Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4682/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2 və Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilmə faktı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəmədə maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2 və Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2 və Suraxanı Rayon Qeydiyyat Şöbəsinə tələbinə dair ərizə verərək,02 yanvar 1998-ci ildə Maraqlı şəxs1 qızının və 02 dekabr 2002-ci il tarixdə Maraqlı şəxs2 Bakı şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək iddiadan imtina edib, işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nın 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər və bu yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə iddiaçının iddiasından imtina etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtinasını təsdiq edənə qədər, ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nın 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, Ərizəçi iddiadan imtina etməsi qanuna zidd deyildir, heç kəsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də imtina qəbul edilməli, işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261.0.4; 262- 264; 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2 və Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilmə faktı tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. İzah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4682/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4682/2021
18.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver