Məhkəmə qərarları › İş №2(010)-4589/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4589/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4589/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnür Firdovsi qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X3 cavabdeh Beydı̇ yev Elxan Bahadur oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Qapali Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Beydı̇ yev Elxan Bahadur oğluna, Beydı̇ yeva Gülnarə Məmmədağa qızına, Musayev İbrahı̇ m Həsən oğluna, Şı̇ xməmmədova Gülzar Kəmı̇ qızına, Şı̇ xməmmədov Elnur Məmmədağa oğluna, Babayeva Səbı̇ nə Məmmədağa qızına və Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti cavabdehlər Beydı̇ yev Elxan Bahadur oğluna, Beydı̇ yeva Gülnarə Məmmədağa qızına, Musayev İbrahı̇ m Həsən oğluna, Şı̇ xməmmədov Məmmədağa Hacibaba oğluna, Şı̇ xməmmədova Gülzar Kəmı̇ qızına, Şı̇ xməmmədov Elnur Məmmədağa oğluna, Babayeva Səbı̇ nə Məmmədağa qızına qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2018-ci il tarixli, 002R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 10426.08 manat məbləğində kredit borcu, 2228.26 manat məbləğində faiz borcu və 4555.27 manat məbləğində cərimə borcu, 002R********** saylı kredit razılaşması üzrə 11328.9 manat məbləğində kredit borcu, 2226.52 manat məbləğində faiz və 5085.82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 35850 (otuz beş min səkkiz yüz əlli) manat 85 (səksən beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, eləcə də 30 manat xidmət haqqının tutulması; tələbin ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə cəmi 35850 (otuz beş min səkkiz yüz əlli) manat 85 (səksən beş) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması; ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli qərardadı ilə cavabdeh X1 ölümü ilə əlaqədar sonuncuya münasibətdə iddia tələbi üzrə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış, 002R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Beydı̇ yev Elxan Bahadur oğlundan, Beydı̇ yeva Gülnarə Məmmədağa qızından, Musayev İbrahı̇ m Həsən oğlundan, Şı̇ xməmmədova Gülzar Kəmı̇ qızından, Şı̇ xməmmədov Elnur Məmmədağa oğlundan, Babayeva Səbı̇ nə Məmmədağa qızından, Cavabdeh8 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 10426.08 manat məbləğində kredit borcu, 2228.26 manat məbləğində faiz borcu və 4555.27 manat məbləğində cərimə borcu olmaqla, 002R********** saylı kredit razılaşması üzrə 11328.9 manat məbləğində kredit borcu, 2226.52 manat məbləğində faiz borcu və 5085.82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 35850 (otuz beş min səkkiz yüz əlli) manat 85 (səksən beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh4 oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə cəmi 35850 (otuz beş min səkkiz yüz əlli) manat 85 (səksən beş) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Beydı̇ yev Elxan Bahadur oğlundan, Beydı̇ yeva Gülnarə Məmmədağa qızından, Musayev İbrahı̇ m Həsən oğlundan, Şı̇ xməmmədova Gülzar Kəmı̇ l qızından, Şı̇ xməmmədov Elnur Məmmədağa oğlundan, Babayeva Səbı̇ nə Məmmədağa qızından, Cavabdeh8 ümumi müştərək qaydada tutulması; Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və X2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10.04.2009-cu il tarixli. 02L000005414 saylı kredit xətti müqaviləsinə əsasən 120 (iki iyirmi) ay müddətinə 30000 (otuz min) Manat məbləğində kredit xətti açılmış və bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunması nıəzərdə tutulmuşdur. Tərəflərin imzaladıqları 17.04.2018-ci il tarixli, 02L000005414S saylı sazişə əsasən, kredit xətti müqaviləsinin məbləği və müddəti müvafiq olaraq 200000 (iki yüz min) Manat məbləğində və 228 (iki yüz iyirmi səkkiz) ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.04.2018-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 (iyirmi üç min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 08.10.2018-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Qeyd olunan kredit müqavilələrinin 4.2.2-ci bəndinə uyğun olaraq ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 məbləğində cərimə ödəməlidir və məhkəməyə təqdim olunmuş maliyə arayışlarına əsasən cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla kredit razılaşmalarına görə cərimə borcu müvafiq olaraq 1210,6 və 6207,47 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan və zamin olmuş Cavabdeh4 və Bank arasında bağlanılmış 18.04.2018-ci il tarixli 3M-237 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla ünvan 1, 6 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı Cavabdeh5 və digər qeydiyyatda olanlar Cavabdeh6, X5 ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşlər. Cavabdeh1 imzaladığı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir və beləliklə də iddia tələbləri təmin edilməlidilər. Cavabdehlər X6, Cavabdeh6 Məömmədağa oğlu və Cavabdeh7 vəfat etmiş Cavabdeh4 məxsus olmuş ipoteka predmeti olan mənzildə yaşamaqla onun vərəsələri kimi faktiki olaraq həmin əmlakı qəbul etmiş sayılırlar və belə olan halda ipoteka predmetinə dair hissədə iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh Beydı̇ yev Elxan Bahadur oğlu iddia tələbini qismən qəbul qəbul etdiyini bildirərək göstərdi ki, məlum pandemiya ilə əlaqədar iddiaçı ilə bağladığı kredit razılaşmaları üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Lakin iddia tələblərinə baxıldığı zaman ödənişlər etdiyindən hesab edir ki, hər iki müqavilə üzrə hesablanmış cərimə borcları süni qaydada şişirdilmişdir. O, yaxın vaxtda borcunu tam ödəmək niyyətindədir və belə olduğu halda ipoteka predmetinə tələb yönəldilməsi hissədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Beydı̇ yeva Gülnarə Məmmədağa qızına, Musayev İbrahı̇ m Həsən oğluna, Şı̇ xməmmədova Gülzar Kəmı̇ qızına, Şı̇ xməmmədov Elnur Məmmədağa oğluna, Babayeva Səbı̇ nə Məmmədağa qızına və Cavabdeh8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlər Beydı̇ yev Elxan Bahadur oğlunun, Beydı̇ yeva Gülnarə Məmmədağa qızının, Musayev İbrahı̇ m Həsən oğlunun, Şı̇ xməmmədova Gülzar Kəmı̇ qızının, Şı̇ xməmmədov Elnur Məmmədağa oğlunun, Babayeva Səbı̇ nə Məmmədağa qızının və Cavabdeh8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.04.2009-cü il tarixdə bağladığı Kredit xətti Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə 30000 (otuz min) Manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş 17.04.2018-ci il tarixli, 02L000005414S saylı sazişə əsasən, kredit xətti müqaviləsinin məbləği və müddəti müvafiq olaraq 200000 (iki yüz min) Manat məbləğində və 228 (iki yüz iyirmi səkkiz) ay müddətinə, 10 aprel 2028-ci il müddətinə müəyyən edilmişdir. İş materiallarında olan 18.04.2018-ci il tarixdə bağladığı Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 10 aprel 2009-cu il tarixli 02L000005414 №-li Kredit Xətti müqaviləsi üzrə aylıq faiz dərəcəsi 2.1667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 (iyirmi üç min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə olunmuş ödəniş planından görünür ki, müqavilə üzrə ödənişin son müddəti 20 aprel 2021-ci il tarixi müəyyən olunur. Qeyd olunan kredit müqavilənin 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda borcalan hər gecikdirilən gün üçün kredit qalığının 0,1 məbləğində cərimə ödəməlidir. İş materiallarında olan 08.10.2018-ci il tarixdə bağladığı Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 10 aprel 2009-cu il tarixli 02L000005414 №-li Kredit Xətti müqaviləsi üzrə aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə olunmuş ödəniş planından görünür ki, müqavilə üzrə ödənişin son müddəti 08 oktyabr 2021-ci il tarixi müəyyən olunmuşdur. Qeyd olunan kredit müqavilənin 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda borcalan hər gecikdirilən gün üçün kredit qalığının 0,1 məbləğində cərimə ödəməlidir. İşin materiallarında olan İddiaçı QSC ilə cavabdeh Cavabdeh2 ilə 10.04.2009-cu il tarixdə bağlanmış 02S000006993 saylı zaminlik müqaviləsi və 17 aprel 2018-ci il tarixli 02S000006993S №-li Sazişlə sonuncu AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2009-cü il tarixli 02L000005414 №-li kredit müqaviləsi və kredit Müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşımasını üzərinə götürmüşdür. İşin materialarında olan İddiaçı QSC ilə cavabdeh Cavabdeh3 ilə 10.04.2009-cu il tarixdə bağlanmış 02S000006994 saylı zaminlik müqaviləsi və 17 aprel 2018-ci il tarixli 02S000006994S №-li Saziş ilə sonuncu AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2009-cü il tarixli 02L000005414 №-li kredit müqaviləsi və kredit Müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşımasını üzərinə götürmüşdür. İş materiallarından görünür ki, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan və zamin Cavabdeh4 və Bank arasında bağlanılmış 18.04.2018-ci il tarixli 3M-237 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 52 saylı notariat kontorunnun xüsusi notariusu X9 tərəfindən təsdiq edilib) əsasında ona məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipotekaya qoyulan əmlak 32941 Manat 56000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqavilənin 9.1-ci bəndinin müddəalarına əsasən borclu əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda ipoteka saxlayanın borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmentinə tutmanın yönəldilməsini tələb edə bilər. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı QSC ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Beləliklə, işdə olan sübutlarla məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, 18 aprel 2018-ci il tarixli 002R********** saylı və 08.10.2018 tarixli 002R********** saylı kredit razılaşmalarına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə aylıq 2.1667% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 23000 Manat və aylıq 1.8333% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 18000 Manat məbləğində kredit verilmiş və həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə 18 aprel 2018-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər Beydiyeva X7 İbrahim Həsən oğlu ilə iddiaçı ilə bağlanmış zaminlik müqavilələri ilə kredit razılaşmasından irəli gələn öhdəliklərinin borclu tərəfindən icra edilməməsi halı üçün onunla birlikdə məsuliyyət daşımalarını üzərlərinə görtürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 18 aprel 2018-ci il tarixli və 08 oktaybr 2018-ci il tarixli kredit müqavilələri əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri İddiaçı QSC-nə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ondan və və onun zaminlərindən kredit müqaviləsinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən bağlanmış kredit müqaviləsi üzrə 002R********** saylı kredit razılaşması üzrə 10426.08 manat məbləğində kredit borcu, 2228.26 manat məbləğində faiz borcu və 4555.27 manat məbləğində cərimə borcu olmaqla, 002R********** saylı kredit razılaşması üzrə 11328.9 manat məbləğində kredit borcu, 2226.52 manat məbləğində faiz borcu və 5085.82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 35850 (otuz beş min səkkiz yüz əlli) manat 85 (səksən beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması əvəzinin tutulmasına dair tələb irəli sürsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi hesabdan çıxarış və 22.12.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 002R********** saylı 18 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə hazırda olan borcu əsas məbləğ üzrə 2981,67 manat, faiz borcu üzrə 1038,92 manat təşkil edir. Belə olduğu halda məhkəmə qeyd edilən kredit razılaşması üzrə Cavabdeh1 və onun zaminlərindən məhz həmin həcmdə əsas və faiz borcunun tutulması hissədə iddia tələbini əsaslı hesab edir. 08.10.2018-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissədə məhkəmə iddia tələbləri ilə razılaşsa da, qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı həmin kredit razılaşmanın müddəti artıq bitmişdir. Bu isə ona dəlalət edir ki, müddəti bitmiş müqavilənin ləğv olunması barədə iddia tələbi əsassızdır. Bundan başqa qeyd edildiyi kimi hər iki kredit razılaşması üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı cərimə borclarının tutulması barədə iddia tələblərini əsaslı hesab etsə də, məhkəmə bu nəticəyə gəlir ki, bu hissədə iddia qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği hər bir müqavilə üzrə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülkihüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının hər iki kredit razılaşması üzrə tələb etdiyi (4555,27 +5085,82) manat məbləğində hesablanmış cərimə borcları tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hər müqavilə üzrə cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Beləliklə də, məhkəmə 18.04.2018-ci il tarixli 002R********** saylı kredit razılması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2981,67 manat əsas, 1038,92 manat əsas kredit borcuna hesablanmış faiz və 50 manat cərimə borcu, cəmi 4070,59 manat, 08 oktyabr 2018-ci il tarixli kredit razılaşması üzrə 11328,9 manat əsas borc, 2226,52 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla cəmi 13605,42 manat alınaraq İddiaçı QSC xeyrinə tutulmalıdır. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə iddia tələbini əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliklərini icra etmədiyinə görə həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuş ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilinə tutma yönəldilərək həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya olan borc ödənilməlidır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilən maddi hüquq normasına əsaslanaraq qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Tərəflər ipoteka müqaviləsi bağladıqları zaman ipoteka predmetinin ilkin satış qiyməti barədə razılığa gəlsələr də, məhkəmə araşdırılması zamanı ipoteka predmetinin likvid satış qiymətini müəyyən etmək məqsədilə "xxxx" MMC tərəfindən qiymətləndirmə keçirilmişdir. Qeyd olunan mütəxəssis rəyinə görə ipoteka predmetinin bazar dəyəri 80000 manat, likvid dəyəri isə 72000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Beləliklə də, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd olunan norması baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilinə tutma yönəldildikdə və o, satıldıqda həmin mənzildə qeydiyyatda olan şəxslər - Şıxməmmədova Gülzar Kəmı̇ l qızının, Şı̇ xməmmədov Elnur Məmmədağa oğlunun, Babayeva Səbı̇ nə Məmmədağa qızının, eləcə də həmin mənzildə qeydiyyatsız yaşayan Cavabdeh8 həmin evdən çıxarılmalıdırlar. Belə ki, işin materialarından göründüyü kimi Şıxməmmədova Gülzar Kəmı̇ l qızı, Şı̇ xməmmədov Elnur Məmmədağa oğlu və Babayeva Səbı̇ nə Məmmədağa qızı bağlanmış ipoteka müqaviləsi ilə ipoteka predmetinə ödəniş yönəldikdə evi tərk etməyə dair öhdəlik götürmüşlər. Cavabdeh8 isə iddiaçı tətrəfindən təqdim olunmuş Mənzil Komunal İstismar Sahəsinin arayışına əsasən ipoteka predmeti olan mənzildə qeydiyyatda olmasa da, həmin ünvanda yaşayır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2-ci maddəsində isə təsbit edilmişdir ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu əsasa görə məhkəmə hesab edir ki, cavabdehlər Şıxməmmədova Gülzar Kəmı̇ l qızının, Şı̇ xməmmədov Elnur Məmmədağa oğlunun, Babayeva Səbı̇ nə Məmmədağa qızının və Cavabdeh8 fərdi yaşayış evi satıldıqdan 1 ay sonra onun boşaldılması hissədə iddia təmin olunmalıdır. Bununla belə Şıxməmmədova Gülzar Kəmı̇ l qızının, Şı̇ xməmmədov Elnur Məmmədağa oğlunun, Cavabdeh8 və Babayeva Səbı̇ nə Məmmədağa qızının həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbini məhkəmə əsaslı hesab etmir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış və münasibətlərə yeni mülkiyyətçi daxil olmamış mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-veməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Sadalanan qanunvericilik aktı normalarını əsas tutaraq məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqısatqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərin həminb mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 21 müştərək qaydada cavabdehlərdən idiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Beydı̇ yev Elxan Bahadur oğlundan, Beydı̇ yeva Gülnarə Məmmədağa qızından, Musayev İbrahı̇ m Həsən oğlundan müştərək qaydada 18 aprel 2018-ci il tarixli kredit razılaşması üzrə 2981,67 manat əsas borc, 1038,92 manat faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla cəmi 4070,59 manat və 08 oktyabr 2018-ci il tarixli kredit razılaşması üzrə 11328,9 manat əsas borc, 2226,52 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla cəmi 13605,42 manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat və 10 (on) manat rüsümun və xidmət haqqı kimi 21 (iyirmi bir)manat məbləğində xidmət haqqı olan dövlət rüsumları məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Tutma iddiaçı "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ünvan 1 ünvanında xüsusi mülkiyyətədə olan 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilə yönəldilsin və həmin əmlak açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Beydı̇ yev Elxan Bahadur oğlundan, Beydı̇ yeva Gülnarə Məmmədağa qızından, Musayev İbrahı̇ m Həsən oğlundan müştərək qaydada tutularaq "xxxx" QSC –yə ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilin ilkin satış qiyməti 72.000 (yetmiş iki min) manat məbləğində müəyyən edilsin. ünvan 1 ünvanında 3-cü mərtəbədə yerləşən 65.88 kv.m ümumi, 38.68 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilinə tutma yönəldildikdə və o, satıldıqda Şıxməmmədova Gülzar Kəmı̇ l qızı, Şı̇ xməmmədov Elnur Məmmədağa oğlu, Babayeva Səbı̇ nə Məmmədağa qızı və Cavabdeh8 həmin evdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar