Məhkəmə qərarları › İş №2(010)-4475/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4475/2023

14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4475/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3* qızının katibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğum faktının faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları. *. İİ-PЭ seriyalı 478674 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X24 ilə *942-ci ildə anadan olmuş Ərizəçi *0.08.*966-cı il tarixdə nikaha daxil olmuşlar.

2. İİ-PЭ seriyalı 8*3853 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X*5 25.05.*963-cü il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunun Muğanlı kəndində anadan olmuş, atası X24, anası Ərizəçidır.

3. İİİ-PЭ seriyalı 455984 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X25 *6.07.*966-cı il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunun Muğanlı kəndində anadan olmuş, atası X24, anası Ərizəçidır.

4. İ-ГT seriyalı 023703 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X*6 25.*0.*968-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunun Muğanlı kəndində anadan olmuş, atası X24, anası Ərizəçidır.

5. İ-ГT seriyalı 26060* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X*0 *7.**.*970-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunun Muğanlı kəndində anadan olmuş, atası X24, anası Ərizəçidır.

6. İ-ГT seriyalı 628834 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X2* *5.08.*972-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunun Muğanlı kəndində anadan olmuş, atası X24, anası Ərizəçidır.

7. İ-TИ seriyalı 285664 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X22 **.08.*974-cü il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunun Muğanlı kəndində anadan olmuş, atası X24, anası Ərizəçidır.

8. İİ-TИ seriyalı 325393 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X*7 *6.*2.*976-cı il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunun Muğanlı kəndində anadan olmuş, atası X24, anası Ərizəçidır.

9. İİİ-TИ seriyalı 253326 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X26 28.03.*980-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunun Muğanlı kəndində anadan olmuş, atası X24, anası Ərizəçidır. *0. İşdən görünür ki, Ömərova X*2 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin himayəsindədir. **. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.*942-ci il təvəllüdlü Shafiqa Omarova (himayə sənədi № 982-000*88**) Dövlət Miqrasiya Xidməti tərəfindən 3* may 2023-cü il tarixindən 3* may 2024-cü il tarixinədək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, dalan *, ev 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. *2. Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş 77/2067*0 nömrəli cavab məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktlarının Mərkəzi Arxivində aparılan yoxlama nəticəsində Ərizəçi barəsində akt qeydi aşkar edilməmişdir. Yoxlama *942-ci ildən başlayaraq aparılmışdır. *3. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilən *6.05.2023-cü il tarixli məktubdan görünür ki, Suraxanı rayon qeydiyyat şöbəsi Ömərova (Nəsibova) Şəfiqə Vəli qızının doğumu haqqında təkrar şəhadətnamənin istənilməsi ilə bağlı Beynəlxalq Əməkdaşlıq idarəsi vasitəsilə Gürcüstan Respublikasına sorğu göndərmişdir. Gürcüstan Resublikasından daxil olmuş 77/2067*0 saylı cavab məktubunda doğum haqqında akt qeydinin aşkar olunmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 0*.03.200*-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası yalnız əvvəllər bu cür qeydlərin olmasını təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Ərizəçi şəxsiyyətini təsdiq edən sənəd və doğum haqqında şəhadətnamə olmadığı üçün qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyildir. *4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilən 03.**.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu, nikahı və övladlarının doğumu haqqında məlumat aşkar edilməmişdir. Sözügedən şəxsin doğumu haqqında akt qeydi aşkar edilmədiyindən onun valideynləri və bacı-qardaşlarına dair məlumatların əldə edilməsi də mümkün olmamışdır. Xarici ölkələrdə qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları yalnız müvafiq şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş tərcüməsi əsasında qeydiyyat şöbələri tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürüldüyü təqdirdə Ədliyyə Nazirliyinin informasiya sistemlərində öz əksini tapır. *5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-*(**2)-277*/2022 saylı qərarı ilə iddianın təmin edilməsi; Ömərova (Nəsibova) Şəfiqə Vəli qızından şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun *942-ci ildə Gürcüstan SSR Dmanisi rayonunun Muğanlı kənd nümayəndəliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. *6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** ifadəsində göstərmişdir ki, ərizəçi Şəfiqə Osmanova onun xalası qızıdır. O, Şəfiqədən 2 yaş böyükdür. Belə ki, o, *940-cı ildə, xalası qızı Şəfiqə isə *942-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşlar. Şəfiqə orada ailə qurmuş və onun 8 uşağı anadan olmuşdur, təxminən 30-32 il olar Bakıda yaşayır. O, özü də təxminən 33 il olar Bakıda yaşayır. *7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun anasıdır. Anası *942-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuş, təxminən 30-32 il olar Bakıda yaşayır. *8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun anasıdır. O, *942-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur, təxminən 30-32 il olar Bakıda yaşayır. Anasının sovet pasportu olub. Lakin pasportu itirmişdir.

Əriçəçinin tələbi.

*9. Ərizəçi xx.xx.*942-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Muğanlı kəndində doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

20. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.*942-ci il tarixdə Gürcüstan SSRİ-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. Anası X* SSR-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olub, Gürcüstan SSRİ-nin vətəndaşı olub və *996-cı ildə Bakı şəhərində vəfat edib. Atası X2 SSR-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olub, Gürcüstan SSRİ-nin vətəndaşı olub, *989-cu ildə Gürcüstanda vəfat edib. Ərizəçi təxminən *953-*96*-ci illərdə Dmanisi rayonunun Muğanlı kənd orta məktəbində təhsil almış, 8-ci sinifi bitirmiş, sonra təhsilini davam etdirməmişdir. *96*-ci ildə Ömərov Yusi(u)b Səməd oğlu ilə ailə qurmuş, nikah sonradan *0.08.*966-cı ildə qeydə alınıb. Əri 05.02.*937-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşı olub, 20*0-cu ildə vəfat edib. *990-cı ilin iyun (** iyun olduğunu xatırlayır) ayında ailə üzvləri ilə birlikdə Gürcüstandan yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq daimi yaşamaq məqsədilə Azərbaycan Respublikasına gəlmişdir. O vaxtdan Azərbaycanda yaşayır. *990-cı ildən *999-cu ilə qədər Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, bina *6, mənzil 77 ünvanında yaşamış, *999-cu ildən bəri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, dalan *, ev 4 ünvanında yaşayırlar və hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda da olduğu yer üzrə qeydiyyata alınmışdır. Qızı Osmanova (Omarova) Solmaz Yusub qızı 25.05.*963-cü il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 3 ünvanında yaşayır, Bakı şəhər 99 saylı tam orta məktəbdə texniki işçi vəzifəsində çalışır. X8 *6.07.*966-cı il tarixdə Gürcüstan SSRnin Dmanisi rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, dalan *, ev 4 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. Qızı Əliyeva (Omarova) Lilpar Yusub qızı 25.*0.*968-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub. O, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsdir. Hazırda ünvan 6 ünvanında yaşayır. Qızı Osmanova (Omarova) Qızılgül Yusub qızı *7.**.*970-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. Hazırda Şamaxı rayonunun Günəşli kəndində yaşayır. X4 *5.08.*972-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub, Gürcüstan Respublikasının vətəndaşıdır. Hazırda Gürcüstan Respublikasının Dmanisi rayonunda yaşayır. X5 **.08.*974-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, dalan *, ev 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayır, fərdi əməklə məşğuldur. X6 *6.*2.*976-cı il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. Hazırda Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yaşayır. X9 28.03.*980-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, dalan *, ev 4 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. Artıq onun 8* yaşı var. Sənədsizdir, doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. SSRİ nümunəli pasportunu itirmişdir. Həmin vaxtdan sonra heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. BMT QAK-ın himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən fın kod tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o, hüquqlara çatımlılığı itirir, hüquq subyekti kimi qəbul edilmir. Doğum haqqında şəhadətnamə olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq mümkün olmur. Hazırda vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün doğum haqqında şəhadətnamə lazımdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi ərizə və ona əlavə edilmiş sənədləri Gürcüstan Respublikasının müvafiq qurumları tərəfindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərmişdir. Sonuncu da doğum haqqında təkrar şəhadətnamənin alınması məqsədilə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu vermişdir. Həmin sorğuya Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 77/2067*0 nömrəli cavab məktubunda bildirilmişdir ki, onun barəsində doğum akt qeydi aşkar edilməmişdir. Bundan sonra o, *2.05.2023-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək onun doğulmağı faktının qeydə alınmasını və onu doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi *6.05.2023-cü il tarixli, 3-*6-5/7- 489-2023/75 saylı cavab məktubu ilə onun müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”nə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən doğumunuz barədə hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən yuxarıda sadalanan sənədləri təqdim etmədiyinizdən ərizənizin Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən icra edilməsi mümkün deyildir. Suraxanı rayon Qeydiyyat Şöbəsi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyinizi məsləhət görür”. İş materiallarına əlavə edilmiş Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş 77/2067*0 nömrəli cavab məktubundan görünür ki, onun doğum akt qeydi Gürcüstanda aşkar edilməmişdir. Bu da onun doğumunun heç vaxt qeydiyyata alınmadığı anlamına gəlir. Bu səbəbdən də onun doğum faktının qeydiyyata alınması zərurəti yaranmışdır. Hazırda, doğulmağı faktını təsdiq edən heç bir sənədi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmir. Onun şəxsiyyətini və hər hansı bir ölkəyə vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün o həm də vətəndaşsızlıq vəziyyətinə düşmüşdür və heç bir dövlətin himayəsindən effektiv istifadə edə və vətəndaş kimi hüquqlarından yararlana bilmir. O, Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməni təqdim etməlidir ki, DMX onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat apara bilsin. Göründüyü kimi, onun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunmağı vacibdir. Bunun üçün o, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə doğulmağı faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim etməlidir. Lakin yuxarıda qeyd etdiyi səbəblərdən hazırda o, Qeydiyyat Şöbəsinə belə bir sənəd təqdim edə bilmir. Bu səbəbdən də onun doğum faktı həmin fakt məhkəmə qaydasında müəyyən olunduqdan sonra məhkəmənin qətnaməsi əsasında Qeydiyyat şöbəsi tərəfindən qeydə alına bilər. Doğum faktının qeydiyyata alınmaması doğum haqqında şəhadətnamə ilə təmin olunmamağına və nəticədə onun şəxsiyyəti təsdiq edən sənədi olmayan apatrid kimi yaşamağına səbəb olur ki, bu da onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, şəxsiyyəti təsdiq edən sənədi olmayan apatrid kimi başqa yerə getmək imkanından, sosial müdafiədən, dövlət xidmətlərinə çıxışdan və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Doğum faktının qeydə alınmaması və onun təsirləri onun üçün mənfi nəticələr doğurub və bu hal şəxsi və ailə həyatına müdaxiləyə bərabərdir.

Tərəflərin izahatları.

2*. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

23. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, onun nümayəndəsi məhkəmənin baxış iclasına gəlməmişdir. Lakin məhkəmənin hazırlıq iclaslarında maraqlı şəxsin nümayəndələri iştirak etmiş, ərizənin təmin edilməsinə etiraz etməmişlər. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə.

Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

25. Məhkəmə ərizəçinin vəkilinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

26. Belə ki, şahidlərin ifadələri, iş üzrə toplanmış və araşdırılmış digər sübutlar Ərizəçi xx.xx.*942-ci il tarixdə doğulması faktının müəyyən edilməsinə əsas verir.

27. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir.

28. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin *6.05.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 0*.03.200*-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası yalnız əvvəllər bu cür qeydlərin olmasını təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Ərizəçi şəxsiyyətini təsdiq edən sənəd və doğum haqqında şəhadətnamə olmadığı üçün qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyildir.

29. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

30. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Ərizəçi xx.xx.*942-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Muğanlı kəndində anadan olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır 3*. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*942-ci il tarixdə Gürcüstan Respublikasının, Dmanisi rayonunun, Muğanlı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar