Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4833/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********* qeydiyyat nömrəli olan çıxarış əsasında mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-dən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onunla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2020ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21 onun mülkiyyətinə verilmişdir. Həmin mənzil xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********* qeydiyyat nömrəli olan çıxarış verilmişdir. Sözügedən mənzil ona satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 faktiki olaraq həmin ünvanda yaşamamışlar, qeydiyyatları formal xarakter daşıyır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarında azad mənzil verməyi öhdəsinə götürmüş, lakin öhdəliyinə əməl etməmişdir. Cavabdehlər ona məxsus evdə yaşamadığına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu da mülkiyyətçi kimi onların bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Hazırda cavabdehlərin harada yaşamaları ona məlum deyil. Ümumiyyətlə, cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması formal xarakter daşıdığından məhkəmə qaydasında həmin mənzilə cavabdehin istifadə hüququna xitam verilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-də qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xəbərdar edilsələrdə, məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi yazılaraq, ona təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəyişdirilməsinə” dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-i İddiaçı satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən Satıcı xx.xx.2020-ci il tarixədək mənzilin qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21- İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Asan 4 xx.xx.2020-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-də İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 pasport qeydiyyatdadırlar. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-i xx.xx.2020--ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı 37500 manata almışdır. Alqı-satqıdan sonra həmin mənzilin əvvəlki sakini olan cavabdehlər Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-dən həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-dən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-dən istifadə hüquqları itirilmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 25, mənzil 21-dən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4833/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4833/2020
01.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver