Məhkəmə qərarları › İş №2(010)-4609/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4609/2023

27.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4609/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi Aleksandrovitjin maraqlı şəxs Bakı şəhəri *0 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Aleksandrovitj maraqlı şəxs Bakı şəhəri *0 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən atası X* mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, ev * ünvanında yerləşən 25 saylı mənzilin */2 hissəsi barəsində mirasın qəbul edilmə müddətinin uzadılması və həmin miras əmlakla bağlı onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri *0 saylı notariat ofisi tərəfindən verilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil bildirdi ki, Ərizəçi Aleksandrovitj adından ərizəni imzalayan X5 ərizəçinin xalasıdır. Ərizəçi tərəfindən ona etibarnamə verilmişdir. Lakin əgər İnna xanımın ərizəni imzalamaq səlahiyyəti olmamışdırsa, ərizənin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə, ərizəçinin vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş ərizə, Ərizəçi Aleksandrovitjin nümayəndəsi X5 tərəfindən imzalanmışdır. Ərizəyə Ərizəçi tərəfindən İnna Ələskərovaya verilmiş və İsveçin Göteborq şəhərinin dövlət notariusu tərəfindən təsdiq edilmiş etibarnamənin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilmişdir. Həmin etibarnamədə Ərizəçi İnna Ələskərovaya adından məhkəməyə müraciət etmək, imzalamaq kimi səlahiyyətləri etibar etdiyi qeyd edilmişdir. Bununla belə məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Aleksandrovitj adından onun nümayəndəsi kimi ərizəni imzalayaraq məhkəməyə müraciət edən X5 ərizəçinin xalası olmuşdur. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.*-*-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 7*-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Nəzərə alınmalıdır ki, bu Məcəllə ilə yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Bu vəziyyətdə ərizəçinin xalası olan X3 ərizəçinin adından onun nümayəndəsi kimi hazırkı ərizəni imzalamaq səlahiyyəti olmamışdır. Odur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddəyə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.*. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Aleksandrovitjin maraqlı şəxs Bakı şəhəri *0 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair ərizə baxılmamış saxlanılsın və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar