Məhkəmə qərarları › İş №2(010)-4868/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4868/2020

24.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4868/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, Cavabdeh8, Bağırova X15, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, Cavabdeh8, Bağırova X15, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və azyaşlı uşaqları X5 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov (küçəsi) pr-ti 30 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov (küçəsi) pr-ti 30 saylı mənzilini xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh10 almışdır. Həmin mənzili aldıqdan sonra mənzili xüsusi mülkiyyət kimi dövlət reyestrində öz adına qeydiyyata aldırıb bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən çıxarış almışdır və həmin çıxarışı əldə etmiş və hal-hazırda onun xüsusi mülkiyyətindədir. O, həmin mənzili aldığı zaman satıcı, yəni Cavabdeh10 ilə bağladığı alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, satıcı satdığı mənzildən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu müddətində satdığı evdən xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin mənzili aldığı dövrdən bu günə kimi evin keçmiş sakinləri X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, Cavabdeh8, Bağırova X15, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və azyaşlı uşaqları X5 və X4 mənzilin qeydiyyatından çıxmamış, həmin mənzildə yaşamamasına baxmayaraq, onların rəsmi qeydiyyatları onun mənzilində qalmışdır. Hal-hazırda isə faktiki yaşadığı ünvanı dəqiq bilmir və onların harada yaşaması və harada olması barədə heç bir məlumatı yoxdur. Göründüyü kimi alqı-satqı müqaviləsinin tələbləri Cavabdeh10 tərəfindən pozulmuş, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov küçəsi pr-ti 30 saylı mənzilini ona satdıqdan və mənzildən köçüb getdikdən sonra cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hal-hazırda isə cavabdehlərin onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur, bəzi məsələlərdə o, onların icazəsi olmadan mülkiyyəti üzərində istədiyin kimi sərəncam verə bilmir. Belə ki, o, öz mülkiyyətində olan mənzilə yaxın qohumları olan hər hansı bir şəxsi qeydiyyata alınmasını istəsə, cavabdehlərin icazəsi olmadan bu mümkün deyil. Bu baxımdan və eyni zamanda cavabdehlərin ümumiyyətlə onun mülkiyyətində olan evdən istifadə etməməsi baxımından belə hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov küçəsi pr-ti 30 saylı mənzilini istifadə hüququna xitam verilməlidir. Lakin yuxarıda qeyd edilən qanundan da göründüyü kimi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov küçəsi pr-ti 30 saylı mənzilini yaşayış yeri deyil və onlar, həmin mənzili ona satdıqdan sonra, həmin mənzildən heç bir zaman yaşayış yeri kimi istifadə etməmişlər. Cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, Cavabdeh8, Bağırova X15, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və azyaşlı uşaqları X5 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bauramov (küçəsi) pr-ti 30 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, Cavabdeh8, Bağırova X15, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada tədiq olunmuş sürətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. (qeydiyyat tarixi xx.xx.2020, qeydiyyat nömrəsi **********) Mülki işdə olan x xxxx 2020-ci il tarixli AN-İ № ******* Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin notarial qaydada surətindən görünür ki, “Satıcı”– Cavabdeh10, tam mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 90.95 kv/m mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir. Satıcı Cavabdeh10 oğlu (tam hissə 90.95 kv/m)-Alıcı İddiaçı satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə Cavabdeh10 verilmiş **********21- 05101-093016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 90.95 kv/; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2020 il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgıninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 67000 manat 00 qəpik (altmış yeddi min manat sıfır qəpik) qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı. Alıcı İddiaçı Satıcı Cavabdeh10n-dan satdığı tam hissəni (90.95 km/m) ondan 67000 manat 00 qəpik (altmış yeddi min manat sıfır qəpik) qiymətinə aldı. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli ******* saylı arayışa əsasən, İddiaçı xx xxxx 2020-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Eyni zamanda X2, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Sahiib oğlu, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, X5, Cavabdeh8 və X10 da qeydiyyatdadır. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli ******* saylı arayışa əsasən, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Eyni zamanda Bağırova X15, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 da qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli sorğusuna cavab olaraq 35 saylı notariat ofisi tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktuba əsasən, xx xxxx 2020-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsini təsdiq edən ərziələrin və arayışların sürəti göndərilmişdir. İş materiallarında olan Bağırova X15, Cavabdeh11, Cavabdeh2,Cavabdeh4,Cavabdeh12,Cavabdeh8, X9,X13 (Cavabdeh5 əvəzinə), Cavabdeh3, Cavabdeh7 Teyyub oğlu və Cavabdeh6 tərəfindən verilmiş yazılı ərizələrə əsasən, ünvan 4 saylı mənzilin satılmasına heç bir etiraz etmədiklərini bildirmişdirlər. İş materiallarında olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 11 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, Cavabdeh10 ünvan 4 saylı evdə yaşamır, sadəcə olaraq pasport qeydiyyatındadır. Eyni zamanda Bağırova X15, Cavabdeh11, Cavabdeh2,Cavabdeh4,Cavabdeh12,Cavabdeh8, X9,X13 (Cavabdeh5 əvəzinə), Cavabdeh3, Cavabdeh7 Teyyub oğlu və Cavabdeh6 da qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 572.1-ci maddəsinin tələbinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatında qalmaları mənzilin mülkiyytəçisi olan X8 mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçı X1 mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçı X1 mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdehlər iddiaçının mənzilində yaşamasa da mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh10 arasında ünvan 4 ünvanında yerləşən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair xüsusi mülkiyyət hüququ müqavilə əsasında iddiaçıya keçmişdir. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdeh iddiaçının mənzilində uzun müddət yaşamamış, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ onun mülkiyyətində olması ilə yarandığından və bu hüquq alqı-satqı müqaviləsi ilə digər mülkiyyətçinin mülkiyyətinə verilməsi ilə də xitam verildiyindən cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, Cavabdeh8, Bağırova X15, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və azyaşlı uşaqları X5 və X4 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 3 saylı mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, Cavabdeh8, Bağırova X15, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və azyaşlı uşaqları X5 və X4 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 3 saylı mənzilə istifadə hüququna xitam verilsin. Bu qətnamə cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlu, Cavabdeh8, Bağırova X15, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və azyaşlı uşaqları X5 və X4 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 3 saylı mənzilə olan qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 , Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Teyyub oğlundan, Cavabdeh8, Bağırova X11, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar