Məhkəmə qərarları › İş №2(010)-4618/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4618/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4618/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkim Aqil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Süleyman oğlunun etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh Süleyman oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı Cavabdeh Süleyman oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 20, 24 saylı mənzildən Cavabdeh Süleyman oğlunun və onun yetkinlik yaşına çatmayan uşaqları X6, X7 valideyni ilə birlikdə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 20, 24 saylı mənzil alqı-satqı müqaviləsinə əsasən onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq mənzilinə dair sərəncam vermək hüququnu məhdudlaşdırılmışdır. Belə ki, ona məxsus olan mənzilinə mülkiyyətçi kimi sərbəct sərəncam verməyinə hal-hazırda onun mənzilində yaşamayan keçmiş sakinlər Cavabdeh Süleyman oğlunun və onun yetkinlik yaşına çatmayan uşaqlarının X6, X7 qeydiyyatda olmaları mane olur. Yuxarıda adları qeyd edilən onun evində qeydiyyatda olan ailə üzvü olmayan şəxslərin hal-hazırda harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Cavabdehlərlə onun heç bir qohumluq əlaqəsi yoxdur. Onların onun evində pasport qeydiyyatında qalması, bir çox hallarda onun üçün müəyyən maneələr yaradır. O, onlara görə artıq kommunal xərclər ödəyir. Məhz buna görə də hesab edir ki, mülkiyyətində olan mənzildə cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının pasport qeydiyyatında qalmasına heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən mülkiyyətində olan mənzilin yaşayış sahəsindən cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının istifadə hüququnun itirlmiş hesab edilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, cavabdehə qarşı irəli sürdüyü iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülkiyyət hüququ üzrə ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 20, 24 saylı mənzildən Cavabdeh Süleyman oğlunun və onun yetkinlik yaşına çatmayan uşaqları X6, X7 valideyni ilə birlikdə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 öz izahatında şifahi və yazılı şəkildə iddianı qəbul edərək, hal-hazırda qeydiyyatda olan oğlu Cavabdeh Süleyman oğlu və onun azyaşlı uşaqları X12 və X7 Suraxanı rayon, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 20, mənzil 24-dən qeydiyyatdan çıxarması ilə əlaqədar iddiaçının iddia tələbini təmin edilməsini bildirmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının və iddianın etiraf edilməsinə dair cavabdehin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.( İddiaçı həmin hüququ xx.xx.2020-ci il tarixdə ********** sayla qeydə alınmışdır.) Mülki işdə olan xx xxxxxx 2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada surətindən görünür ki, “Satıcı”– Cavabdeh Süleyman oğlu, tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,54 kv olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıdakı göstərilən hissəni “Alıcının” İddiaçı mülkiyyətinə verir. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2012 tarixdə Cavabdeh Süleyman oğluna verilmiş **********31-05101-093018 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ümumi sahəsi 59,54 kv/m, Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 50000 manat 00 qəpik (əlli min manat sıfır qəpik) qiymətə satdı, alıcı isə həmin qiymətə aldı. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh Süleyman oğlu xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Mülki işdə olan Asan 4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda həmin ünvanda X12, X13 və Cavabdeh Süleyman oğlu qeydiyyatdadır. Mülki işdə olan cavabdehin nümayəndəsi X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, iddianı qəbul etdiyini və istifadə hüququnun ləğv edilməsinə etiraz etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikas Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatında qalmaları mənzilin mülkiyyətçisi olan X1 mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdehlər iddiaçının mənzilində yaşamasa da mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Süleyman oğlu arasında ünvan 1 ünvanında yerləşən mübahisəli mənzilə alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair xüsusi mülkiyyət hüququ müqavilə əsasında iddiaçıya keçmişdir. Mənzildə keçmiş mülkiyyətçi olan cavabdehə və onun ailə üzvlərinə məxsus hər-hansı əmlak yoxdur. Cavabdeh iddiaçının mənzilində uzun müddət yaşamamış, cavabdehlərin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ onun mülkiyyətində olması ilə yarandığından və bu hüquq alqı-satqı müqaviləsi ilə digər mülkiyyətçinin mülkiyyətinə verilməsi ilə də xitam verildiyindən cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Cavabdeh Süleyman oğlunun və onun yetkinlik yaşına çatmayan uşaqları X6, X7 valideyni ilə birlikdə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair münasibətdə məhkəmə hesab edir ki, bu hissədə iddianın təmin edilməsi əsaslı deyildir. Məhkəmə araşdırılması zaman müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh Süleyman oğlu ilə X4 aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il tarixdə anadan olmuş X12 və xx.xx.2008-ci il tarixdə olmuş X13 anasının himayəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7049/2020 saylı qətnaməsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı Cavabdeh Süleyman oğlunun cavabdeh X3 qaşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiasının rədd edilməsi və həmin qətnamənin X2 Suraxanı Rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 20-də yerləşən 24 nömrəli mənzildə qeydiyyatdan çıxarılması üçün əsas sayılmasına aid hissədə ləğv edlmişdir. Məhkəmə hesab edir ki, nə qədər xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2008-ci il tarixdə olmuş X13 himayəsinə verilmiş və yaşadığı yeri yanında müəyyən edilmiş valideyni X2 Suraxanı Rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 20-də yerləşən 24 nömrəli mənzilə dair istifadə hüququnun bərpa olunub-olunmaması mübahisəli olmaqla, hazırki vəziyyətdə uşaqların qeydiyyatdan çıxarılması məqsədəmüvafiq hesab olunmur.Uşaqların himayəsinə verilən valideyni X2 gələcəkdə istifadə hüququna xitam verildiyi halda məhkəməyə yenidən müraciət oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh Süleyman oğlu ünvan 1 ünvana dair istifadə hüququ itirilmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Süleyman oğlunun ünvan 1 ünvana dair istifadə huququna xitam verilsin. Bu qətnamə Cavabdeh Süleyman oğlunun ünvan 1 saylı ünvana olan qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh Süleyman oğlundan tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar