Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4584/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənova Leyla Fərhad qızının katibliyi, Ərizəçi vəkili X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05.12.1961-ci ildə Ermənistan SSRnin Kalinino rayonunun İlməzli kəndində anadan olmuş Ərizəçi 1989-cu ilin aprel ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi vəkili X2 dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 261.0.1-ci maddəsinin tələbinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinin tələblərinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olduğunu göstərməlidir. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılmalıdır ki, xüsusi icraat qaydasında verilmiş ərizəçinin hazırkı ərizəsinə hüquqi faktın müəyyən edilməsi kimi ümumi rayon (şəhər) məhkəməsində baxıla bilməz. Çünki, ərizəçi faktiki olaraq dövlət orqanın səlahiyyətlərinə aid olan məsələnin ümumi məhkəmə tərəfindən həll edilməsini xahiş edir. Qaçqın kimi tanınma halı ümumi rayon-şəhər məhkəməsi tərəfindən yox, aidiyyatı orqan tərəfindən müəyyən edilə bilər, əər həmin orqan bu halı müəyyən etməkdən imtina edərsə orqanın hərəkətindən (hərəkətsizliyindən) inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi qaçqın kimi Azərbaycan Respublikası ərazisində məskunlaşması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah olunsun ki, onun hazırkı aidiyyatı inzibati orqana müraciət etmək hüququ vardır. Ərizəçinin müraciəti həmin orqan tərəfindən müraciəti müsbət həll olunmadıqda və ya ona hər hansı bir cavab verilmədikdə orqanın hərəkət və ya hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4584/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4584/2021
16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver