Məhkəmə qərarları › İş №2(010)-443/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-443/2023

07.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-443/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, iddiaçı, eyni zamanda ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, eyni zamanda ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddiası, eyni zamanda ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair ilkin iddiası və sonuncu iddia üzrə İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbləri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № 0450626, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə çıxarılması, evin iddiaçıya təhvil verilməsi və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçının xeyrinə 24.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı, eyni zamanda Cavabdeh1 nümayəndəsi və vəkili F.Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh3 pul tələbinə dair iddia üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 09 iyul 2014-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsi şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus həyət evindən 2021-ci ilin iyul ayından 2023-cü ilin may ayı daxil olmaqla Cavabdeh1 pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində kirayə kimi əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) kimi 21 ay ərzində hər ay 300 manat kirayə pulu əvəzi olaraq vurulmuş ziyana görə 6300 manat pulun tutulub iddiaçıya ödənilməsi, məhkəməyə ödədiyi 83 manat dövlət rüsumunun Cavabdeh1 tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-3286/2023 saylı qəradadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e- 2(011)-3286/2023 saylı mülki işlə Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 443/2023 saylı mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəlilləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № 0450626, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsi şəxsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Hazırda iddiaçının şəxsi mülkiyyətində olan evində heç vaxt tanımadığı və heç bir əlaqəsi olmadığı, bu ünvandakı evə heç bir aidiyyatı olmayan Cavabdeh1, arvadı Cavabdeh2 azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə qanunsuz girib yaşayır. İddiaçı, cavabdehlərə dəfələrlə evin boşaldılmasını və təhvil verilməsini təklif etməsinə baxmayaraq onlar bundan imtina etmişdir. Bundan əvvəl digər paylı mülkiyyətçilərlə aralarında məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59812014 saylı 18 noyabr 2014-cü il tarixli qətaməsi ilə iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evə köçürülməsi, həmin həyətdə cavabdehlərin hesabına sökülmüş hasarın cavabdehlərin hesabına bərpa edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli ev ümumi paylı mülkiyyətdə olsa da, iddiaçının yaşadığı ev, həyətyanı torpaq sahəsi, həyətə giriş qapıları ayrı ayrılıqdadır, hasarla bir-birlərindən ayrılmışlar. Bundan əvvəl də eyni iddia ilə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş, qarşı tərəf aidiyyatla bağlı məsələni mübahisəndirmiş, ancaq onun bu barədə ərizəsi təmin adilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadından verilmiş şikayət rədd edilmiş, yuxarı instansiya məhkməsi rayon məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Sonuncu məhkəmə iclasında iddiaçı iştirak edə bilmədiyindən iş baxılmamış saxlanmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 iddia tələbinin dəlilləri Cavabdeh İddiaçı Cavabdeh1 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı 0450626, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən Cavabdeh1 və digərlərin çıxarılması və evin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 onun çaxarılması tələb olunan yaşayış sahəsini cavabdehin etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh3 20000 (iyirmi min) manata almışdır. İddiaçının adından çıxış edən Əlikramla iddiaçı belə razılaşmışlar ki, iddiaçı bəmin məbləğin 14000 (on dörd min) manatını ilkin olaraq ona nəğd şəkildə ödəyir, qalan 6000 (altı min) manatını isə bir neçə aydan sonra ödəyəcək və bundan sonra da alğı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna gedəcəklər, iddiaçı həmin yaşayış sahəsinə görə razılaşdırılmış məbləği ödəyərkən cavabdehdən Cavabdeh3 Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş baş etibarnamə alıb Əlikram bütün danışıqları və hərəkətləri həmin etibarnaməyə əsasən həyata keçirib. İddiaçı həmin yaşayış sahəsində əsaslı təmir-tikinti işləri apararaq oranın yaşayış sahəsinin artırılmasını və bütün mənzilin təmir olunmasını həyata keçirmişdir. Cavabdeh oranın tikinti və təmir işlərinə görə ustalara və tikinti materiallarına ümumilikdə 10.000 (on min) manatdan artıq pul xərcləyib. Cavabdehin adından çıxış edən Əlikramda baş etibarnamə olmasaydı iddiaçı həmin yaşayış sahəsinə görə bu qədər pul ödəyib orada öz mənzili kimi yaşamağa başlamazdı və oranın yaşayış sahəsini əlavə tikililər hesabına artıraraq təmir etdirməzdi. Hesab edir ki, iddiaçının cavabdehə ödədiyi 14000 manat və mübahisəli yaşayış sahəsində apardığı təmir-tikinti işlərinə xərclədiyi 10000 manat İddiaçı tutulması təmin olunmalıdır. Tərəflərin izahatları İddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddialarının təmin edilməsini, Cavabdeh1 iddiasının isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, iddiasının təmin edilməsini və İddiaçı iddialarının təmin edilməməsini xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, onların iddia tələbi olan 24000 manat məbləğində pulun 14000 manatının İddiaçı və Cavabdeh3 müştərək qaydada, qalan 10000 manatının (təmir üçün çəkdiyi xərcin) isə İddiaçı tutulmasını xahiış edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X17 izahatında göstərmişdir ki, mübahisəli ev baba mülküdür. Həmin evin digər mülkiyyətçilərinin əksəriyyəti vəfat etmişdir. İddiaçı hansı əsaslarla həmin ünvana qeydiyyata düşməsini bilmir. Cavabdehlər Tehran və Könül evin iki mərtəbəsində yaşayır. Cavabdehlərin həmin ünvanda nə səbəbdən yaşamasını bilmir və onun tərəfindən cavabdehlər oraya yerləşdirilməmişdir. Tehrandan əvvəl evin həmin hissəsində heç kim yaşamamışdır. Əminəxanım öləndən sonra cavabdehlərin yaşadıqları hissədə heç kim yaşamır. Əminəxanım Tubinin bacısı olmuşdur. Özü ailə qurandan sonra həmin evdən çıxıb getmişdir və 2013-cü ildən orada yaşamır. O, Nazim evi satandan sonra evdən çıxıb getmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 iddiası üzrə cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh3 iddiaya münasibəti öyrənilməsi üçün onun cəza çəkdiyi Cəzaçəkmə müəssisəsinə iddia ərizəsi göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə Müalicə Müəssisəsində müalicə alan və cəza çəkən məhkum Cavabdeh3 iddiaya etiraz ərizəsi daxil olmuşdur. O, həmin ərizədə göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. O, 2021-ci ilin noyabr ayında Xətai Rayon Məhkəməsinə, sonradan həmin mülki iş Suraxanı Rayon Məhkəməsinə göndərilib, mülki iş vermişdir. İddiaçı ona etibarnamə verərək, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 76 ünvanda olan evin bərpa olunması, ümumi həyətdən ayrılıb hasar çəkilməsi, evin həyətinə giriş qapısının açılmasını xahiş etmişdir. Tubi xanım həmin həyətdə yaşayan qohumlarının qorxusundan ora gedə bilmirdi. O, etibarnaməni alıb icra məmuru, sahə müvəkkili ilə birlikdə həmin həyətə gedib orada yaşayanlarla akt tərtib edib, hasar çəkdirmiş, küçə qapısını gətirib qoymuşdur. Hətta həyət ayrılandan sonra da onlar qorxudan o evə getmirdilər. Düzdür evin ancaq divarları, şiferləri sındırılmış daşı qalmışdır, orada yaşamaq mümkün deyildir. Buna qonşular və telefonda çəkilmiş video çəkiliş də şahiddir. Tubi xanımın nümayəndəsi Qafarov Əlirza ona yaxınlaşıb həmin evi 20000 manata satmağını təklif etdi. Onlar Tubi xanımın yanına gedib etibar edilməsi üçün onunla satış qiymətini dəqiqləşdirdikdən sonra o, evi alacağını və pullarını hissə-hissə verəcəyini bildirmişdir. Razılaşmış və ilkin hissəvi ödənişi etmişdir. O, həmin evin ilkin olaraq damını, sonra qapıpəncərəsini, pol-patalokunu təmir edə-edə hissəvi olaraq 18000 pulu Əlirzanın vasitəçiliyi ilə Tubi xanıma vermişdir. Bu barədə rəsmi, yazılı qəbzi də var. Sonradan özünün tanışı Cavabdeh1 kirayədə yaşadığına görə evi ona vermiş və qalan təmir işlərini, hamam, kuxna, tualet düzəldilməsini ona tapşırmışdır. Evin işıq, qaz, su təsərrüfatından sayğaclarını da özü alıb evə işıq, su, qaz çəkdirmişdir. Həmin müəssisələrdə özünün ərizəsi və sənədlərinin surəti var. Tubi xanıma və nümayəndəsi Əlirzaya pulun ödəniş qəbzinin əsli, özündə surəti onlarda və Suraxanı Rayon Məhkəməsinə göndərilmiş mülki işində var. 2021-ci ilin oktyabr ayına kimi Tubi xanımgil tərəfdən həmin evə heç kim gəlməmiş, qorxudan, satıb pulu aldıqları üçün. Lakin onun nümayəndəsi Əlirzanın ölümündən sonra onun qeyri-qanuni yaşadığı Tubi xanımın bacısı qızı dedikləri Əminə xanım həmin ilin noyabr ayında evin yaxınlığında küçəyə onu çağırıb artıq Əlirza yoxdur, evi satmırıq və evi boşaldılmasını tələb etdilər. O, onlara evin satılması, ona etibarnamənin verilməsini və Tubi xanıma ödənilən pulun qəbzini göstərmişdir. Onlar sakitcə çıxıb getdilər. O da arxayın olub gözləmişdir. Onlar notariusa Tubini aparıb etibarnaməni ləbv etdirdilər. Mübahisələri başlandı. O, Tubinin evinə gedib bunları ona bildirəndə, o, ona heç nə deyə bilməyərək, «mənlik bir şey yoxdur, bacım qızı Əminə ilə danışın dedi». Odur ki, məhkəmədən İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. İş materialları RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə X3 adına 1/7 hissədə, X7 adına 1/7 hissə, X11 adına 1/7 hissə, X5 adına 14/7 hissə, X8 adına 1/7 hissə, X4 adına 1/7 hissə və İddiaçı adına 1/7 hissədə daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 2988 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5981/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X1, X18, X15 və X9 qarşı mülkiyyətçi hüquqlarının müdafiəsi, vurulmuş ziyanın aradan qaldırılması, qanunsuz hərəkətlərə son qoyulması, evə köçürülmə və əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 76 saylı fərdi yaşayış evinə köçürülməsi, həmin həyətdə sökülmüş hasarın cavabdehlərin hesabına bərpa edilməsi, qalan hissədə iddianın tələbi təmin edilməməsi, İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3911/2022 saydlı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(010)-996/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri- mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, 76 saylı fərdi yaşayış evinə dair müvafiq məlumatların verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğuda qeyd olunan iddiaçı ilə bağlılığı olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 76 saylı fərdi yaşayış evi hazırda aşağıda sadalanan fiziki şəxslərin adlarına qeydiyyata alınmışdır: X12-1/7 hissə; X17-1/7 hissə; X19-1/7 hissə; X13-1/7 hissə; X16- 1/7 hissə; X20-1/7 hissə; İddiaçı-1/7 hissə. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)3106/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıya məxsus olan mənzilin çıxarışında dəyişiklik edilməsi, hüquqi sahib kimi tək onun adının qeyd olunması» tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 1(103)-1931/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, zərər çəkmiş şəxs X2 apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.2.3; 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair Sabunçu Rayon Məhkəməsinin 1(008)-69/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü zərər çəkmiş X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında •ənbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi < dmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə, 03 (üç) il 23 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən ona təyin ılunmuş əsas cəzaları qismən və əlavə cəzanı tam toplamaq yolu ilə üzərində qəti olaraq, ona 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AECS-nin hesabatından görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirmə tapşırığına uyğun olaraq hesablanmış dəyərləri 04 iyul 2023-cü il tarixinə orta aylıq kirayə dəyəri 300,0 (üç yüz) manat kimi müəyyən edilmişdir. Suraxanı rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X14 «cinayət işi başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Ağayeva X6 Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, ünvan 5 ünvanda yerləşən həyət evi paylı mülkiyyət olduğu üçün ayrıca çıxarış çıxarmaqdan ötrü məhkəmədə hüquqlarının müdafiə olunması, hüququ yardım göstərilməsindən ötrü və həmin mənzilin təmiri ilə bağlı tanıdığı Cavabdeh3 pul vermiş, sonuncu onu aldadaraq pulunu ələ keçirməsini qeyd edmişdir. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə özünə çatası əmlakı pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında bütün növ bank əməliyyatları aparmağı, hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ictimai təşkilatlarda öz adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir. İşin faktiki halları İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin mülkiyyətçisidir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə iddiaçıya məxsus sözügedən mənzildə yaşayır. İddiaçı cavabdehlərə evi tərk etməsini tələb etsə də, cavabdeh evi tərk etmir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən çıxarılmasını, cavabdehlərin həmin mənzildə qaldığı müddətdə, 2021-ci ilin iyul ayından başlayaraq hər ay 300 manat kirayə haqqının dəymiş zərər olaraq tutulmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmirlər və qeyd edilən evi 14000 manata iddiaçının nümayəndəsi olan Cavabdeh3 aldıqlarını və əlavə olaraq 10000 manat da təmir xərci çəkdiklərini bildirir və həmin məbləğin qaytarılmasını xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə gəldiyi nəricəni iddia və qarşılıqlı iddia tələbinə uyğun olaraq istiqamətdə əsaslandırmağı məqsədəmüvafiq hesab edərək, İddiaçı evdən çıxarılma tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013cü il tarixli Qərarından) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında deyilir: “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Məhkəmə müəyyən edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehin Mənzil Məcəlləsinin yuxarıda sadalanan normalarının dispozisiya şərtləri baxımından da iddiaçı ilə birlikdə mübahisəli yaşayış evindən istifadə etmək hüquqları yaranmamışdır. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, faktiki olaraq iddiaçının mülkiyyətində olan ev onun üçün ayrılmış və paylı mülkiyyətçilər arasında bölünmüşdür. Həmin evin ayrıca çıxışı vardır. Həmin evə İddiaçı məxsus olan evdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən çıxarılması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə İddiaçı qarşılıqlı iddiası olan cavabdehdən vurulmuş zərər olaraq kirayə haqqının tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı 2021-ci ilin iyul ayından etibarən hesablanmaqla cavabdehdən hər ay 300 manat dəyərində kirayə haqqının tutulmasını və tutulmanın cavabdehlərin evdən çıxarılması barədə qətnamənin qüvvəsini alana və icra olunaraq evin ona təhvil verilməsinədək davam etdirilməsini xahiş edir. Məhkəmə cavabdehlərdən hər ay 300 manat məbləğində kirayə haqqının tutulmasını ədalətli hesab edir. Belə ki, cavabdehlər iddiaçıya məxsus evdən vaxtında çıxmış olsaydılar iddiaçı həmin evi kirayə verərək pul qazana bilərdi ki, bu da iddiaçı üçün əldən çıxmış fayda olaraq nəzərə alınmalıdır. Lakin hesablanmanın əvvəlinin 2021-ci ilin iyul ayından hesablanması ilə bağlı isə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehlərin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Ona görə də, məhkəmə əsassız varlanma olaraq iddianın kirayə haqqının tutulması hissəsini xx.xx.2022-ci il tarixdən hesablanmalı olmasını əsaslı hesab edir. Belə ki, həmin tarixədək tərəflər arasında məhkəmə mübahisəsi olmamış və iddiaçı bununla bağlı iradə ifadəsini əks etdirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdən əldən çıxmış fayda kimi hər ay 300 manat kirayə haqqı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli ev iddiaçıya təhvil verilənədək tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Cavabdeh1 İddiaçı və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, qeyd edilən iddia tələbinin əsası əsassız varlanma ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırda iddiaçı Cavabdeh1 mübahisəli cavabdehlərə evi almaq üçün 14000 manat məbləğində pul ödədiyini, əlavə olaraq evin təmirinə 10000 manat məbləğində xərc çəkdiyini, bununla da cavabdehlərin onun vəsaiti hesabına əsassız varlandığını bildirsə də, məhkəməyə qeyd edilən halları təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh1 mübahisəli evin təmirinə 10000 manat məbləğində vəsait xərclədiyini sübut etmiş olsaydı belə, yenə də iddia tələbi həmin hissədə təmin edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci və 157.7-ci maddələrinin tələblərindən göründüyü kimi, yalnız vicdanlı sahib mülkiyyətçinin xeyrinə çəkdiyi xərclərin əvəzini tələb edə bilər. Hazırki iş üzrə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli fərdi yaşayış evinə vicdanlı sahiblik etməsinə dəlalət edən heç bir əsas məhkəmədə müəyyən edilməmişdir. O, mülkiyyətində olmayan və ona məxsus olmayan, başqasının xüsusi mülkiyyətində olan evdə qanuni əsaslar olmadan yaşamışdır ki, bu da həmin əmlaka onun vicdanlı sahiblik etməməsinə dəlalət edir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 pul tələbinə dair iddiası təmin edilə bilməz.

Məhkəmənin gəldiyi nəticə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməli, cavabdehlər cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən çıxarılmalı, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair ilkin iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə qarşılıqlı iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqı tutularaq İddiaçı ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddia və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 183 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməli, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 pul tələbinə dair iddiası üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən çıxarılsınlar. İlkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddia və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 183 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. İlkin iddia üzrə iddiaçı Cavabdeh1 pul tələbinə dair iddiası üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar