Məhkəmə qərarları › İş №2(010)-4478/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4478/2025

21.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4478/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun işə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC iddiaçını qanunsuz şəkildə işdən azad etmişdir və onun həkimdən bir aylıq bülleten pulunu ödəməmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyinə müraciət etmiş, lakin heç bir nəticə verməmişdir. Qeyd edir ki, X7 Xidməti tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əmək müfəttişliyinin iştirakı ilə Cavabdeh MMC-yə sorğu göndərmiş, sorğuya cavab verilməmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaçının son bir illik hesablanan əmək haqqı barədə arayışı təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC üçün 2023-2024-cü illərdə işləmişdir. İddianın rədd olunmasını xahiş edir. İş materialları: Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025- 01575 nömrəli “X3 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və Seriya SN 00008 ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı ödənilməmiş pul tələbi barədə mediasiya işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri əhatə edən İddiaçı 521367******8039 nömrəli əmək haqqı kartı üzrə çıxarışdan görünür ki, onun hesabına xx.xx.2024-cü il tarixində 958.98 manat, xx.xx.2024-cü il tarixində 229.85 manat əmək haqqı kimi Cavabdeh MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri əhatə edən İddiaçı hesabdan çıxarışdan görünür ki, onun hesabına xx.xx.2023-cü il tarixində 639.24 manat, xx.xx.2023 – 150 manat, xx.xx.2023 – 891.23 manat, xx.xx.2023 – 50 manat, xx.xx.2023 – 877.26 manat, xx.xx.2023 – 877.26 manat, xx.xx.2023 – 100 manat, xx.xx.2023 – 877.26 manat, xx.xx.2023 – 945.2 manat, xx.xx.2023 – 915.6 manat, xx.xx.2023 – 1021.93 manat, xx.xx.2023 – 1123.93 manat, xx.xx.2023 – 1031.93 manat, xx.xx.2023 – 150 manat, xx.xx.2023 – 300 manat, xx.xx.2024 – 771.93 manat, xx.xx.2024 – 703.55 manat, xx.xx.2024 – 400 manat, xx.xx.2024 – 499.94 manat, xx.xx.2024 – 227.51 manat, xx.xx.2024 – 728.84 manat, xx.xx.2024 – 100 manat, xx.xx.2024 – 1170 manat, xx.xx.2024 – 100 manat, xx.xx.2024 – 958,98 manat əmək haqqı kimi Cavabdeh MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilən Ambulator Kitabçadan (xəstəlik tarixindən) 083468 nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində xroniki sayıqlama pozuntusu xəstəliyi diaqnozu qoyulmuşdur. Cavabdeh MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 13-18/2x-56/2024 nömrəli xəbərdarlıqdan görünür ki, İddiaçı onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixində bitdiyi və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq həmin müqavilənin uzadılmayacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin vətəndaş İddiaçı ünvanladığı 3-17-5/2-H- 42557/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC-nin işəgötürəninin arasında əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli bildirişin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsaslanaraq qüvvədən salındığı əmək haqqı bank çıxarışından 229.85 manat pul vəsaitinin əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin 44 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən ******* nömrəli xx.xx.2024-cü il tarixli Əmək Qabiliyyətinin olmaması vərəqəsi surətindən görünür ki, İddiaçı müalicə ilə əlaqədar xx.xx.2024- xx.xx.2024-cü il, xx.xx.2024xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə işdən azad edilmişdir. Cavabdeh MMC-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-18/3-2-889/2024 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin Marşrut xətlərinin idarə edilməsi şöbəsinin avtobus sürücüsü İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş, maliyyə və mühasibatlıq şöbəsinə İddiaçı son haqq-hesabı hesablanarkən xx.xx.2024-xx.xx.2025-ci il iş ilinə görə istifadə edilməyən 6.13 gün məzuniyyət gününün hesabının ödənilməsinin təmin edilməsinin bildirilməsi əmr edilmişdir. Cavabdeh MMC tərəfindən verilən əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı verilmiş (ələ alınan) məbləğlər aşağıdakı kimidir: iyun 2023 – 977.26 manat, iyul 2023 – 945.2 manat, avqust 2023– 915.6 manat, sentyabr 2023 – 1021.93 manat, oktyabr 2023 – 1123.93 manat, noyabr 2023 – 1031.93 manat, dekabr 2023 - 1221.93 manat, yanvar 2024 – 1529.07 manat, fevral 2024 – 1030.77 manat, mart 2024 – 1270 manat, aprel 2024 – 1058.98, may 2024 – 229.85 manat. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı əmək haqqından 22.66 manat ümumi ziyan məbləğindən 20 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı əmək haqqından 388.34 manat ümumi ziyan məbləğindən 100 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı əmək haqqından 127.79 manat ümumi ziyan məbləğindən 30 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı əmək haqqından 55.93 manat ümumi ziyan məbləğindən 20 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı əmək haqqından 158.42 manat ümumi ziyan məbləğindən 45 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir. İş materiallarında olan 891 nömrəli xx.xx.1971-ci il təvəllüdlü İddiaçı məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2023-cü ildə Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü ildə müddətli əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43. Əmək müqaviləsinin məzmunu

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.[68]

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ...b) əmək müqaviləsinin müddətinin qurtarması;... Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları Qeyd: ...Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə İİ. X2 X5

6. Sığortaolunanların X2 itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə X2 X5 almaq hüquqları vardır. Bu hüquq X2 itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. X2 itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. X2 itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, X2 itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. X2 itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, X2 itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərar.

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin.

2. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı 891 nömrəli əmək kitabçasına əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi müddətinin qurtarmasına görə əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qeyd edir ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 13-18/3-2-889/2024 nömrəli Əmr verilmiş və Cavabdeh MMC-nin Marşrut xətlərinin idarə edilməsi şöbəsinin avtobus sürücüsü İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İddiaçı Cavabdeh MMC-nin işəgötürəni tərəfindən qanunsuz şəkildə işdən azad edildiyini iddia edərək, məhkəmədən işə bərpa olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında tərəflərin razılığı müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilə bitməmiş öncə, işçiyə məlumat verilmişdir ki, müddəti bitdikdən sonra onunla müqavilə uzadılmayaqdır. Eyni zamanda, iş materiallarından da göründüyü kimi, tərəflərin əmək müqaviləsi üzrə münasibətləri xx.xx.2023-cü il tarixindən başlamış və xitam məqamına 5 illik həddini keçməmişdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da göstərilən kimi, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək müqavilələri sərbəst surətdə bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslanır və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Hazırkı halda bağlanmış müddətli əmək müqaviləsinin uzadılması işəgötürənin sərbəst hüququdur və bu hüquqların həyata keçirilməsinə və vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Belə olan halda, işə bərpa olunamsından söhbət gedə bilməz. Eyni zmanada, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənişləri edilirdi. İddia ərizəsinin əsaslandırma hissəsində iddiaçı qeyd etmişdir ki, cavabdeh onun həkimdən bir aylıq bülleten pulunu ödəməmişdir. Lakin, nəzərə alınmaıdır ki, yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə müvafiq olaraq, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. İş materiallarından görünür ki, 2024-cü ilin aprel-may aylarında işçi, cavabdehin təqsiri olmadan, əmək qabiliyyətini müvəqqəti itirmişdir və 14 gün üçün işəgötürən-cavabdeh müvafiq ödənişləri etmişdir. Qalan müddət üçün müavinətin ödənilməsi üzrə işəgötürən vəzifə daşımadığından, bu hal onun məsuliyyət dairəsinə aid olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. İddia rədd edildikdən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alındığından, hazırki iş üzrə ödənilməmiş dövlət rüsumu tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü, 357-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar