Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-45/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin 2/3-dən çıxarılması, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin sökülməsi, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, həmçinin cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girməyin qadağan edilməsi. İddia tələbinin dəlliləri İddiaçı yaşadığı evin qarşısında mülkiyyət hüququ ilə ona məxsus ümumi sahəsi 0,0290 kv.m olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi 53-də yerləşən torpaq sahəsi vardır. Həmin torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, həmin torpaq sahəsini cavabdehlər hasara alımış və faktiki olaraq öz mülkiyyətləri kimi istifadə edir və etməkdədirlər. Cavabdehlərlə həmin torpaq sahəsinin könüllü olaraq boşaldılması və iddiaçıya qaytarılması barədə dəfələrlə söhbəti olmuş, lakin onlar iddiaçının tələbini heç bir səbəb göstərmədən qəbul etməmiş və bu səbəbdən uzun müddətdir ki, aralarında mübahisə davam etməkdədir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuş və mülkiyyət hüquqlarından məhrum olmuşdur. Ona görə də hesab edir ki, pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün cavabdehlərin Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2021-ci il tarixdə ********** saylı çıxarışla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən çıxarılmaları haqqında qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı bildirdi ki, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin 2/3 hissəsi onun mülkiyyətində olan torpaqdır. Onlar həmin torpaq sahəsini zəbt etmiş və hasarlamışlar. O qeyd etdi ki, bundan öncə cavabdehlərlə aralarında olan mübahisə hazırki mübahisəli torpaq sahəsi ilə bağlı deyil. Həmin mübahisə cavabdehlərin yaşayış evinə gedən yolla bağlı idi. Əvvəlki məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı cavabdehlərə qarşı əvvəllərdə iddia ilə məhkəməyə müraciət etmiş, iş üzrə çıxarılmış rayon, Bakı Apellyasiya məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları vardır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı adına yaşayış məntəqələrinin torpaqları təyinatı olaraq 0.029 ha xüsusi mülkiyyətinə keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən tanıdılmış cavabdehlərin istifadəsində olan ümumi hasarlanmış torpaq sahəsinin daxilində yerləşən sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə uyğun gəlir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi, cavabdehlərin istifadəsində olan ümumi hasarlanmış torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/3778 saylı rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən tanıdılmış cavabdehlərin istifadəsində olan ümumi hasarlanmış torpaq sahəsinin daxilində yerləşən sahəsinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə uyğun gəldiyi müəyyən edildi. 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin, cavabdehlərin istifadəsində olan ümumi hasarlanmış torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edildi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 290 kv.m torpaq sahəsi cavabdehlər tərəfindən daş hasarla bərkidilmiş 556 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/8228 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elxan Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 290 kv.m torpaq sahəsi cavabdehlər tərəfindən daş hasarla bərkidilmiş 556 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə olunur). Suraxanı rayon məhkəməsinin 2(010)-117/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarına olan müdaxilənin qarşısının alınması, maneələrin aradan qaldırılması, qanunsuz zəbt dilmiş torpaq sahəsinin azad edilməsi və cavabdeh tərəfindən qanunsuz olaraq yol kimi istifadə edilən həyətyanı torpaq sahəsindən cavabdehin istifadəsinin məhdudlaşdırılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1303/218 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-117/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 84
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşin faktiki halları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən cavabdehlər Əliyeva Fəxriyə və Cavabdeh2 çıxarılmasını, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin sökülməsini, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsini, həmçinin cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girməyin qadağan edilməsini tələb edir. Cavabdeh Əliyeva Fəxriyə iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, tərəflər arasında artıq məhkəmə mübahisəsi olmuş, həmin torpaq sahəsindən onların istifadəsinə icazə verilmişdir. Digər cavabdeh məhkəməyə gəlmədiyindən onun mübahisə ilə bağlı fikrini öyrənmək mümkün olmamışdır. İddiaçı cavabdeh tərəfindən etirazının dəlilinə münasibətdə bildirir ki, əvvəlki məhkəmə mübahisəsi cavabdehlərin yaşayış evlərinə gedən yol ilə bağlı idi, hazırki mübahisəli torpaq sahəsinə aidiyyəti yoxdur. Cavabdehlərin istifadəsində olan torpaq sahəsinin onlara ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir.
Məhkəmənin mövqeyi Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən isitifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş Konstitutsion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir. Normaların tələblərinə nəzər saldıqda görünür ki, bu iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə hər iki hal mövcuddur. Yəni, iddiaçının mülkiyyətində torpaq sahəsi var. Eləcə də, hazırki mülki iş üzrə iş materiallarında olan mütəxəssis, ekspert rəylərinə əsasən, eləcə də yerli baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 290 kv.m torpaq sahəsi cavabdehlərin faktiki istifadəsində olan 556 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsi daş hasarla örtülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı vindikasiya barədə tələbi (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi) əsaslıdır. Məhkəmə cavabdeh tərəfin “tərəflər arasında artıq məhkəmə mübahisəsinin olması, həmin torpaq sahəsindən onların istifadəsinə icazə verilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-117/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarına olan müdaxilənin qarşısının alınması, maneələrin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin azad edilməsi və cavabdeh tərəfindən qanunsuz olaraq yol kimi istifadə edilən həyətyanı torpaq sahəsindən cavabdehin istifadəsinin məhdudlaşdırılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehin tikib yaşadığı evin arxa tərəfi sıldırım qaya olduğu üçün ancaq həmin yol vasitəsilə ilə gediş-gəliş mümkün olduğundan iddiaçı darvaza qoyduğu təqdirdə yol tamamilə bağlanacaqdır və bu da cavabdehlərin yaşadığı evə gedib gəlməsini tamamilə məhdudlaşdıracaqdır. İddiaçı tərəfindən açılmış yoldan başqa qonşular da istifadə etdiyindən həmin yol ictimai yoldur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçının torpaq sahəsindən keçən yoldan istifadəsinə məhdudiyyət qoyula bilməz. Beləliklə, məhkəmə müəyyən edir ki, cavabdeh tərəfin istinad etdiyi əvvəlki mülki iş zamanı iddiaçı, cavabdehlərin hazırki mülki iş üzrə mübahisəli torpaq sahəsindən deyil, cavabdehlərin evinə gedən yoldan istifadəsinin məhdudlaşdırılmasını tələb etmişdir. Hazırda mübahisələndirilən torpaq sahəsi isə cavabdehlərin yaşadığı evə geden və əvvəlki məhkəmə mübahisəsi ilə cavabdehlərin istifadəsi qanuni hesab edilən yolun solunda yerləşir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin 2/3 hissəsinin boşaldılmasını istəyir, lakin məhkəmə baxışı zamanı cavabdehlərin faktiki istifadəsində olan 556 kv.m torpaq sahəsindən 290 kv.m sahənin iddiaçının mülkiyyətində olması müəyyən edilmişdir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən iş üzrə mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İş üzrə ekspertiza tədqiqatinın dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan 0,0290 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililər cavabdehlər tərəfindən və ya onların hesabına sökülməli, həmin torpaq sahəsi iddiaçının sahibliyinə və istifadəsinə verilməli, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girmək qadağan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan 0,0290 ha torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililər cavabdehlər tərəfindən və ya onların hesabına sökülsün, həmin torpaq sahəsi iddiaçının sahibliyinə və istifadəsinə verilsin, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girmək qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza tədqiqatinın dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova