Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4597/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X*2 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları. *. AЗ seriyalı *79*6*7 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*969-cu il tarixdə anadan olmuş, X2, anası Suriyə Məmmədhüseyn qızıdır.
2. AZ-İ seriyalı 639*35 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Əbdürəhim Şahbulad oğlu 04.0*.20*4-cü il tarixdə ölmüşdür.
3. Suraxanı rayonu Əmircan qəsəbəsi “İmam Cümə” məscidinin dini icması tərəfindən verilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Zeynəbxanım Kəlbəkulu qızı həqiqətən *892-ci (min səkkiz yüz doxsan ikinci) ildə Əmircan qəsəbəsində anadan olub və *968-ci (min doqquz yüz altımış səkkizinci) ildə vəfat etmiş, Əmircan qəsəbəsi, Məktəbli küçəsindəki qəbirstanlıqda dəfn olunmuşdur.
4. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X*5 “Bakı Baş Səhiyyə Mərkəzi” X*5 *3 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən Ərizəçi verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, *892-ci il təvəllüdlü nənəsi Zeynəbxanım Kəlbəkülü qızının *968-ci ildə vəfat etdiyi barədə heç bir sənədi yoxdur.
5. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilən *2.04.2023-cü il tarixli arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən *933-cü ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 26 (sənəddə olduğu kimi) yanvar *933-cü ildə doğulan (soyadı qeyd olunmayıb) Əbdürəhim (sənəddə olduğu kimi) Şahbulad oğlunun təvəllüdü qeyd olunur. X7, anası Zeynəb Güli qızıdır.
6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilən *2.06.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Əmircan kənd məscidi üzrə *890-*895-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında Zeynəb Güli qızının doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb.
7. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan *9.09.2023-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimat”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 (yetmiş beş) il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin arxivlərində və ya Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verildiyi üçün *892-ci il təvəllüdlü nənəsinin doğumu haqqında arayışın verilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *9.07.2023-cü il tarixli, 2(0*0)-2268/2023 saylı qətnaməsi ilə Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin rədd edilməsi qət edilmişdir.
9. İş materiallarına əlavə edilmiş bir ədəd fotoşəkildən görünür ki, fotoşəkildə əks olunmuş qəbir daşı üzərində “mərhumə Zeynəbxanım Kəlbəkülü qızı” “*892-*968” sözləri yazılmışdır. *0. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Orzonikidze rayonu, Zeynalov küçəsi, 4 nömrəli evə dair inventar Zeynəb Güli qızıdır. **. mart *962-ci il tarixli Evlər İdarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi kartoçkasının surətindən görünür ki, Zeynalov küçəsi, 4 nömrəli evin istifadəçisi Zeynəb Güli qızıdır. *2. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilən 03.**.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Zeynəb Güli qızı (Zeynəbxanım Kəlbəgüli qızı) haqqında hər hansı məlumat aşkar olunmamışdır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində *948-ci ildən saxlanıldığından və adıçəkilən şəxs barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə və ya X** müraciət edilməsi tövsiyə olunur. *3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilən *6.**.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Əmircan kənd məscidinin *890-*895-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında Zeynəb Güli (Kəlbəgüli) qızının doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. *4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur, onun nənəsi Zeynəb xanım isə onun dayısının bibisi qızı olub. O, ikinci sinifdə oxuyanda Zeynəb xanım onu məktəbə də aparıb-gətirərdi. Zeynəb xanım öləndə onun 8 yaşı olumuşdur. *968-ci ildə vəfat etmiş, Əmircan qəbirstanlığında dəfn olunmuşdur. *5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Elxanın X*0 *968-ci ildə vəfat vəfat etmiş, Əmircan qəbirstanlığında dəfn olunmuşdur. Zeynəb Güli qızı öləndə onun 7 yaşı olmuşdur. *6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* ifadəsində göstərmişdir ki, ərizəçi Elxan onun qardaşıdır, Zeynəb Güli qızı isə onun nənəsidir. O, nənəsi ilə eyni həyətdə qalmışdır. Nənəsi öləndə onun * yaşı olmuş, nənəsi Zeynəb xanım Əmircan qəbirstanlığında dəfn olunmuşdur. Əriçəçinin tələbi.
*7. Ərizəçinin X5 *892-ci ildə Azərbaycan Respublikası, Bakı Şəhəri, Əmircan qəsəbəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. *8. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.*969-cu il tarixdə Bakı şəhərində Əbdülrəhim Şahpulat oğlu ilə Suriyə Məmmədüseyn qızının nikahından doğulmuşdur. X2 04.0*.20*4-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasının anası Zeynəb Güli qızı isə *892-ci ildə doğulmuş, *968-ci ildə Bakı şəhərində vəfat etmiş və Əmircan kənd qəbiristanlığında basdırılmışdır. Hazırda yaşadığı Bakı şəhəri, Əmircan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 4 nömrəli ev şəxsi mülkiyyət hüququ ilə X*0na məxsus olmuşdur. Hazırda da mərhumun adınadır. Yaşadığı həmin evə dair sənədləşdirmə işlərinin aparılması üçün X5 doğum faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, X*0 *892-ci ildə doğulub *968-ci ildə vəfat edərək Əmircan kəndinin qəbiristanlığında dəfn edilməsinə baxmayaraq o doğulan zaman və vəfat edən zaman nə doğumu, nə də ölümü üçün müraciət edilməmişdir və doğum, ölüm haqqında şəhadətnamələr mövcud deyildir. X*0 doğulan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat idarələri mövcud olmamışdır. Odur ki, onun doğumu haqqında sənədi əldə etmək üçün Milli Arxiv İdarəsinə müraciət etmişdir, lakin Milli Arxiv İdarəsində müsbət cavab verilməmişdir. Bundan əlavə Suraxanı rayon Qeydiyyat şöbəsinə də nənəsinin doğum haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Odur ki, ərizəçinin doğulduğu gündən bugünə qədər 54 il müddətində yaşadığı evlə bağlı sənədləşdirmə işləri üçün *892-ci ildə doğulmuş, *968-ci ildə vəfat etmiş X5 doğum faktının müəyyən edilməsi zərurəti yaranmışdır. X5 doğum haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Nənəsinin ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etsə də, Məhkəmənin 2(0*0)-2268/2023 nömrəli, *9.07.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, buna əsas kimi o göstərilmişdir ki, ilkin olaraq nənəsinin doğum faktı müəyyən olunmalıdır. X5 *892-ci ildə doğulmasını şahidlər də təsdiq edirlər. Nənəsi Zeynəbin atası Güli kərbəla ziyarətində olduğu üçün nənəsinin başdaşında atasının adı Kəlbəgülü yazılmışdır.
Tərəflərin izahatları.
*9. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
20. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakim məktubla məhkəməyə müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
2*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə.
Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
22. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
23. Belə ki, şahidlərin ifadələri, iş üzrə toplanmış və araşdırılmış digər sübutlar Zeynəb Güli qızının *892-ci il tarixdə doğulması faktının müəyyən edilməsinə əsas verir.
24. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir.
25. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilən *9.09.2023-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimata əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 (yetmiş beş) il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin arxivlərində və ya Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verildiyi üçün *892-ci il təvəllüdlü Zeynəb Güli qızının doğumu haqqında arayışın verilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir.
26. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.
27. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Zeynəb Güli qızının *892-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində anadan olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır
28. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
3*. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
Ərizə təmin edilsin. Zeynəb Güli qızının *892-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində doğulması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.