Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4561/2022 22.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı Babayeva Səbı̇ yyə Ramı̇ z qızının cavabdehlər Cavabdeh1 Vaqı̇ f oğlu və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Babayeva Səbı̇ yyə Ramı̇ z qızı cavabdehlər Cavabdeh1 Vaqı̇ f oğlu və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və xx.xx.2014-cü il təvəllüdlü övladı X3 cavabdehlərin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 20, mənzil 75-ə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
2. Cavabdehlər Cavabdeh1 Vaqı̇ f oğlu və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, həyat yoldaşı ilə 2012-ci ildə dini nikahla ailə qurmuş və 2014cü ildə bir qız övladları dünyaya gəlmişdir. Cavabdehlərdən Məlahət yoldaşının ilk evliliyindən olan həyat yoldaşı, Səxavət isə onların oğludur. Məlahət ilə yoldaşı arasında da rəsmi nikah olmayıb. Onlar ailə qurduqdan sonra 2012-ci ildə həm yataqxanada, həm də qaynanasına məxsus evdə yaşayırdılar. Onlar ailə quran zaman artıq qaynanası vəfat etmişdi. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quliyev küçəsi ev 75 onun qaynanasının evidir. Həmin ev orderlə alınıb, hazırda order baldızında, baldızı isə Türkiyədədir. Həmin ev dördotaqlıdır, 1 otaq yoldaşı ilə onun, 1 otaq böyük baldızının, bir otaq Türkiyədə olan baldızının, bir otaq isə cavabdehlərin idi. Yataqxanadakı evləri 2019- 2020-ci ildə plana düşmüş və oradan verilən pul ilə yoldaşının makler dostu vasitəsi ilə hazırda yaşadıqları evi tikmişlər. Həmin ev onun adınadır və çıxarışı olmasa da, bələdiyyə tərəfindən verilmiş sənədi var. Yoldaşı 2021-ci ilin avqust ayında vəfat etmişdir. Yoldaşının vəfatından 40 gün keçməmiş Məlahət onun əşyalarını çölə atmış, onu evdən çıxartmışdır. Qızı məktəbə gedir və məktəb qaynanasının evinə yaxındır. Bu səbəbdən özü köçürülməsə belə, qızının həmin evə köçürülməsini və uşağının öz haqqını almasını istəyir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin ev qaynanasının adınadır və order ilə alınıb. Evə dair heç bir sənəd onda yoxdur. Onlar əvvəllər baldızları ilə birlikdə yaşayırdılar, lakin sonradan baldızları Türkiyəyə çıxıb getmişlər. O, yoldaşı ilə birlikdə həmin evdə yaşayırdı. Hazırda həmin evdə o, baldızı, onun qızı, uşaqları və nəvələri qeydiyyatdadırlar. O, sonradan yoldaşının başqası ilə münasibəti olduğunu öyrənmişdir. İddiaçı əvvəl anası ilə yataqxanada qalırdı, sonra onun anası vəfat etmiş, yataqxana isə dağıdılmışdır. Kompensasiya kimi isə onlara 38000 manat məbləğində pul verilmişdir. O, sonradan Hövsan kəndində ev almış və ev tikdirmişdir. Hazırda evi və torpağı var və heç vaxt mübahisəli evdə yaşamayıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
5. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 Vaqı̇ f oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, əsgərlikdən gəldikdən sonra atasının başqa övladı olduğunu, iddiaçı ilə birlikdə qaldığını öyrənmişdir. Hövsandakı evdə anası ilə o qalırdı, atası isə nadir hallarda evə gəlirdi. Evin sənədləri bibilərindədir, bibiləri isə 15 ildən çoxdur ki, o evə gəlib-getmirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İş materialları.
6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, № 199580 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 983 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, № 680373 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 797 nömrə ilə qeyd edilmişdir. X2, anası İddiaçıdır.
İşin faktiki halları
8. X1 ilə İddiaçı arasında faktiki nikah münasibətlərinin olması, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 doğulması, tərəflərin izahatlarına əsasən iddiaçının özünə məxsus evinin olması və hazırda Hövsan kəndində yerləşən həmin evdə uşağı ilə birlikdə yaşaması işin mübahisəsiz halıdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
12. Milli qanunvericilik mənzilə köçürmə tələbi ilə bağlı iddialarda bir neçə məsələnin araşdırılmasını zəruri hesab edir. Belə ki, iddiaçının mübahisəli mənzilə və onun mülkiyyətçi və ya faktiki sahibinə münasibətdə hansı statusda olmasından asılı olaraq, tətbiq ediləcək maddi hüquq normaları seçilir. Bununla yanaşı, şəxsin köçürülməsini tələb etdiyi mənzildən istifadə hüququnun yaranmış olması və ya şəxsin bilavasitə özünün və ya birgə təsərrüfat apardığı ailə üzvləri ilə birlikdə inşa etdiyi və ya dövlətə məxsus olsa da, orada uzun müddət yaşamaqla, yeganə yaşayış yeri kimi mənzil şəraitinin qurulması halının mövcudluğu bu cür iddianı təmin etmə üçün əsas ola bilər. İddiaçı cavabdehlərlə qohumluq əlaqələrinin olmasına istinad edərək, mübahisəli evdən istifadə hüququnun yarandığını bildirir. Mənzil qanunvericiliyində və mülki qanunvericilikdə istifadə hüququnun yaranması ilə bağlı konkret əsaslar mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. … Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə, qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ogey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı).
13. Hazırkı işdə cavabdehlər iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyillər. Bu səbəbdən də iddiaçının yuxarıdakı normalarda nəzərdə tutulmuş əsaslarla mübahisəli mənzildən istifadə hüququ yaranmayıb.
14. Göründüyü kimi, iddiaçı mübahisəli yaşayış yerinə köçürülməsini tələb etsə də, bu tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.