Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4741/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinə qarşı “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən audit xidmətinin göstərilməsi barədə müqaviləyə əsasən 1100 manat məbləğində pulun (dəbbə pulu daxil olmaqla) “X3” MMC-nin hesablaşma hesabına (AZ17UBAZ**********0060AZN001, “Unibank”, Q.Qarayev filialı) köçürülməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinə müraciət etdiyini təsdiq edən sənədin olub-olmadığını dəqiq bilmir. Bu səbəbdən mübahisənin məhkəmədənkənar qaydada həlli qaydalarına riayət edilməməsi əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh bələdiyyənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, “X3” MMC və Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin mübahisələrin həll olunması qaydalarını nəzərdə tutan 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərində qeyd olunmuşdur ki, bu müqavilənin maddələrinin müddəalarının anlaşılması, fəaliyyəti və ya yerinə yetirilməsi üzrə tərəflər arasında bütün mübahisələr tərəflər arasında danışıqlar vasitəsilə həll olunur. Tərəflər arasında meydana çıxmış mübahisələr, digər tərəfdən bu mübahisənin həll olunması barədə təklif alınmasından iki ay müddətinə aradan qaldırılmazsa, mübahisələr mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının İqtisad Məhkəməsində həll edilməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə bu müqavilədən qaynaqlanan mübahisələrin əvvəlcə danışıqlar yolu ilə həll edilməsi, bu barədə tərəflərdən birinin digərinə təklif göndərməsi, əgər iki ay müddətində mübahisə həll olunmazsa, bundan sonra məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı iddia ərizəsinə tərəflər arasında mübahisənin müqavilədə nəzərdə tutulmuş məhkəmədənkənar həlli qaydasına riayət edildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həlli imkanının hələ itirilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4741/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4741/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver