Məhkəmə qərarları › İş №2(010)-4769/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4769/2022

27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4769/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.*966-cı ildə Ermənistan Respublikasının Amasiya rayonun Yeniyol kəndində doğulması və doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında X*2, ana qrafasında X* göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. *988-ci ildə etnik azərbaycanlıların ata-baba torpaqlarından deportasiya edilməsi nəticəsində Bakı şəhərinə gəlmişlər. Sonradan ona verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Doğulduğu Amasiya rayonunun Yeniyol kəndi hal-hazırda Ermənistan ərazisində yerləşdiyindən və yeni doğum şəhadətnaməsinin alınması qeyri-mümkün olduğundan, xx.xx.*966-cı ildə Amasya rayonunun Yeniyol kəndində doğulmağı və doğum aktı qeydinin bərpa edilməsi haqqında Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Suraxanı Rayon Qeydiyyat Şöbəsi xx.xx.2022-ci il tarixli 8*5-05/75 saylı cavab məktubunda doğum akt qeydinin bərpası və doğum haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilir ki, doğum haqqında akt qeydini bərpa edilməsi və yem doğum haqqında şəhadətnamənin verilməsinə dair Suraxanı rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmış və cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 0*.03.200* -ci il tarixli “Vətəndaşliq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara” uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Suraxanı rayon qeydiyyat şöbəsi doğum haqqında şəhadətnaməni bərpa etmək üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Hal-hazırda yaşadığı evə vərəsəlik isinə dair sənədləşdirmə islərinin aparılması məqsədilə doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin doqum haqqında şəhadətnamə olmadığından o, qeyd edilən məsələləri həll edə bilməmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə şahid X9 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Onlar ailədə üç qardaş və iki bacıdırlar. Qardaşı Ərizəçi xx.xx.*966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. Qardaşı Ərizəçi doğum haqqında şəhadətnaməsini Ermənistan Respublikasından Azərbaycan Respublikasına gələn müddətlərdə itirmişdir. İş üzrə şahid X*0 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi xx.xx.*966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. Onun X2 və anası X3r. Qardaşı Ərizəçi doğum haqqında şəhadətnaməsini Ermənistan Respublikasından çıxan vaxtlarda itirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən *4 bəndə uyğun VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasına bərpa edilməlidir. İş materiallarına əlavə edilmiş *7.*0.20*9-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 *7.*0.20*9-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 05/2-9777/*3 saylı 24.**.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.2005-ci ildə Suraxanı rayon qeydiyyat şöbəsində 02.09.*974-cü il təvəllüdlü Cabbarova (Məmmədova) Püstə Əli qızı ilə qeydə alınmış nikahı haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum yerinin Ermənistan Respublikası olduğu müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda qeyd olunur ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində, eləcə də Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından Ərizəçi doğumuna dair məlumat verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş 09.06.*964-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 *6.08.*963-cü ildə Ermənistan Respublikası Amasiya rayonu Yeniyol kəndində anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə edilmiş 26.07.*970-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X** *4.07.*970-ci ildə Ermənistan Respublikası Amasiya rayonu Yeniyol kəndində anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə edilmiş *0.0*.*969-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 02.0*.*969-cu ildə Ermənistan Respublikası Amasiya rayonu Yeniyol kəndində anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə edilmiş *3.09.*972-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 0*.09.*972-ci ildə Ermənistan Respublikası Amasiya rayonu Yeniyol kəndində anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə edilmiş Yeniyol kənd sovetliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 ilə X8 08.06.*964-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Cabbarov”, arvada “Cabbarova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.*-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.7.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*966-cı ildə anadan olmuşdur. *988-ci ildə məlum hadisələrlə bağlı Ermənistandan Bakı şəhərinə gəlmişlər. Sonradan onun doğum haqqında şəhadətnaməsi itmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx.xx.*966-cı il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilməli və xx.xx.*966-cı il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan Respublikasının Amasiya rayonu”, doğum tarixi xx.xx.*966-cı il, adı “Oqtay”, ata adı “Yasın”, soyadı “Cabbarov” valideynləri haqqında qeyddə atası qrafasında “X*3”, anası qrafasında “X6” kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.*966-cı il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.*966-cı il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan Respublikasının Amasiya rayonu”, doğum tarixi xx.xx.*966-cı il, adı “Oqtay”, ata adı “Yasın”, soyadı “Cabbarov” valideynləri haqqında qeyddə atası qrafasında “X*3”, anası qrafasında “X6” kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar