Məhkəmə qərarları › İş №2(010)-4774/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4774/2022

28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4774/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X*6 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi qızının iştirakı ilə Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum yeri Bakı şəhəri, doğum tarixi xx xxx *958-ci il, atası X3, X2 göstərilməklə doğum faktının (doğumun qeyd edilmə faktının) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 28.*0.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun doğum yerinin Ermənistan Respublikasının Kafan şəhəri olaraq göstərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X* Allaverdi Abdulla oğlu ilə birgə nikahda olmuşdur. Onların birgə nikahlarından xx xxx *958-ci il tarixdə o, anadan olmuşdur. X2 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəsbəsi, «V» Y/S *2 saylı evin, *70 saylı mənzilin icarədarı olmuşdur. O, anası ilə birlikdə yaşamış və birgə təsərrüfat aparmışdır. Anası Q.Məhərrəmova 3* mart *990-cı il tarixdə ölmüşdür. Anası Q.Məhərrəmovanın ölümündən sonra da göstərilən mənzildə yaşayaraq mirası qəbul etmişdir. Hazırda göstərilən mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq və vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək niyyətindədir. Lakin, doğum haqqında şəhadətnaməni itirmişdir. Buna görə də doğum akt qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsinə dair Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum akt qeydinin bərpasından və doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Bununla da ona lazım olan doğum akt qeydini təsdiq edən sənədi əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: - AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*958ci il tarixdə Ermənistan Respublikasında, Qafan şəhərində anadan olmuşdur. - Nikah haqqında şəhadətnamədən görünür ki, X*3 ilə Ərizəçi *9.06.*980-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Suraxanı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi qızının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 0*.03.200*-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası yalnız əvvəllər bu cür qeydlərin olmasını təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Onun doğum haqqında akt qeydi Ermənistan Respublikasında tərtib edildiyindən və doğum faktını təsdiqləyən sənəd olmadığı üçün qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyildir. Doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Minarə onun bacısıdır (ata bir, ana ayrı). Bildirir ki, bacısı Ermənistanda anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X*7 bildirdi ki, Minarə onun qonşusudur, eyni binada yaşayırlar. Anası Qızxanım olmuşdur, atasını isə görməmişdir. Əlavə olaraq qeyd etdi ki, onlar Ermənistandan məcburi köçkün olaraq gəlmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X*4 bildirdi ki, Minarə ilə eyni binada qonşuluqda yaşayır. Minarə ailəsi ilə birlikdə məcburi köçkün olaraq gəlib burada məskunlaşmışdır. Anası Qızxanım vəfat edən zaman onun dəfn mərasimində iştirak etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı işdə proses iştirakçılarının izahatlarından və işin hallarından məlum olur ki, Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarının müvafiq qeydiyyatı aparılmışdır. Ərizəçinin qeyd etdiyi tarixdə anadan olması işə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Eləcə də, ərizəçinin valideynlərinin X3 və X7ması da işin məhkəmə tərəfindən araşdırılan halları ilə öz təsdiqini tapır. Məhkəmə, onu da nəzərə alır kı, ərizəçi Ermənistan Respublikasından məcburi köçkün düşmüşdür və məlum səbəblərə görə arxiv məlumatlarının əldə edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxx *958-ci il tarixdə atası X3, X2 olmaqla Ermənistan Respublikasında doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar