Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-474/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçı və ikinci iddia üzrə cavabdeh İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, İkinci iddia üzrə iddiaçı və birinci iddia üzrə Cavabdeh və onun vəkili və nümayəndəsi lışov Rafiq Talış oğlunun iştirakı ilə, birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı "bağ sahəsindən çıxarılması, tikilinin sökülməsi, tikinti materialların təhvil verilməsi”; ikinci iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı, X8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı "çıxarışın etibarsız hesab edilməsi, bağışlanma maqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması”na dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY Y Ə N ETDİ: İddiaçı Cavabdeh qarşı "bağ sahəsindən çıxarılması, tikilinin sökülməsi, tikinti materialların təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı – xx xxxxxx 2004-cü il təvəllüdlü X6 ilə birlikdə idiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahədən ibarət 52A saylı torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi və tikinti materiallarının ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdehlər İddiaçı, X8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı "çıxarışın etibarsız hesab edilməsi, bağışlanma maqaviləsinin etibarsız hesab edilməsi, çıxarıçın ləğv olunması”na dair iddia tələbi ilə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X4 ünvan 1 ünvanında yerləşən 0.08562 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın və bu barədə verilmiş xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilərək ləğv olunması, ünvan 2 ünvanında yerləşən 0.0221 ha torpaq sahəsinə dair X8 ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-322 reyestr nömrəli Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraata birləşdirilmişdir. Məhkəmə iclasında birinci iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahədən ibarət olan 52A saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Onun həmin torpaq sahəsinə dair olan mülkiyyət hüququ xx xxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mənə bu barədə Çıxarış da verilmişdir. Qeyd edilən torpaq sahəsi xx xxxxxx 2018-ci ildə əmisi X9 tərəfindən ona bağışlanılmış və həmin torpaq sahəsi ona bağışlanan zaman həmin torpaq sahəsi üzərində yaşayış evi olmuş, lakin yaşayış evi dövlət reyestrində qeydə alınmamışdır. Hal-hazırda Cavabdeh həmin torpaq sahəsi üzərində olan evdə yaşadığına görə o, mülkiyyətimdə olan torpaq sahəsinə daxil ola bilmir və əmlakından istədiyi kimi istifadə edə bilmir. O, dəfələrlə cavabdehə torpaq sahəsinin boşaldaraq ona təhvil verilməsini bildirsə də, cavabdeh tələbinə əhəmiyyət verməmişdir. Buna görə məhkəməyə müraciət etməyə məcbur edilərək hazırki iddia tələbini irəli sürmüşdür. O, həmin torpaq sahəsində inşa edilmiş tikilini söküb, yenidən layihələndirmə və rekonstruksiya işləri aparmaq, sonradan isə həmin tikilini yeni layihə üzrə dövlət reyestrində qeydə aldırmaq niyyətində olduğuna görə cavabdehin orada yaşaması ona bu iradəni həyata keçirməsinə mane olur. Bunlra əsasən cavabdehin ona məxsus torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması, ona məxsus torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda Cavabdeh qaldırdığı iddia tələblərinin əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Birinci iş üzrə İddiaçı nümayəndəsi qismində Nümayəndə birinci iddia üzrə tələbləri müdafiə edərək ikinci iddia üzrə tələblərini isə əsassız hesab edərək izahatında İddiaçı göstərdikləri xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilmiş tikilidə yaşaması sonuncunun həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun pozulmasına, öz mülkiyyəti üzərində istədiyi kimi sərəncam vermək, mülkiyyətindən istədiyi kimi istifadə etmək hüququndan məhrum edilməsinə səbəb olduğuna görə birinci iddia tələbi təmin edilməlidir. Cavabdeh iddia tələbləri isə tam əsassızdılar. Belə ki, mübahisəli torpaq sahəsi ikinci iddia üzrə cavabdeh kimi qeyd olunmuş X4 qanuni istifadəsində olduğuna görə onun özəlləşdirilməsi, eləcə də sonradan İddiaçı bağışlanması zamanı hər hansı qanuna uyğunsuzluq baş verməmişdir. Belə olan halda isə Cavabdeh iddia tələbləri tam əsassız olduğuna görə rədd edilməlidilər. Birinci iş üzrə cavabdeh və ikinci iş üzrə iddiaçı Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələblərini əsassız hesab etdiyini, özünün iddia tələblərini isə müdafiə edərək izahatında göstərdi ki, 06 .03.2002-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxxxxx 2004-cü il təvəllüdlü qızları Elvina anadan olmuşdur. O, alə qurduqdan sonra ünvan 2K ünvanında 0.025 ha torpaq sahəsinin işərisində yerləşən özbaşına tikilidə yaşamağa başlamışdır. 2005-ci ilin may ayından X11i ilə ailə münasibətlərinə pozulmuş və sonuncu yaşadıqları evi tərk edərək valideynlərini evinə küçmüş, o isə azyaşlı qızı ilə həmin tikilidə qalmışdır. Suraxanı Rayon Məhəkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşağın onun himayəsində qalması, həmin uşağın saxlanması üçün hər ay 200 manat miqdarında aliment tutulması qət edilmişdir. 2014-cü ilin əvvəllərində X1 Rayon Məhəkəməsində ona qarşı mənzildən və torpaqdan çıxarılması barədə iddia qaldırmış, lakin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə həmin iddia təmin olunmamış və bu qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. O, ailə qurduğu vaxtdan mübahisəli tikilidə yaşayır, evin su, qaz və elektrik enerjisinin təchiz edilməsi ilə bağlı müqavilələr onun adına bağlanmışlar. Belə olan halda onun qeyd olunan tikiliyə üstünlük hüquqları nəzərə alınmamış və əvvəlki məhkəmələrin qətnamələri ilə müəyyən olunmuş halların ziddinə olaraq X4 mübahisəli torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmış, sonradan isə İddiaçı bağışlanmışdır. Belə olan halda o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək onun iddiasının təmin edilməsi, ona qarşı qaldırılmış iddianın isə rədd olunmsə barədə qətnamə çılxarılmasını xahiş etmişdir. Birinci iş üzrə cavabdeh və ikinci iş üzrə iddiaçı Cavabdeh nümayədəsi və vəkili X12 izahatında Cavabdeh izahatında qeyd olunan xüsusatları təkrar edərək əlavə olaraq göstərdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və Ali Məhkəmənin qərarı ilə müəyyən olunmuş hallar ondan ibarət olmuşdur ki, X8 ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsinin içərisində olan fərdi yaşayış evinin mülkiyyətçisidir və evin yerləşdiyi 0,025 ha torpaq sahəsi onun faktiki istifadəsində olmaqla dövlətə məxsus olan torpaq sahəsidir. Cavabdeh yaçadıöğı tikili də məhz X4 faktiki istifadəsində olan 0,025 ha torpaq sahəsinin içərisində deyil, dövlətə məxsus digər torpaq sahəsinin üzərində yerləşir. Həmçinin 0,08562 ha torpaq sahəsi də dövlətə məxsus digər torpaq sahəsidir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra qeyd olunan və dövlət mülkiyətində yerləşən 0.08562 ha torpaq sahəsinin X4 adına özəlləşdirilməsi, sonradan isə həmin sahənin də sonuncu tərəfindən İddiaçı bağışlanması məlum olduğundan, Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə dair mübahisələndirmə icraatı qaydasında iddia qaldırılmış və 0.08562 ha torpaq sahəsinin X4 adına özəlləşdirilməsi ilə bağlı sonuncunun adına verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışın ləğv olunması, eləcə də İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarıçın ləğv edilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Lakin həmin məhkəmənin 2-1(112)- 2032/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)- 1154/2020 saylı qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarına istanad etdərək onunla əsaslandırmışdır ki, Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə olan halda Cavabdeh həmin tələbi mülki mühakimə icraatı qaydasında irəli sürmüş və belə olan halda Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə X4 ünvan 1 ünvünında yerləşən 0.08562 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın və bu barədə verilmiş xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarıçın etibarsız hesab edilərək ləğv olunması, ünvan 2 ünvanında yerləşən 0.0221 ha torpaq sahəsinə dair X8 ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-322 reyestr nömrəli Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləqv edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, hər iki iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə İddiaçı iddiası qismən təmin olunmalı, Cavabdeh iddiası isə əsassız oldyuğuna görə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 A saylı 0,0224 ha ibarət sahə tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə dövlət reyestrində ********* nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı və cavabdeh iddiaçının tələbinə əsasən Cavabdeh azyaşlı qızı ilə bərabər birinci iş üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 A saylı 0,0224 ha ibarət sahə çıxarılmalıdılar. Cavabdeh torpaq sahəsinə dair özlərinin hüquqlarını təsdiq edən hər hansı sübut təqdim edilmədiyini, bununla da iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilinin özbaşına tikili olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı və orada inşa edilmiş tikili sökülməlidir. Bununla belə, tikili söküldükdən sonra tikinti materiallarının iddiaçıya qaytarılması barədə iddia tələbinin qeyri-müəyyən olunduğunu və əsaslığının sübuta yetirilmədiyini nəzərə alaraq məhkəmə həmin hissədə birinci iş üzrə iddia tələbini əsassız hesab edir və bu nəticəyə gəlir ki, həmin hissədə iddia rədd olunmalıdır. Bu baxımdan məhkəmə Cavabdeh tərəfindən birinci iş üzrə gətirdikləri dəlillərini, eləcə də ikinci (birləşdirilmiş) iş üzrə iddia tələblərinin əsassız olması qənaətinə gəlir. Belə ki, işin materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********73 №-li xx xxxx 2020-ci il tarixli arayışından və həmin arayişa əlavə olunan 14 vərəqdən ibarət qoşma sənədlərin təsdiq olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 52 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.08562 ha torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyətinin 6 nömrəli xx.xx.1994-cü il tarixli sərəncam, X2 razılıq ərizəsi və 1993-cü il tarixdə tərtib edilmiş texniki pasport əsasında X5 adına qeydə alınmışdır. Daha sonra 5 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 4Ə-322 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə və həmin notariusu tərəfindən təsdiqlənmiş bölgü sxeminə əsasən R.Ə.Quliyev özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlamış və qalan hissəyə dair xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. İş materiallarında olan 5 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 4Ə-322 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surətindən görünür ki, R.Ə.Quliyev özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlamışdır. Bələliklə də, Cavabdeh iddia tələbi üzrə mülki işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 52 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.08562 ha torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyətinin 6 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı, X2 razılıq ərizəsi və 1993cü il tarixdə tərtib edilmiş texniki pasport əsasında X5 adına qeydə alınmış, 5 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 4Ə-322 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə və həmin notariusu tərəfindən təsdiqlənmiş bölgü sxeminə əsasən R.Ə.Quliyev özünə məxsus 0.08562 ha torpaq sahəsindən 0.0221 ha İddiaçı bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 439 saylı fərmanının 2-ci bəndindən görünür ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Təsdiq olunmuş Siyahının 2.2.–ci bəndində şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Sadalanan xüsusatalara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının əsaslandığı hal (X4 adına ilkin qeydiyyat) sübut olunmur. Daşınmaz əmlakın bağışlanması haqqında bağlanmış müqaviləsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu müqavilə ilə hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını pozmamışdır, hazırkı vəziyyətdə bağlanmış bağışlama müqaviləsi həmin müqavilə üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna, eləcə də müqavilənin mühüm şərtlərinə uyğun olaraq, tərəflərin iradəsini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə hazırkı iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əqdlərin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə də, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağlışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və qeyd olunan müqavilə bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbləri əsassız olduğuna görə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı iddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X6 ilə birlikdə idiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 0,0221 ha sahədən ibarət 52A saylı torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarsın və həmin torpaq sahəsi üzərində tikilmiş tikili sökülsün Qalan hissədə İddiaçı Cavabdeh qarşı iddiası rədd olunsun. Cavabdehlər İddiaçı, X8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X4 ünvan 1 ünvünında yerləşən 0.08562 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın və bu barədə verilmiş xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilərək ləğv olunması, ünvan 2 ünvanında yerləşən 0.0221 ha torpaq sahəsinə dair X8 ilə İddiaçı arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-322 reyestr nömrəli Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləqv edilməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-474/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-474/2020
16.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver