Məhkəmə qərarları › İş №2(010)-4581/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4581/2020

03.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4581/2020 03.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X4nın xx.xx.1975-ci il tarixində Ermənistan Respublikasının Amasya rayonunun Mağaracıq kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi məhkəməyə ərizəsini dəqiqləşdirərək məhkəmədən X4nın xx.xx.1975-ci il tarixində Ermənistan Respublikasının Amasya rayonunun Mağaracıq kəndində doğulması faktının müəyyən edilməklə onun doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edimişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 xx.xx.1975-ci il tarixində Ermənistan Respublikasının Amasya rayonunun Mağaracıq kəndində anadan olmuşdur. 1988-ci ilin sonunda Ermənistanda azərbaycanılılara qarşı başlamış məlum milli münaqişə ilə əlaqədar ailəsi ilə birlikdə Ermənistan Respublikasını məcburi olaraq tərk edərkən ailəlikcə bir sıra sənədləri, o cümlədən X4na aid onun doğum haqqında şəhadətnaməsini özü ilə götürə bilməmişdir. X4 hərbçi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq 2-ci dərəcəli əlil olduğundan ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-5427/2014-cü il tarixli qətnaməsi ilə 6600 manat məbləğində sığorta ödənişi verilməsi qət edilmişdir. X7 xx.xx.2016-cı il tarixində ölmüş və həmin sığorta məbləğini almaq üçün doğum faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar AR Ədliyyə Nazirliyi VVAQ Şöbəsinə müraciət etmişdir. Ona bildirmişlər ki, Ermənistan Respublikasında tərtib edilmiş X2 reyestr xidmətinin arxivində saxlanmadığından qızı Sevil Abbasovanın doğumuna dair məlumat verilməsi mümkün deyil. Odur ki, həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Halhazırda qızının doğum haqqında şəhadətnaməsinin olmaması ona vərəsəlik məsələsinin həllində maneçilik törədir. Göründüyü kimi doğum faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək qeyd etdi ki, X4 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının, Amasya rayonunun, Mağaracıq kəndində doğulmuşdur. Doğulduğu vaxt doğum haqqında akt qeydi aparılmış olsa da sonradan oradakı bütün azərbaycanlılar məcburi olaraq bölgədən çıxarıldığından qızının doğum sənədi orada qalmış, sonradan götürmək mümkün olmamışdır. Onun şəxsiyyət vəsiqəsini isə öldükdən sonra almışlar. O, xx.xx.2014-cü ildə ölmüşdür. X10 veteranı olduğundan məhkəmə qətnaməsi ilə ona sığorta ödənişi edilməsi müəyyən edilsə də o bu ödənişi almadan ölmüşdür. Hazırda isə vərəsəliklə əlaqəli məsələnin həll edilməsi üçün qızının doğum haqqında şəhadətnaməsi tələb edilir. Lakin qızının doğum haqqında sənədləri doğulduğu Ermənistan Respublikasında qalmışdır. Hazırda isə bu sənədlərin bərpa edilməsini istəyir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 907 nömrəli arayışından görünür ki, 1975-ci il təvəllüdlü, xx.xx.2014-cü ildə vəfat etmiş X7 - - 1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İ 708264 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölümş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 442 nömrə ilə qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 9 nömrəli arayışdan görünür ki, 1975-ci il təvəllüdlü X7 xx.xx.2011-ci il tarixdə müayinə olunmuş, İİ dərəcəli əlillik müəyyən edilmişdir. Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə verilmiş 082153 nömrəli vəsiqədən görünür ki, X7 müharibə veteranı olmuşdur. X2 Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Ermənistan Respublikasında tərtib edilmiş X2 qeydləri X2 reyestri xidmətinin arxivində saxlanılmadığından S.Abbasovanın doğumuna dair məlumat verilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində izahat verən X9 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X1 isə qardaşının qızıdır. Sevil xx.xx.1975-ci ildə Ermənistanın Amasya rayonunda doğulmuşdur. Sevil doğulan vaxt yadındadır, onun 14 yaşı olmuşdur. Sonradan hamısı birlikdə Azərbaycana gəlmişdir. Sevil Qarabağ müharibəsi qazisi olmuşdur. 2014cü ildə rəhmətə getmişdir. Onun doğum haqqında sənədlər Ermənistanda qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi X4 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Mağaracıq kəndində doğulmuşdur. O, hərbi qulluqçu kimi Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə yaralanaraq İİ dərəcəli müharibə əlili olmuşdur. xx.xx.2014-cü il tarixdə ölmüş, ölüm haqqında akt qeydi aparılmışdır. X3 indiki Ermənistan Respublikasında doğulduğundan və ailəsi ilə birlikdə qaçqın kimi doğulduğu yeri tərk etməli olduğundan onun doğum haqqında sənədləri Ermənistanda qalmış, sonradan sənədləri götürmək mümkün olmamışdır. X7 xx.xx.2014-cı il tarixdə öldüyündən doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə onun atası ilk növbədə müvafiq qeydiyyat orqanına, daha sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, bütün bu qeyd edilənlər iş materialları və şahid ifadəsi ilə tam sübuta yetirilir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci mаddəsinə əsаsən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci mаddəsinə əsаsən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü maddəsində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X2 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı işdən görünür ki, X1 xx.xx.1975-ci il tarixdə doğulduğu vaxt doğum haqqında qeydiyyat aparılsa da o, Ermənistan Respublikasında doğulduğundan və Ermənistan Respublikasında tərtib edilmiş X2 qeydləri X2 reyestri xidmətinin arxivində saxlanılmadığından Sevil Abbasovanın doğumuna dair məlumat verilməsi mümkün olmamışdır. Bu səbəbdən hazırda atası Ərizəçi X4nın xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Mağaracıq kəndində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X5 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Mağaracıq kəndində doğulması barədə qeydiyyat aparılması iş materialları və şahid ifadəsi ilə tam sübuta yetirilir. Belə olan halda ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, X5 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Mağaracıq kəndində doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadəsi ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Mağaracıq kəndində doğulmasına dair doğum akt qeydi bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar