Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4548/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Hüseynova (Mehdiyeva) Sevinc Əlisəfa qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Hüseynova (Mehdiyeva) Sevinc Əlisəfa qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Hüseynova (Mehdiyeva) Sevinc Əlisəfa qızının ünvan 1 58 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Hüseynova (Mehdiyeva) Sevinc Əlisəfa qızı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ona görə də işə onun iştirakı olmadan baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 58 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil xx.xx.2007-ci il tarixdə onun adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyata aldırıb, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X2 almışdır. Çıxarışa əsasən sözü gedən mənzil xüsusi mülkiyyət hüququ kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində 397 saylı reyestr kitabının 36984 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh olan Hüseynova (Mehdiyeva) Sevinc Əiisəfa qızı onun qızıdır. O, ailə həyatı qurmuş və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B Y/S , ev 8, 58 saylı mənzildən köçmüşdür. Cavabdeh həmin mənzildə yaşamamasına baxmayaraq, rəsmi qeydiyyatı onun mənzilimdə qalmışdır. Hal-hazırda cavabdeh öz həyat yoldaşının evində yaşayır. Cavabdeh Hüseynova (Mehdiyeva) Sevinc Əiisəfa qızı ünvan 1 58 saylı məzildən qeydiyyatdan çıxmasına etiraz etmir. Bu barədə onun Bakı şəhəri 24 saylı notariat kontorunda təsdiqlənmiş ərizəsi də vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, izahatları dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində 67 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 58 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 397 nömrəli reyestr kitabının 36984 nömrəli vərəqində qeydiyyata alınmışdır. 68 saylı MKİS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 839 №-li arayışdan görünür ki, X1 ünvan 1 mənzil 58 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, Cavabdeh qeydiyyatda olduğu İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 58 saylı mənzilin satılmasına, mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. X1 tərəfindən xx.xx.2020-ci il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, X1 mülki iş üzrə iddia tələbini tam qəbul edir və onun ünvan 1 mənzil 58 ünvanından istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsinə razıdır. Cavabdehin iddianı etiraf etməsinə baxmayaraq, məhkəmə hazırkı mübahisənin düzgün həlli üçün cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub-olmaması məsələsinin həllini vacib sayır. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2005-ci il tarixli Qanun ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. (xx xxxxxx 2005-ci il tarixdən qüvvəyə minib) Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddənin mənasına görə, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideyni və uşaqlarının onun bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il Qərarında deyilir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Hazırkı işdə iddiaçı cavabdehin mübahisəli mənzildə əvvəllər yaşadığını, lakin, ailə həyatı qurması ilə əlaqədar oranı tərk etməsini bildirir. Belə olan halda, yuxarıdakı qanunvericilik aktlarının da müəyyən etdiyi qaydalar görə cavabdehin mübahisəli evdən istifadə hüququ yaranıb. Bununla belə, cavabdeh özü də istifadə hüququna xitam verilməsinə razılıq verdiyi üçün, iddia təmin edilməlidir. Qanunvericilik mülkiyyətçinin tələbi ilə istifadə hüququna xitam verilməsinin iki yolunu nəzərdə tutur: 1. Müvafiq kompensasiya verməklə; 2. Kompensasiya verilmədən. Hazırda xüsusi mülkiyyətdə olan mənzil istifadəçisinin bu hüququna kompensasiya verilməklə xitam verilməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə tənzimlənir. Həmin normaya əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericilik eyni zamanda şəxsin yaşayış sahəsinə köçürülməsi üçün zəruri ehtiyacın olmasını şərt kimi nəzərdə tutur. Bu o deməkdir ki, şəxsin yaşayış sahəsindən istifadə hüququ əvvəllər yaranmış olsa belə, sonra bu ehtiyac aradan qalxıbsa, istifadə hüququ da aradan qalxır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırkı işdə iddiaçı cavabdehin ailə həyatı quraraq, başqa yaşayış sahəsinə köçdüyünü, bununla da mübahisəli sahədən istifadə ehtiyacının aradan qalxdığını iddia edir. Belə olan halda, hətta iddiaçı iddianı etiraf etməsə belə, onun bu hüququna kompensasiya vermədən xitam verilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2.-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3.-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı işdə cavadehə qarşı yönəlmiş iddia üçüncü şəxslərin hər hansı hüquq və ya mənafeyinə təsir etmədiyindən, birbaşa onunla bağlı olduğundan, iddianın etiraf edilməsi də yalnız onun üçün hüquqi nəticələr yaratdığından, məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Hüseynova (Mehdiyeva) Sevinc Əlisəfa qızının ünvan 1 mənzil 58 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4548/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4548/2020
16.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver