Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4521/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X9 Məmmədovun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun qızlıq soyadı ilə X* xx xxxxxx *966-cı ildə Ermənistanın Amasiya rayonunun Göllü kəndində atası X5, anası X7 olması göstərilməklə doğumunun qeydə alınması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx *966-cı ildə Ermənistanın Amasiya rayonunda Göllü kəndində doğulmuş, doğumu orada qeydiyyata alınmışdır. *6.*2.*983-cü ildə X2 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ərinin soyadını götürmüş və hazırda soyadı Qəhrəmanova kimi şəxsiyyət vəsiqəsində göstərilmişdir. Uşaq vaxtından valideynlərilə birlikdə Ermənistandan Azərbaycana köçüb gəlmiş, gələndə də bütün sənədləri gətirmiş, lakin 2020-ci ildə özünə məxsus olan nikah haqqında şəhadətnaməsini, doğum haqqında şəhadətnaməni, şəxsiyyət vəsiqəsi, ərinə məxsus olan təqaüd kartını, elektron kartını itirmiş, bununla bağlı polisə müraciət etsə də sənədlərinin tapılması mümkün olmamışdır. Nikah haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəni yenidən ala bilsə də, doğum haqqında şəhadətnaməni ala bilməmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi ona bu barədə imtina cavabı vermişdir. Doğum haqqında şəhadətnamənin alınması ona valideynlərilə, bacı və qardaşı ilə qohumluq əlaqələrini təsdiq edilməsi, həqiqətən də doğulduğu yeri və vaxtın təsdiq edilməsi üçün vacibdir. Belə ki, məhz doğum haqqında şəhadətnamədə onun valideynləri – ata və anası haqqında məlumatlar (adları, soyadları, ata adları) tam göstərilir. Başqa sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində belə məlumatlar öz əksini tapmır. Doğum haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Ərizəçi qardaşıdır və həqiqətən də o qeyd olunan tarixdə anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, Ərizəçi anasıdır və o qeyd olunan tarixdə doğulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Suraxanı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*966-cı il tarixdə anadan olmuşdur. - AZ-İ 03*899 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə xx xxxxxx *966-cı ildə Ermənistanın Amasiya rayonunun Göllü kəndində anadan olan X4 *6.*2.*983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada Qəhrəmanova soyadı verilmişdir. - Suraxanı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, doğum haqqında şəhadətnamənin bərpa olunması üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı işdə proses iştirakçılarının izahatlarından və işin hallarından məlum olur ki, Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarının müvafiq qeydiyyatı aparılmışdır. Ərizəçinin qeyd etdiyi tarixdə qızlıq soyadı Bayramova olmaqla anadan olması işə əlavə edilmiş sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Eləcə də, ərizəçinin valideynlərinin X5 və X7 olması da işin məhkəmə tərəfindən araşdırılan halları ilə öz təsdiqini tapır. Məhkəmə, onu da nəzərə alır kı, ərizəçi Ermənistan Respublikasından qaçqın düşmüşdür və məlum səbəblərə görə arxiv məlumatlarının əldə edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi qızlıq soyadı ilə X* xx xxxxxx *966-cı ildə Ermənistanın Amasiya rayonunun Göllü kəndində atasının X5, anasının X7 olması göstərilməklə doğumunun qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4521/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4521/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver