Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-454/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) «doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi xx.xx.1952-ci ildə Ermənistan Respublikası Zəngibasar rayonunda anadan olmuş, X2, anası isə X8 olan Ərizəçi doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi Ərizəçi xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olmuşdur. X2, anası isə X4r. Valideynlərinin başqa uşaqları da vardır. Onlar Ermənistandan qaçqın düşən zaman doğum haqqında şəhadətnaməsi yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı hara müraciət etsə də dublikat doğum haqqında şəhadətnamə ala bilməmişdir. Onun xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olma faktını şahidlər də təsdiq edə bilərlər. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmiş və bu barədə imtina məktubunu təqdim etmişlər. Onun gələcəkdə sənədləşmə işlərində də doğum haqqında şəhadətnaməyə ehtiyacı olacaqdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Ərizəçi bacısıdır. X2, anası isə X4r. Özü də doğum haqqında şəhadətnaməsini məhkəmə qətnaməsi əsasında almışdır. Qardaşı xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunun Dəmirçi kəndində anadan olmuşdur. Ermənistan Respublikasından qaçqın düşən zaman qardaşı Bağırın doğum haqqında şəhadətnaməsinin bir hissəsi özündə, qalan hissəsi isə orada qalmışdır. Hazırda qardaşı Bağıra məxsus doğum haqqında şəhadətnamə yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Ərizəçi bacısıdır. X2, anası isə X4r. Özü də doğum haqqında şəhadətnaməsini məhkəmə qətnaməsi əsasında almışdır. Qardaşı xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunun Dəmirçi kəndində anadan olmuşdur. Ermənistan Respublikasından qaçqın düşən zaman qardaşı Bağırın doğum haqqında şəhadətnaməsinin bir hissəsi özündə, qalan hissəsi isə orada qalmışdır. Hazırda qardaşı Bağıra məxsus doğum haqqında şəhadətnamə yararsız vəziyyətə düşmüşdür. İş materialları Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 arasında nikah xx.xx.1978-ci ildə bağlanmışdır. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X7 xx.xx.2002-ci ildə ölmüşdür. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X8 xx.xx.2000-ci ildə ölmüşdür. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Ərizəçi ünvanlamış məktubundan görünür ki, Ərizəçi Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş, doğum Ermənistanda qeydə alınmış və doğum haqqında şəhadətnaməni itirmışdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Ərizəçi ünvanlamış məktubundan görünür ki, Bağırov Rza xx.xx.1952-ci ildə Ermənistan Respublikası, Zəngibasar rayonu, Dəmirçi kəndində anadan olmuş, doğum Ermənistanda qeydə alınmış və doğum haqqında şəhadətnamə yararsız vəziyyətdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsini tövsiyə edir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1967-ci il tarixdə doğulmuş, X1 və X4r. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-4173/2024 saylı qətnaməsindən görünür ki, ərizəçi X6 xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dəmirçi kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmiş, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı «Bağırova», adı «Məsmə», ata adı «Rza», doğum tarixci «xx.xx.1962-ci il», milliyyəti «azərbaycanlı», doğum yeri «Ermənistan Respublikası, Masis rayonu, Dəmirçi kəndi», ata qrafasında «X7, milliyyəti azərbaycanlı» ana qrafasında «X8, milliyyəti azərbaycanlı» kimi qeydiyyat aparılması, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməsi qət edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1962-ci ildə Ermənistan Respublikası Zəngibasar rayonunun Dəmirçi kəndində doğulmuşdur. X1 və X4r. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1967-ci ildə Ermənistan Respublikası Zəngibasar rayonunda doğulmuşdur. X1 və X4r. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikasının Ailә Mәcәllәsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin xx.xx.2001-ci il tarixli qәrarı ilә tәsdiq edilmiş “Vәtәndaşlıq vәziyyәti aktlarının qeydindә dәyişiklik, bәrpa vә lәğv qaydalarını müәyyәn edәn әsas müddәalar”. İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.
“Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsinә dair işlәr üzrә mәhkәmә tәcrübәsinin bәzi mәsәlәlәri haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qәrarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Mәhkәmәnin mövqeyi Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi, özünün xx.xx.1952-ci il tarixində Ermənistan Respublikası Zəngibasar rayonunda (atası- X7, anası- X8 göstərilməklə) doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini istəyir. Belə ki, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə yararsız vəziyyətə düşmüşdür. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi doğum haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat orqanına müraciət etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd olmadığından, onun müraciətindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında Ərizəçi həqiqətən də atası qrafasında X7, anası qrafasında X8 göstərilməklə xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda doğulması barədə qeyd aparılmasına kifayət qədər sübut vardır. Belə ki, ərizəçi yararsız halda olan doğum haqqında şəhadətnaməsinin qalıq hissəsini məhkəmə təqdim etmişdir. Bundan başqa Ərizəçi məxsus şəxsiyyət vəsiqəsi var. Həmin rəsmi sənəddə ərizəçi Ərizəçi xx.xx.1952-ci ildə Zəngibasar rayonunda doğulması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən tələb edilən sənədlərdən biri də onun doğum haqqında şəhadətnaməsidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin doğum aktı qeydə alınmış, lakin sonradan məcburi köçkünlük dövründə bu qeydiyyatı təsdiq edən sənəd yararsız vəziyyətə düşmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən hüquqi fakt təsdiq edilməlidir.
Mәhkәmәnin gәldiyi nәticә Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda (ata qrafasında X7, ana qrafasında X8 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda (ata qrafasında X3, ana qrafasında X8 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sәdrlik edәn Rübabә Qafarova