Məhkəmə qərarları › İş №2(010)-4673/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4673/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4673/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İlkin iddia üzrı iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilkin idda üzrə Cavabdeh qarşı “borcun tutulması” və iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinin rədd edilməsi barədə ərizə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dai dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 iyul 2008-ci il tarixli 484/15 nömrəli kredit müqaviləsi üzrə 1,811 (min səkkiz on bir manat) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cii il tarixli Plenum qərarına əsasən hesablanmış 1,038.75 (min otuz səkkiz manat 75 qəpik) manat faiz, borcu, cəmi 3,911.71 (uç min doqquz yüz on bir manat 71 qəpik),30 (otuz manat) dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti “MERSEDES BENZ-260” markalı (Tip: sedan, BamWDB 1240261B25842, rəngi Tünd göy. Buraxılış ili- 1992-ci il, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO "Bank of Azerbaijan” ASC- yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 04.07.2008-ci il tarixli 484/15 №-li kredit müqaviləsi üzrə adına olan kredit borcunun silinməsi və "xxxx" MMC – də adına olan kredit borcunun silinməsi öhdəlliyinin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli qərardadı ilə İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2008-ci il tarixli 484/15 nömrəli kredit müqaviləsinə əsasən “ Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “MERSEDES BENZ-260” markalı (Tip:sedan, Ban:WDB1240261 B25842, rəngi Tünd qöy. Buraxılış ili-1992-ci il, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 04 iyul 2008-ci il tarixli 484/15 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilinəsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunması barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 04 iyul 2008-ci il tarixli 484/15 nömrəli kredit müqaviləsinə əsasən 27 may 2021-ci il tarixə 1,81 1 (min səkkiz on bir manat) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,038.75 (min otuz səkkiz manat 75 qəpik) manat faiz, borcu, cəmi 3,911.71 (uç min doqquz yüz on bir manat 71 qəpik) manat təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərət iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmiş, 30 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin rədd edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndəni dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 04 iyul 2008-ci il tarixli 484/15 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh – “Borcalan” olmaqla bağlanmış həmin Kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 28 faiz ödəməklə 4455 manat məbləğində olan “MERSEDES BENZ-260” markalı (Tip:sedan, Ban:WDB1240261 B25842, rəngi Tünd qöy. Buraxılış ili-1992-ci il markalı avtomobilin alınması üçün pul vəsaiti verir. 04 iyul 2008-ci il tarixli 484/15 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh 04 iyul 2008-ci il tarixli 484/15 nömrəli kredit müqaviləsinin təminatı olaraq MERSEDES BENZ-260” markalı (Tip:sedan, Ban:WDB1240261 B25842, rəngi Tünd qöy. Buraxılış ili- 1992-ci il markalı avtomobiliGirov saxlayana girov kimi təqdim edir. İş materiallarında olan 27.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh iddiaçı banka 21.05.2021-ci il tarixinə 1811 manat əsas, müqavilə müddətinin sonuna hesablanmış 1038,75 manat faiz, müqavilənin bitdiyi tarixdən 12.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 1061 manat borc olmaqla ümumilikdə 3911,71 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh – “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun 1811 manat əsas, müqavilə müddətinin sonuna hesablanmış 1038,75 manat faiz, müqavilənin bitdiyi tarixdən 27.05.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 1061,96 manat borc olmaqla ümumilikdə 3911,71 manat borcu ödənilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 04 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 13 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 04 iyul 2008-ci il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 13 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər iddia müddəti çərçivəsində ən geci 2013-cü il tarixədək icra edilməli idi. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə əsasən təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar