Məhkəmə qərarları › İş №2(010)-4832/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4832/2023

29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4832/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF XŞT üzrə Mərkəzi filialı) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF XŞT üzrə Mərkəzi filialı) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Әrizəçi Әrizəçi nümayəndəsi Vəkil 28.**.2023-cü il tarixdə AZEMİS vasitəsi ilə ərizəsi daxil olmuşdur. Həmin ərizədə o, ərizənin baxılmamış saxlanılmasını və təqdim olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən məhkəmə həmin iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası MPM-nin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş *00 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF XŞT üzrə Mərkəzi filialı) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq ərizəçi tərəfindən ödənilmiş *00 (bir yüz) manat məbləğində pul vəsaiti ərizəçi Әrizəçi (*4.03.2023; qəbzi № 2099*) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər *0 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar