri Ə.Hüseynov küçəsi, ev 106-da qeydiyyatda olan 1976-cı il təvəllüdlü məcburi köçkün Cavabdeh1 tək şəxs olaraq Sumqayıt şəhəri BTZ bağlar deyilən ərazidə yerləşən 588 saylı fərdi həyət evində məskunlaşıbdır. Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 21/4 saylı evin 46 nömrəli mənzilində qeydiyyatda olan, məcburi köçkün statusuna malik olmayan yerli sakinlə ailə həyatı qurubdur. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı"na uyğun olaraq aparılan siyahılar üzrə yerli sakinlə ailə həyatı quran Cavabdeh1 adı qeydiyyata alınmamışdır. Cavabdeh1 qardaşı İddiaçı1 məxsus mənzildə hansı vaxtdan yaşadıqları barədə məlumat aşkarlanmadı. Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və X20 arasında olan nikah xx.xx.2004-cü il tarixdə 376 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada "Hüseynova" soyadı verilmişdir. İş materiallarında olan 65 saylı xx.xx.20024-cü il tarixli SRİHB Sərəncamına əsasən, İddiaçı1, fəaliyyət qabiliyyət olmayan müəyyən edilmiş qardaşı İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1451/2022 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X26, X7 qarşı sahiblik və istifadə hüquqlarının bərpa olunması, evin boşaldılaraq geri qaytarılması və evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Suraxanı rayonu, Zığ bələdiyyəsinin 80 saylı xx.xx.2001-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Zığ qəsəbəsi Göyüşov küçəsi №36 saylı ünvanda yaşayan X13 vətəndaş Q.M.Aslanovun istifadəsində olan fərdi ev və 400 (dörd yüz) kv m. torpaq sahəsi qeydə alınmış, X18 qərarı ilə cizgidə cöstərilən sahə 400 (dörd yüz) kv m. Q.M.Aslanovun istifadəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X8 adına ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Zığ Bələdiyyəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Zığ Bələdiyyəsi tərəfindən vətəndaş X11 "X5 edilməsi" haqqında Azərbaycan Respublikası Qanunu (29 iyun 2001-ci il 160-İİQ) 6-cı maddəsinin 7-ci bəndinə istinad olunmayaraq xx.xx.2001-ci il tarixli 80 saylı sərəncamla torpaq sahəsi ayrıldığına görə bələdiyyənin arxivində digər sənədlər aşkarlanmamışdır. AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1 18 iyul 2005-ci il tarixdən Cəbrayıl şəhəri, Ə.Hüseynov, ev. 106 ünvanında qeydiyyatdadır. İş materiallarında olan video disklərdən və foto şəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin görüntüləri qeyd edilmiş və çəkilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yerində müayinə protokolundan görünür ki, sözügedən torpaq sahəsinə baxış zamanı müəyyən edilir ki, ünvanda yerləşən torpaq sahəsinə giriş birdir. Torpaq sahəsində 2 ev mövcuddur. Cavabdeh1 həmin torpaq sahəsinə və iddiaçıya məxsus olduğunu iddia etdiyi ev daş hasarla ayrılmışdır. Cavabdeh digər bir evin İddiaçı1 tərəfindən satıldığını və pul məbləğini bacısının ərinə verdiyini bildirmişdir. İddiaçı1 həmin evin ona heç vaxt məxsus olmadığını qeyd etmiş və anasının evində, yəni mübahisəli evdə, yaşadığını iddia etmişdir. Cavabdeh1 ümumi torpaq sahəsinin anası tərəfindən alındığını və mübahisəli evin anası tərəfindən 2007-ci ildə tikildiyini bildirmişdir. İddiaçı1 evin özü tərəfindən 2002-ci ildə tikildiyini iddia etmişdir. Mübahisəli evə baxış zamanı müəyyən edilir ki, ev 2 hissədən ibarətdir. Yuxarı hissədə 3 otaq var. Həmin hissənin açarı cavabdehdədir. Aşağı hissəni açılmasını istədikdə cavabdeh etirazını bildirmişdir. İddiaçı açarın özündə olduğunu və qapını aça biləcəyini, həmin evdə ona aid əşyaların olduğunu qeyd etmişdir. Lakin cavabdeh evin həmin hissəsinə baxış keçirilməsinə etiraz etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz... Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir... Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.... 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır... Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar. 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ....8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarından çıxarış: “…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir...” Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallardan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 bacıqardaşdırlar, İddiaçı2 məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və İddiaçı1 onun qəyyumudur. İddiaçı3 İddiaçı1 arvadı, X22 isə yetkinlik yaşına çatmamış övladıdır. Digər cavabdehlər - Cavabdeh2, X26 oğlu və X14 - Cavabdeh1 əri (keçmiş əri) və yetkinlik yaşına çatmış övladlarıdıdr. Mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir. Hazırda iddia tələbi İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin evdən istifadəyə və yaşamağa cavabdehlər Cavabdeh1, Cavabdeh2, X26 oğlu və X14 tərəfindən yaradılan maneələrin qadağan edilməsindən ibarətdir. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan suiistifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlər tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının və onun ailə üzvləri olan digər iddiaçının və himayəsində olan şəxslərin köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. İş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan özbaşına tikili İddiaçı1 və onun mərhum anası tərəfindən inşa edilmiş, o, və digər iddiaçı olan onun arvadı və himayədə olan şəxslər (ailə üzvləri) ilə uzun müddət həmin evdə yaşamış, faktiki sahiblik və oradan istifadə etmişdir. Cavabdehlər bu faktları təkzib edə bilməmişdir. Demək ki, iddiaçının qeyd olunan özbaşına tikilinin inşa olunmasında və saxlanmasında bu və ya digər formada rolu, əməyi və zəhməti olması da danılmazdır. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox şəxslərin başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. İddiaçı1 mərhum anası ilə birlikdə mübahisəli evi (özbaşına tikilini) inşa etdikdən sonra uzun müddət burada yaşamış və sonradan həmin evi digər iddiaçı olan arvadı, himayəsində olan qardaşı və övladı ilə tərk etməyə məcbur olmuşdur. Qeyd olunduğu kimi həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçılarının həmin evdə cavabdehlərlə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun hüquqlarının pozulmasına səbəb olardı. Eyni zamanda, məhkəmə vurğulayır ki, Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X22 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, həmin evdən istifadəyə və yaşamağa cavabdehlər Cavabdeh1, Cavabdeh2, X26 oğlu və X14 tərəfindən yaradılan maneələr qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X22 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Həmin evdən istifadəyə və yaşamağa cavabdehlər Cavabdeh1, Cavabdeh2, X26 oğlu və X14 tərəfindən yaradılan maneələr qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-4407/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4407/2025
08.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver