Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-479/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o Cavabdeh ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan nikah pozulmuşdur. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən yaşayış evini tikmişlər. Lakin cavabdehlə nikah münasibətlərinə xitam verildikdən sonra sonuncu onu evə buraxmır. Sözü gedən yaşayış sahəsi onun faktiki və yeganə yaşayış yeri olmuş və evin kommunal xərclərini ödəmişdir. O, cavabdehlə ayrıldıqdan sonra kirayə qalır buna görə də maddi və mənəvi əziyyət çəkir. Odur ki iddianın təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o İddiaçı ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan nikah pozulmuşdur. Onlar birgə nikah dövründə ümumi mülkiyyətlərində olan və Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən mənzillərini satmışlar və mənzilin satışından əldə olunan məbləği öz aralarında bölmüşlər. O, özünə çatan məbləğlə təkbaşına ünvan 2 ünvanında yerləşən yaşayış evini tikmiş və iddiaçının bu evin tikilməsində heç bir rolu olmamışdır. Həmin fərdi yaşayış evinin kommunal xərclərin Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil Cavabdeh qeyd edən xüsusatları təsdiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o 11-ci sinifdə oxuyanda onların qaldığı Nərimanov rayonu ərazisində yerləşən evi valideynləri satmışlar. Həmin mənzilin satışından əldə olunan vəsait İddiaçı və cavabdeh Cavabdeh arasında bərabər bölünmüşdür. ünvan 2 ünvanında yerləşən yaşayış evini öz hesabına əvvəlki mənzilin satışından əldə etdiyi pul hesabına tikilməş və iddiaçının bu evin tikintisində iştirakı olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı Qəhrəamn oğlu ilə Cavabdeh arasında nikah 11.10.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1/100№-li, 09.10.2020-ci il tarixli məktubundan görünür ki, cavabdeh Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 16 da yerləşən fərdi evdə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinin 28 MXŞ 3/1118 saylı 25.08.2020-ci il tarixli Arayışına əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evində çəkilmiş telefon İddiaçı adınadır. İş materiallarına əlavə edilmiş Abonent Saldosuna əsasən ünvan 2 ünvanına çəkilən işiq xətti İddiaçı adınadır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və tərəflərin birgə nikah dövründə tikilərək yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının cavabdehlə arasında olan nikahın pozulmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Odur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 16, 54 ünvanında yerləşən evə köçürülməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 16, 54 ünvanında yerləşən evə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-479/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-479/2021
30.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver