Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4609/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Borislovnaya qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Borislovnaya qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, S.Cəfərov küçəsi ev 9, 135 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oktyabr rayonu, Xalq deputatları sovetinin İcraiyyə komitəsinin 30 dekabr 1988-ci il tarixli, 28/1 saylı qərarı ilə Günəşli qəsəbəsi, Seyran-Bağça kçəsi (indiki S.Cəfərov) ev 135, mənzil 9 ünvanı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və iki oğlu) X4 təqdim edilmişdir. Orcenekidze rayon Xalq deputatları Sovetinin İcraiyyə komitəsinin 01 iyun 1990-cı il tarixli, 6 saylı qərar ilə sözügedən mənzilin icarə müqaviləsi X2 kçmiş həyat yoldaşı Cavabdeh Borislovnanın adına dəyişdirilmiş və onun adına şəxsi hesab vərəqəsi açılmışdır. 23 iyun 1992-ci il tarixli, 18 № li nikah şəhadətnaməsinə əsasən o, cavabdeh ilə ailə quraraq fasiləsiz olaraq Yeni Günəşli, S.Cəfərov küçəsi ev 9, 135 ünvanında fasiləsiz olaraq yaşamağa başlamışdır. Birgə nikahdan uşaqları yoxdur. Uzun illərdir ki, cavabdeh Azərbaycanda yaşamır və harada yaşamağı məlum deyil. Suraxanı Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(010)-1526/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Uzun illərdir qeyd edilən ünvanda o, ilk nikahdan dünyaya gələn oğlu, qeyri-rəsmi nikahdan dünyaya gələn qızı X7 və nəvəsi X5 qeydiyyatdadırlar və sözügedən ünvanda yaşayırlar. Bu günədək mənzilə dair bütün kommunal ödənişləri ödəyir. Mənzilə dair kirayə müqaviləsinin keçmiş həyat yoldaşının adına olması onun və ailə üzvlərinin mənzil hüququnu məhdudlaşdırmaqla əlavə çətinliklər yaradır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Borislovnanın məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçı tərəfin çıxışını dinləyib, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, həqiqiliyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilən qərardan görünür ki, mübahisə premdeti olan, Günəşli qəsəbəsi, Seyran-Bağça küçəsi №135, 8-ci blok 5-ci mərtəbədə yerləşən 9 saylı mənzil X4 və onun ailə üzvləri olan X6, X3 və X1 verilmişdir. İş materiallarında olan AZ-377152 № li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Borislovnanın nikahı Suraxanı Rayon Məhkəməsi tərəfindən 13.04.2021-ci ildə pozlmuşdur. İş materiallarından görünür ki, iddiaçı və onun ailə üzvləri mübahisəli mənzildə yaşayırlar. İddiaçının qeydiyyata düşmə tarixi 05.11.2005-ci ildir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçının cavabdehlə rəsmi nikah münasibəti olub, həmin nikah məhkəmə qaydasında 2021-ci ildə pozulmuşdur. Mübahisəli mənzil cavabdehin keçmiş həyat yoldaşına cavabdeh və digər ailə üzvləri ilə birlikdə yaşaması üçün orderlə verilib. Mübahisəli mənzillə bağlı cavabdehin adına hər hansı sənəd müəyyən edilmir. Cavabdeh uzun müddətdir ki, ölkə ərazisində yaşamır. İddiaçı cavabdehlə olan ailə münasibətlərinə əsaslanaraq hazırkı iddianı müdafiə edir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Çünki, mübahisəli mənzilə dair iddiaçının məhdud əşya hüququnu yarada bilən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Borı̇ slovovnaya qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4609/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4609/2021
06.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver