Məhkəmə qərarları › İş №2(010)-4797/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4797/2021

21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4797/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı ildə Ermənistan Respublikasında Ararat rayonun Şidli kəndində anadan olmasına dair akt qeydinin bərpası, akt qeydində atasının X9, anasının isə X1 qeydf edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbi barədə ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1966-cı ildə Ermənistan Respublikasında Ararat rayonun Şidli kəndində anadan olmuşdur. X4, anası isə X6 olmuşdur. Onun doğum qeydi Ermənistan Respublikasmda qeydə alınaraq ona bu barədə doğum haqqında şəhadətnamə verilmişdir. Məlum məsələlərlə bağlı Bakıya gəlmiş ona aid bütün sənədlər Ermənistanda qalmışdır. 17.08.1993-cü il tarixdə rəsmi nikah qeydiyyatına girərək X3 ilə ailə qurmuşdur. Övladlar həddi buluğa çatsa da, həmin dövrdən rəsmi qeydiyyata alınmadığına görə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini ala bilməmiş, o dövrdən heç bir sənədi olmamışdır. Onun doğum haqqında şəhadətnaməsi Ermənistanda aldığına görə sistemdə oturmadığına görə o şəhadətnamənin dublikatını əldə edə bilməmiş, hətta şəxsiyyət vəsiqəsi olmadığına görə həmin sənədin alınması üçün kiməsə etibarnamə belə verə bilməmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi həqiqətən də xx.xx.1966-ci ildə Ermənistan Respublikası Ararat rayonunun, Şidli kəndində anadan olmuşdur. Ərizəçi X4, anası X5r və onların milliyyəti azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi həqiqətən də xx.xx.1966-ci ildə Ermənistan Respublikası Ararat rayonunun, Şidli kəndində anadan olmuşdur. Ərizəçi X4, anası X5r və onların milliyyəti azərbaycanlıdır. İş materillarına əlavə olunmuş SSSR pasportu və hərbi biletdən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan SSR Ararat rayonu Şidli kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş İ-ЗЖ seriyalı 184921 №-li notariat qaydada tərcüməsi təsdiq olunmuş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Zahid Əli oğlunun atası, X6 isə anasıdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinin 20 may 2021ci il tarixli 513-05/75 №-li məktubundan görünür ki, Ərizəçi doğumunun doğum haqqında akt qeydinin bərpasına daur kifayət qədər sübut olmadığından qeydiyyat orqanı tərəfindən həyata keçirilməsi doğum haqqında akt qeydinin bərpasından imtina edilmiş və hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə də, məhkəmə araşıdrması müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1966-ci ildə istan Respublikası Ararat rayonunun, Şidli kəndində anadan olmuş və onun atası ƏX9, anası X5r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar"-ın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydi bərpa edilməli və onun xx.xx.1966-cı ildə Ermənistan Respublikası,Ararat rayonunun, Şidli kəndində anadan olması, miliyyəti azərbaycanlı, atasının X9 və anasının X6 olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, onun ərizəsi əsaslıdır və buna dair doğum haqqında akt qeydi bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi oğlunun xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikasında, Ararat rayonun Şidli kənində doğulmasına dair doğum aktı qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası – “X13”, anası – “X12” kimi göstərilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Ərizəçi oğlunun doğum haqqında akt qeydinin bərpa edilməsi və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar