Məhkəmə qərarları › İş №2(010)-4430/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4430/2023

18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4430/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı Ərizəçi İddiaçı*, İddiaçı2, İddiaçı3, X2, maraqlı şəxslər X3, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Natariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti “Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi olmaqla, “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması, mirasın miras şərikləri arasında bölüşdürülməsi və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi İddiaçı*, İddiaçı2, İddiaçı3, X* maraqlı şəxslər X3, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Natariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti “Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi olmaqla, 06.*0.*989-cu il traixdə Bakı şəhərində vəfat etmiş mərhum atası Həmzəbəy Mirzəbəyovun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 unvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin ümumi sahəsi 8*.6 kv.m yaşayış sahəsi 48.2 kv.m köməkçi sahəsi, 33.4 kv.m və sösügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Suraxanı rayon XDS-nin *7.0*.*958-ci il tarixli, 28 nömrəli qərarından çıxarışda 300 kv.m olan *962-ci il tərtib edilmiş Texniki Pasportda göstərilmiş 462.7 kv.m miras əmlakın tərəflərindən fatiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbini üzürlü sayaraq uzadılması, göstərilən əmlakların hazırkı iş üzrə miras şərikləri arasında */5 hissədə iddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3, X* və Cavabdeh* Həmzəbəyoviç arasında bölüşdürülməsi, Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və * saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göründüyü kimi, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması, mirasın miras şərikləri arasında bölüşdürülməsi və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi kimi tələbləri xüsusi icraat qaydasında verilmiş, halbuki onlardan yalnız miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbi xüsusi icraat qaydasında, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması və mirasın miras şərikləri arasında bölüşdürülməsi tələbi isə iddia icraatı qaydasında verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin *52.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *49-*52, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı*, İddiaçı2, İddiaçı3, X2, maraqlı şəxslər X3, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Natariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti “Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi olmaqla, “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması, mirasın miras şərikləri arasında bölüşdürülməsi və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan *0 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar