Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4523/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*8 qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçinin tələbi. *. Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun XX.XX.*942-ci ildə Ermənistan Amasiya rayonu, Düzkənd kəndində anadan olmasına dair doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında X*4, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında isə X3, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.
2. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək bildirdi ki, anasının doğum haqqında şəhadətnaməsi itmişdir. O, hər-hansı işlə məşğul olduqda övladı olduğu üçün şəhadətnamə tələb edirlər, lakin itdiyi üçün heçnə təqdim edə bilmir. Nənəsinin sənədləri onun dayısının evində idi, lakin sonradan dayısı vəfat etdiyi, evləri isə plana düşdüyü üçün uşaqları evdən ayrıldılar və ev dağıdıldı. Bu səbəbdən sənədləri tapmaq mümkün olmadı. İşlə əlaqəli bütün sübutları təqdim edib və hadisəyə şahidlik edəcək kimsə olmadığı üçün şahid təqdim edə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
İş materialları.
4. İİ-СЛ seriyalı 5*6849 №-li pasportun surətindən görünür ki, Ərizəçi XX.XX.*942-ci il tarixdə Ermənistan Respublikası (Ermənistan SSR), Amasiya rayonu, Düzkənd kəndində doğulmuşdur.
5. Suraxanı RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi XX.XX.*942-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur.
6. 29.06.*966-cı il tarixdə verilmiş İ-ЗЖ seriyalı *48*03 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X4 arasında 29.06.*966-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında 29.06.*966-cı il tarixdə 5 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra kişiyə Namazov, arvada Namazova soyadı verilmişdir.
7. 24.*0.*967-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı *067237 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*0 23.*0.*967-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 24.*0.*967-ci il tarixdə 86 nömrə ilə qeydiyyat aparılmışdır. X2 oğlu, anası Ərizəçidır.
8. *3.05.*97*-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı *06808 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*2 02.05.*97*-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında *3.05.*97*-ci il tarixdə 27 nömrə ilə qeydiyyat aparılmışdır. X2 oğlu, anası Ərizəçidır.
9. 23.*0.*973-cü il tarixdə verilmiş İ-СЛ seriyalı 349323 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 20.09.*973-cü il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 23.*0.*973-cü il tarixdə 29 nömrə ilə qeydiyyat aparılmışdır. X2 oğlu, anası Ərizəçidır. *0. 20.02.*976-cı il tarixdə verilmiş İİ-СЛ seriyalı 045330 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə xx.xx.*976-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20.02.*976-cı il tarixdə 4 nömrə ilə qeydiyyat aparılmışdır. X2 oğlu, anası Ərizəçidır. **. 29.09.*978-ci il tarixdə verilmiş İİ-СЛ seriyalı 339335 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X** *0.08.*978-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 29.09.*978-ci il tarixdə 22 nömrə ilə qeydiyyat aparılmışdır. X2 oğlu, anası Ərizəçidır.
İşin faktiki halları.
*2. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Ərizəçi XX.XX.*942-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Düzkənd kəndində doğulmuşdur. X5, anası X*r. Sadəcə olaraq ərizəçi Ermənistan Respublikasından Azərbaycan Respublikasına gələn zaman ona məxsus doğum haqqında şəhadətnaməni itirmiş və həmin qeydlər mövcud olmadığından hazırda qeydlərin bərpası mümkün olmur.
Tətbiq edilən hüquq.
*3. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarı.
4. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi.
*6. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır. *7. Ərizəçi anasının doğum haqqında şəhadətnaməsinin dayısının evləri plana düşən və sökülən zaman naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirilmişdir. *8. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Bu səbəbdən ərizə haqlı olaraq məhkəməyə müraciət etmişdir və ərizəsi əsaslıdır. Beləliklə, Ərizəçi XX.XX.*942-ci ildə Ermənistan Respublikası (Ermənistan SSR), Amasiya rayonu, Düzkənd kəndində doğulması, atasının X*4, anasının X3, milliyətlərinin azərbaycanlı olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün tələb olunur. Məhkəmə, onu da nəzərə alır kı, ərizəçi Ermənistan Respublikasından qaçqın düşmüşdür və məlum səbəblərə görə arxiv məlumatlarının əldə edilməsi mümkün deyildir.
Məhkəmə xərcləri.
*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 2*. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi XX.XX.*942-ci ildə Ermənistan Respublikası (Ermənistan SSR), Amasiya rayonu, Düzkənd kəndində doğulması haqqında akt qeydi bərpa edilməli, Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X*4, milliyyəti olaraq azərbaycanlı, ana qrafasında X3, milliyyəti olaraq azərbaycanlı yazılmalıdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3**-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi XX.XX.*942-ci ildə Ermənistan Respublikası (Ermənistan SSR), Amasiya rayonu, Düzkənd kəndində doğulması haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X*4, milliyyəti olaraq azərbaycanlı, ana qrafasında X3, milliyyəti olaraq azərbaycanlı yazılsın. Qətnamə Ərizəçi XX.XX.*942-ci ildə Ermənistan Respublikası (Ermənistan SSR), Amasiya rayonu, Düzkənd kəndində doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.