Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4595/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1 Kompani S.A.” Şirkəti Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414587.00 m B 4476949.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köşürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçı “X1 Kompani S.A.” Şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçının nümayəndəsi göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdeh məhkəmə prosesində iş üzrə iddiaçı məhkəmə prosesinə gəlmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin iddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, mülki iş məhkəmədə baxılıb həll edilənədək cavabdehə qarşı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414587.00 m B 4476949.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində “tikinti işlərini davam etdirməyin qadağan edilməsi barədə” qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4595/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414587.00 m B 4476949.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində tikinti işlərinin davam etdirilməsinin Cavabdeh qadağan edilməsi qərara alınmışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Republikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4595/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4595/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4595/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4595/2020
23.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver