Məhkəmə qərarları › İş №2(010)-4860/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4860/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4860/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən yaşamaq-istifadə və qeydiyyat hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh həmin mənzilə hansı yolla qeydiyyata düşməsi və qeydiyyatdan çıxması barədə Suraxanı rayon Polis İdarəsinə yazılı müraciət etmiş, lakin heç bir cavab ala bilməmişdir. Cavabdeh həmin mübahisəli ünvanda heç vaxt yaşamamış və hal-hazırda da yaşamır. O isə həmin ünvanda yaşamış və həmin ünvana 2014-cü ildə qeydiyyata düşərək yaşadığı ünvandan hərbi xidmətə çağrılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, 26.02.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. İş üzrə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(103)-6040/2015 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə Suraxanı rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadı əsaslı hesab edilmiş və qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin MK-sı 17 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(103)-6040/2015 saylı qərardadı ləğv edilmiş iş yenidən baxılmaq ücün Apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi yenidən işi araşdırmış və 13 yanvar 2016-ci il tarixli qərardadı ilə Suraxanı rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. Cavabdeh yenidən Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-ci il tarixli qərardadından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə 02.06.2016-cı il tarixdə 2(102)-2008/2016 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi 13 yanvar 2016-ci il tarixli qərardadını əsaslı hesab etmiş, qüvvədə saxlamışdır. Beləliklə Cavabdeh qanuni qüvvə almış məhkəmə qərarları ilə yaşayış yeri üzrə pasport qeydiyyatına alınma və yaşayış sahəsindən istifadə hüquqlarını itirmiş hesab edilir. İddia üzrə Cavabdeh yaşayış yeri üzrə pasport qeydiyyatına alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1 (82)-2094/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərardan Cavabdeh apellyasiya şikayəti vermiş Apellyasiya Məhkəməsinin 2-1(103)-2128/2017 saylı 07 dekabr 2017 tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Yenə də Cavabdeh apelyasiyanın qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə 2-1(102)-632/2018 saylı 10 aprel 2018-ci il tarixli qərarı ilə Badamxanım Əliyevanın kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya İnzibati-İqtisad Kollegiyası yenidən 07 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Odur ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, aralarında məhkəmə çəkişmələri mövcuddur. Onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə istifadə hüququnun olması Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli, 2-79 saylı qətnaməsi ilə tanınmışdır. Lakin buna baxmayaraq iddiaçı və onun ailə üzvləri əsassız olaraq bir neçə dəfə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ona qarşı irəli sürülmüş tələb əsassızdır, belə ki, onun mübahisəli mənzilə istifadə hüququ 1988-ci ildən mövcuddur. Bununla bağlı olaraq məhkəmə qətnamələri mövcuddur. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, 26.02.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X4 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X5 qarşı mənzilə köçürülmə tələbi təmin olunaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1317/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdehlər X5, X2 və İddiaçı qarşı mənzildən çıxarılması tələbinə dair iddiası təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanından cavabdehlər X6, X3 və İddiaçı çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2(103)-3781/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı qətnaməsindən X6 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 436/2021 saylı, 05.04.2021-ci il tarixli qərarına əsasən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2(103)-3781/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə istifadə hüququnun olması Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli, 2-79/1988 saylı qətnaməsi ilə tanınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(082)155/2017 saylı, 25 yanvar 2017- ci il tarixli qərarı ilə üçüncü şəxs X6 arasında bağlanmış mənzil kirayə müqaviləsi üzrə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27.02.2014-cü il tarixli sərəncam ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(103)-6040/2015 saylı qərardadından görünür ki, iddiaçı X6 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49cu məhlədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilindən istifadə hüquq itirilmiş hesab olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət vermiş və onun şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49cu mərhələdə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilə köçürülməsi qət edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2018ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qeyd edilən qətnamədən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 05 aprel 2016-cı il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1212/2016 saylı qərarından görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə qarşı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmağın cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49cu məhəllədə yerləşən 10 saylı evin 3 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2018-ci il tarixli 2-1(102)-632/2018 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və üçüncü şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, ünvan 3 ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2-1(82)-2094/2017 saylı qərarı ilə iddianın təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.12.2017-ci il tarixli, 2- 1(103)2128/2017 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.12.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(010)-7672/2018 saylı qərardadından görünür ki, iddiaçı Cavabdehlər X5 və X2 qarşı mənzildən və pasport qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş Asan 4 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1991-ci il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsində apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin 19.12.1988-ci il tarixli, 2-79 saylı qətnaməsi ilə 63 saylı MİS-nin Cavabdeh qarşı "mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə köçürülməsi qət edilmiş, qətnamələrdən müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzilə istifadə hüququ əldə etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququnu əldə etməsi ilə bağlı olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar