Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4813/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X10 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə qarşı “fiziki şəxsin ölmüş elan edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə qarşı “fiziki şəxsin ölmüş elan edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən oğlu X3 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X7 N.09.2020-ci il tarixində hərbi təlim toplanışlarına çağırılaraq N saylı hərbi hissəyə təhvil verilmişdir. N saylı hərbi hissənin arayışına əsasən Vətən Müharibəsi zamanı N.09.2020-ci il tarixdən 02.08.20N-ci il tarixədək oğlu X3 itkin düşməsi və ya həlak olması barədə heç bir məlumat yoxdur. Bu günə kimi də oğlundan bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. ”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına“ əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” 15.01.1994-ci il tarixli 10 nömrəli qərarının 1.2.6-cı bəndinə əsasən, həmçinin həmin qaydalara bəzi dəyişikliklərin edilməsi barədə 15.07.2009-cu il tarixli, 107 saylı Qərara əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olah hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər Şəhid hesab edilirlər. Həmin qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin və qeydiyyatda olduqları hərbi komissarlığıın verdiyi arayışla təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək bildirdi ki, oğlu N.09.2020-ci il tarixdə hərbi toplanışa çağırılmış, onu müharibəyə yola salmış, həmin vaxtdan sonra ondan heç bir xəbər almamışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmət Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin nümayəndəsi X11 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirirək göstərdi ki, həqiqətən də ərizəçinin oğlu X1 və Hərbi Xidmət Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində qeydiyyatda olmuşdur. N.09.2020-ci il tarixdə ərizəçinin oğlu X1 və Hərbi Xidmət Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə çağırılmış və hərbi təlim keçmək üçün N saylı hərbi hissəyə təhvil verilmişdir. N.09.2020-ci il tarixdən hazırkı tarixədək onun barəsində heç bir məlumat əldə edilməsi mümkün olmamışdır. Odur ki, ərizənin təmin edilməsinə heç bir etirazları olmadıqlarını bildirdi. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən N.07.1995-ci il tarixdə verilmiş XİX-JQ N0781 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Ərizəçi, anası X8) 19 iyun 1995-ci ildə Bakı şəhərində doğulmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin 050 saylı, 08.09.2015-ci il tarixli səfərbərlik sərənacamından görünür ki, 19.06.1995-ci il təvəllüdlü X3 adına 2 nömrəli nəzarət talonu qeydə alınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin 06.08.20N-ci il tarixli, 517 nömrəli arayışından görünür ki, 1995-ci il təvəllüdlü X7 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 45-ci maddəsinə əsasən N.09.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq N.09.2020ci il tarixdə N saylı hərbi hissəyə təhvil verilmişdir. N saylı hərbi hissənin N saylı, 06.08.20N-ci il tarixli arayışına əsasən Vətən Müharibəsi zamanı N.09.2020-ci il tarixdən 05.08.20N-ci il tarixədək əsgər X2 heç bir məlumat olmadığı göstərilmişdir. Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 144 saylı, 10.08.20N-ci il tarixli arayışından görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Məhkəmə iclasında şahid kimi izahat verən X4 bildirmişdir ki, X7 ilə 28 sentyabr 2020-ci ildə Füzuli rayonunda Bayraq Meydanın yanında tanış olmuşdur. Belə ki, hər ikisi N.09.2020-ci ildə hərbi toplantıya çağırılaraq N saylı hərbi hissəyə təhvil vermişdir. Bundan sonra onları Füzuli rayonuna aparmışlar. Orda maşından düşüb silahları dolduranda həmin ərazini ermənilər artilleriya atəşinə tutmuşlar. Həmin vaxt hərbçilərdən beş nəfəri şəhid olmuş, on bir nəfəri isə yaralanmışdır. Sonrakı gün onları X13 deyilən əraziyə gətirib hər birində altı nəfər olmaqla hissələrə bölüb müxtəlif mövqelərə yerləşdirmişlər. İki gün - 28 və 29 sentyabrda sığınacaqda qalaraq hücum əmrini gözləmişlər. Feyzullayev Aydın və Əkbər adlı şəxslər həmin vaxt onun olduğu altı nəfərlik hissədə olmuş və onları oradan tanımışdır. N sentyabr tarixində Aydın, Əkbər və onu ayrıayrı “Kamaz” maşınlarında Füzulinin Seyidəhmədli kəndinə əməliyyata aparmışlar. Orada döyüş meydanıda 150 nəfərə yaxın əsgər olmuşdur. Təxminən beş saat döyüşdən sonra geri çəkilməyə başlamışlar. Geri qayıdanda əsgərlər hərəsi öz tanıdığı əsgərin adını çəkərək çağırmağa başlamışdır. Kimsə demişdir ki, Aydın da yoxdur. Yəni, geri qayıdanda o, bir çox döyüşçü yoldaşını, o çümlədən Aydını görməmişdir. Məhkəmə iclasında şahid kimi izahat verən X14 bildirmişdir ki, N.09.20N-ci il tarixdə onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə çağırmışlar. Aydınla təxminən sentyabr ayının 24-də Pirküşkildə təlim keçərkən tanış olmuşdur. 27 sentyabr 20N-ci il tarixdə onları Füzuli rayonunun Bayraq Meydanı deyilən ərazisinə gətirmişlər. Həmin vaxt Aydınla o bir tağımda olmuşlar. Sentyabr ayının N-u əsgərlərə döyüş əmri verilmiş və orada olan bütün döyüşçülər eyni vaxtda hissə-hissə bir neçə “Kamaz” maşınlarında Füzuli rayonunun Seyidəhmədli kəndində döyüş meydanına gətirilmişlər. Seyidəhmədli kəndi uğrunda gedən döyüşlər zamanı bir çox döyüş yoldaşları şəhid olmuş və ya ağır yaralanmışdır. Bu barədə onlar döyüşdən sonra müəyyən müddət ərzində xəbər tutmuşlar. Çünki yaralananlar və şəhid olanlar barədə siyahı hissə-hissə tərtib olunmuşdur. Həmin siyahılarda isə Feyzullayev Aydının adının olmadığını biləndə artıq onun döyüşdə şəhid olduğundan əmin olmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X7 N.09.2020-ci il tarixində hərbi təlim toplanışlarına çağırılaraq N saylı hərbi hissəyə təhvil verilmişdir. N sentyabr 2020-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək hərbi təlimlərdə iştitak etmişdir. 27-28 sentyabr tarixlərdə Qarabağ müharibəsində döyüşlərdə iştirak etmək üçün döyüşçü yoldaşları ilə birlikdə Füzuli rayonunda yerləşən Bayraq Meydanı adlanan əraziyə gətirilmişdir. Bundan sonra, N sentyabr 20N-ci il tarixdə Füzuli rayon Seyidəhmədli kəndində düşmən üzərinə hücuma keçmişlər. Həmin vaxt X7 da döyüşlərdə iştirak etmiş, lakin sonradan şəhid olmuş və ya yaralanmış döyüşçülərin adlarının siyahısında onun adı qeyd olunmamışdır. Həmin vaxtdan indiyədək onun barəsində heç bir məlumat əldə edilməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi ərizəçi tərəfindən ölmüş elan edilməsi xahiş edilən oğlu 19.06.1995ci il təvəllüdlü X7 ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşmüş, bu hadisədən bir ilə yaxın vaxt keçmişdir. Bu hal həm iş materialları, həm də məhkəmə iclasında izahat verən şahidlərin ifadələri ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 19.06.1995-ci il təvəllüdlü X7 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, 19.06.1995-ci il təvəllüdlü X7 ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyündən və bu hadisədən bir ildən çox vaxt keçdiyindən ərizə təmin edilməli, 19.06.1995-ci il təvəllüdlü X7 ölmüş elan edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N6-220, 227, 312-316, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19.06.1995-ci il təvəllüdlü X7 N.09.2020-ci il tarixdə Vətən Müharibəsində - Füzuli rayonu, Seyidəhmədli kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı ölmüş elan edilsin. X3 ölüm günü N.09.2020-ci il hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4813/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4813/2021
20.09.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver